“İki günə gələcəyəm...” – Döyüş yoldaşı qucağında şəhid olan Faiq Adıgözəlovun HƏYAT HEKAYƏSİ – FOTO

44 gün ərzində oğullarımız həqiqətən də böyük və unudulmaz bir tarix yazdılar. Bu tarix Azərbaycanın qüruru, xalqımızın birliyinin və igidliyinin rəmzidir. Həmin şanlı tarixi yazan qəhrəmanlardan biri də vətənimiz üçün canını fəda edən şəhid Faiq Mehdi oğlu Adgözəlovdur.

Faiq Adıgözəlov sentyabrın 1-i 1996-cı ildə Yevlax rayonunun Nemətabad kəndində dünyaya göz açıb. 2014-2016-cı illərdə həqiqi hərbi xidmətini N saylı hərbi hissədə başa vurub. Hərbiyə olan sevgisi 2017-ci ildə onu yenidən müddətdən artıq hərbi xidmət qulluqçusu kimi orduya qaytarır və o, layiqincə xidmət etməyə başlıyır. Faiq bir neçə dəfə keçirilən ordu oyunlarının iştirakçısı olub, beynəlxalq ordu yarışlarında isə ölkəmizi layiqincə təmsil edib.

Faiqgil ailədə üç qardaş olub.

Hər üçü də Vətənə xidmət edərək  44 günlük Qarabağ müharibəsində qəhrəmancasına döyüşüblər. Onlar İkinci Qarabağ müharibəsində ailə olaraq igidlik, mərdlik və vətənə sədaqət nümunəsi göstəriblər. Eyni zamanda ailənin böyüyü, şəhidimizin atası Mehdi kişi də Birinci Qarabağ müharibəsində qəhrəmancasına döyüşlərdə iştirak edib.


Bizim.Media
-ya danışan şəhidin atası Mehdi kişinin sözlərinə görə, onun oğlu ilə son danışığı oktyabrın 8-də olub və müharibə qurtaran kimi şəhid yoldaşlarının ailəsini ziyarət edəcəyini bildirib:

“Faiqlə son danışığımız oktyabrın 8-də olmuşdu. Mənim Şamaxıdan bir qazi dostum var idi, onun oğlu Faiqin qucağında şəhid olmuşdu. Faiq bu hadisədən təsirlənərək mənə zəng etdi və "Ata, gəlim  mütləq ora  gedək. Müharibə bitsin, ilk işimiz şəhid qardaşımızın ailəsini ziyarət etmək olacaq” dedi.

Bundan sonra dəfələrlə zəng etsəm də, Faiqə zəng çatmadı. Oktyabr ayının 10-da xəbər verdilər ki, müvəqqəti atəşkəs elan olunub. Mən də çox sevindim. Təxminən yarım saat keçmişdi ki, Faiqin telefonundan mənə zəng gəldi…”

Ata bilsəydi ki, o zəngdə dəhşətli bir xəbər eşidəcək, bəlkə də heç vaxt o zəngi açmazdı.

"Oğlumun üzündə böyük bir xal var idi. Ona görə biz ona həmişə “Xallı” deyirdik.  Telefonu açan kimi “Hə, atam, Xallı, necəsən?”-dedim. Onda ortancıl oğlum Müşviq " Ata, Xallı deyil, mənəm tez özünü xəstəxanadakı morqa çatdır", - söylədi. O gündən bütün arzularım, ümidlərim, sevgilərim, gülüşlərim Faiqimlə sönüb getdi”.

Ürəyində böyük acı yaşayan Mehdi ata oğlu ilə qürur duyduğunu da dilə gətirib:

“Bu gün qələbəmizə sevinməyə bilmərəm. Düzdür, hər bir valideyn üçün, övlad itkisi olduqca ağırdır. İnanın, mən o qədər sevinirəm ki, oğlum Faiq bu gün xalqımızın ZƏFƏR tarixini yazan müəlliflərindən  biridir. Mən belə düşünürəm ki, əgər mən bu gün oğlum üçün ağlasam, onun ruhu narahat olar. Axı o xalqımızın zəfərini yazanlardan biridir?!”


Şəhidimizin ən böyük xobbisi idmanla məşğul olmaq olub və buna görə də o ən ağır döyüşlərdə iştirak edib.

Qəhrəmanımızın anası da oğlundan söhbət açdıqca göz yaşlarına hakim ola bilmirdi. Ən çox da Faiqin son sözlərini xatırladıqca özünə yer tapa bilməyən Sevil Adgözəlova Bizim.Media-ya bu sözləri danışdı:

"O gün sanki zaman daha yavaş axırdı. İçimdə qəribə bir narahatlıq var idi. Mən sonuncu dəfə telefon danışığında onun  üçün çox darıxdığımı söylədim, onu görmək, yanında olmaq, bərk -bərk qucaqlamaq  istədiyimi dedim. O, isə sakitcə cavab verdi: “Narahat olma, ana, iki gündən sonra icazə alıb gələcəm” .

