40 il əvvəl Bayılda yoxa çıxan UŞAQLAR – Onları yadplanetlilər oğurlamışdı?

Ötən əsrin 80-ci illərində Bakıda, Bayıl ərazisində bir qrup uşaq yadplanetlilər tərəfindən qaçırıldığını iddia edib.

Bizim.Media xəbər verir ki, tarixçi-alim Zaur Əliyev bu barədə araşdırma aparıb.

Həmin dövrdə sözügedən hadisə ilə bağlı qəzetlərdə dərc olunan məqalələr əsasında hazırlanan araşdırmanı təqdim edirik:

“20 iyul 1985-ci ildə o dövrün populyar qəzeti olan “Azərbaycan Gəncləri"-də bir yazı dərc edilir:

“Bayıl kəndinin bir neçə sakini 14-15 iyul gecəsi dənizin üzərindəki səmada qəribə bir parıltı olduğunu bildirib. İşıq oval formada olub və təxminən üç dəqiqə davam edib. Bakı Hidrometeorologiya Mərkəzinin nümayəndəsi müxbirimizə bildirib ki, müşahidə olunan fenomen ay işığının atmosferin rütubətli təbəqələrindən əks olunması ilə bağlı ola bilər və əhali üçün heç bir təhlükə yaratmır.”
 

Bu yazıdan sonra yerli sakinlər arasında şahidlər çıxır və onlar qeyd edirlər ki, səmada, mərkəzində parlaq bir nöqtə olan nəhəng, şəffaf bir kürə var idi.


“Yay gecəsi idi və həyətdən evə qayıdarkən onu gördük”.

Həmin hadisədən bir neçə gün sonra yerli milis bölməsinə məlumat daxil olur:

“Bayıl qəsəbəsində yaşayan altı uşaq — Əli, Quram və Məmmədov qardaşları, o cümlədən iki qonşu uşaq — Şıxov çimərliyinə yola düşüb geri qayıtmayıblar. Ən kiçiyi dörd, ən böyüyü isə səkkiz yaşında idi”.

Yerli sakinlər əllərində fənərlər, kerosin lampaları ilə axtarışa başladılar. Onlar bütün gecəni sahil qayalarını, köhnə hərbi anqarlarını, kanalizasiya quyularını, ağıla gələn hər yeri yoxlayırlar. İki gün gecə gündüz aparılan axtarışlar nəticə vermir. Bundan sonra şəhərdə şayiələr yayılır ki, uşaqlar “oğurlanıb” və bunu edən 20 iyulda səmada görünən sirli bir işıq saçan aparat edib.
 

İtkin düşmüş uşaqların yerini tapmaq üçün uğursuz cəhdlərdən sonra valideynlər respublika rəhbərinə müraciət etdilər. Bayılın kənarındakı ərazini təmizləmək üçün kəndə iki qrup əsgər göndərildi.


Axtarış zamanı təxminən 10 metr diametrində yanmış ot dairəsi aşkar edildi. Bakıdan mütəxəssislər nümunələr götürdülər və bitkilərin sadəcə yanmadığını, plutonium və toriumun təsiri ilə radioaktiv yanmaya məruz qaldığını aşkar etdilər. Kül nümunələri də ərazidən toplandı və məlum oldu ki, orada protaktinium var.

Bu cür qeyri-adi maddələr Azərbaycanın kiçik bir kəndinin yaxınlığına haradan gələ bilərdi?

Tədqiqatçılar hesab edirlər ki, termonüvə reaksiyaları ilə hərəkətə gətirilən bir uçan naməlum obyekt ora düşüb. Geridə qalan izlər bu cür texnologiyanın məhsuludur.

Axtarışın altıncı günündə itkin düşmüş altı uşaqdan dördü Bayıldan 3,2 kilometr aralıda tapıldı. Onlar sanki heç nə olmamış kimi böyük bir ağacın altında yatırdılar. Onlar helikopterlərlə yerli xəstəxanaya aparıldılar. Həkimlər uşaqlarda heç bir yorğunluq və ya xəsarət əlamətləri aşkar etmədilər.

Uşaqlar özünə gəldikdən sonra harada olduqlarını öyrənmək və dostlarını tapmağa kömək etmək üçün ətraflı sorğu-sual edildilər. Müstəntiqlərin eşitdikləri daha çox fantaziyaya bənzəyirdi.

Uşaqlar - Samir Məmmədov, Quram Axenazi göydə banan rəngində dairəvi bir top gördüklərini bildiriblər:

“Top yerə düşdü, pəncərə açıldı və yaşıl işıq şüası göründü. Bizi bu işıq tuneli vasitəsilə içəri çəkdilər. Sarı-ağ işıq ləkələrinə bənzər canlılar tərəfindən çox diqqətlə yoxlanıldıq. Onlar danışmırdılar, amma fikirlərimizi başa düşürdülər. Onlar mehriban idilər. Biz qorxmurduq. Biz bir müddət orada qaldıq, sonra isə yarımkürə fırlanmağa başladı. Biz dördümüz bunu ağır keçirdik, qusduq, qaytardıq, burnumuz qanadı, özümüzü pis elədik. Dovşanlar var idi. Danışmırdılar. Parıldayıb ətrafa uçurdular. Sonra bizi ağ bir evə saldılar. Ev fırlandı və biz də üzməyə başladıq. Sonra qaranlıq düşdü və özümüzü bir ağacın altında tapdıq. Bizi gətirib bura qoyub getdilər”
 

Daha sonra Bakıdan və Moskvadan xüsusi mütəxəssislər gəlib onlarla görüşməyə başlayırlar. Onlar suallar verir, qeydlər aparır və torpaq nümunələri götürürdülər. Lakin məsələnin tez bir zamanda üstü bağlandı.


Məlumatlarda deyilirdi: "Uşaqlar müvəqqəti olaraq itkin düşdü, sağ tapıldı, iş bağlandı".

Qalan iki uşaq barədə isə heç bir məlumat verilmir. Onların taleyi haqqında qeydlərə də mənbələrdə rast gəlinmir.

Bir neçə həftə sonra yanmış