İki gün keçdi… və o özü gəlmədi. Səhər açılınca, qapımıza tabutu gəldi. Faiqin  yoxluğu hər gün hiss olunur. Mən demək olar ki, hər gün onunla şəkillərinə baxaraq danışıram və “səni heç vaxt unutmaram oğul” deyirəm".


Faiq Adıgözəlov Vətən müharibəsi dövründə Gülüstan, Ağuçuq, Talış-Suqovuşan istiqamətində gedən hərbi əməliyyatlarda iştirak edib. 29 sentyabr 2020-ci il tarixində Ağuçuq istiqamətində qarşı tərəfin əlaqə yolunu kəsərək hücum edən düşmən tankının irəliləməsinə əngəl olub. Suqovuşan istiqamətində düşmənin hücuma keçən PDM-2 zirehli texnikasını sıradan çıxarıb. Faiq 2020-ci il oktyabrın 10-da düşmən mövqeyinə hücum zamanı qəhrəmancasına şəhid olub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Prezident İlham Əliyevin Sərəncamına əsasən Faiq Adıgözəlov ölümündən sonra “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə”  və “İgidliyə görə” medalları ilə təltif edilib.

Onu da qeyd edək ki, şəhidimiz subay olub.












Leyla Vəfadar, Bizim.Media, Mərkəzi-Aran bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bu ölkədə taksi qiymətləri ucuzlaşır

Bu ölkədə taksi qiymətləri ucuzlaşır

29 il əvvəl Azərbaycan gözəli seçilən xanımın son halı

29 il əvvəl Azərbaycan gözəli seçilən xanımın son halı

"iPhone" işlədənlərə pis xəbər

"iPhone" işlədənlərə pis xəbər

Bu ölkənin Baş naziri istefa verdi

Bu ölkənin Baş naziri istefa verdi

BBC-nin yeni rəhbərini "Google" ilə nə bağlayır?

BBC-nin yeni rəhbərini "Google" ilə nə bağlayır?

İran XİN: Düşmənin İranı parçalamaq planları iflasa uğrayıb

İran XİN: Düşmənin İranı parçalamaq planları iflasa uğrayıb

Azərbaycanın U-19 millisi məğlub oldu

Azərbaycanın U-19 millisi məğlub oldu

İran ABŞ-nin F-18 qırıcı təyyarəsini vurub - VİDEO

İran ABŞ-nin F-18 qırıcı təyyarəsini vurub - VİDEO

Tehran region ölkələrindən birini hədələyib

Tehran region ölkələrindən birini hədələyib

Hakan Fidan iranlı həmkarı ilə müharibəni müzakirə edib

Hakan Fidan iranlı həmkarı ilə müharibəni müzakirə edib

Martın son günlərində 3 bürcü böyük dəyişikliklər gözləyir

Martın son günlərində 3 bürcü böyük dəyişikliklər gözləyir

Ağ Ev: İran reallığı qəbul etməsə, daha ağır zərbə alacaq

Ağ Ev: İran reallığı qəbul etməsə, daha ağır zərbə alacaq

Qalmaqallı prokuror işdən çıxarıldı - Atası da prokuror idi

Qalmaqallı prokuror işdən çıxarıldı - Atası da prokuror idi

Ermənistanda Apostol kilsəsinin bu imtiyazı ləğv edildi

Ermənistanda Apostol kilsəsinin bu imtiyazı ləğv edildi

İran ABŞ-nin sülh danışıqları təklifinə rəsmi cavab verməyib

İran ABŞ-nin sülh danışıqları təklifinə rəsmi cavab verməyib

İran Yaxın Şərqdəki bütün ABŞ bazalarını məhv edib

İran Yaxın Şərqdəki bütün ABŞ bazalarını məhv edib

Peskov: ABŞ heç bir zəmanət vermir

Peskov: ABŞ heç bir zəmanət vermir

Dibala Türkiyədə oynaya bilər

Dibala Türkiyədə oynaya bilər

Tramp mayda Çinə gedəcək

Tramp mayda Çinə gedəcək

Saxta kosmetoloqlarla mübarizə: Bir ildə 367 protokol yazılıb - RƏSMİ

Saxta kosmetoloqlarla mübarizə: Bir ildə 367 protokol yazılıb - RƏSMİ

İran daha bir boğazı bağlaya bilər

İran daha bir boğazı bağlaya bilər

Ana oğlunu öldürən ərini bağışladı - “İkisi də içən idi...”

Ana oğlunu öldürən ərini bağışladı - “İkisi də içən idi...”

Salah Messinin komandasına keçir?

Salah Messinin komandasına keçir?

Biləsuvardakı ağır qəzada xəsarət alanların SON DURUMU

Biləsuvardakı ağır qəzada xəsarət alanların SON DURUMU

End of content

No more pages to load

RADİO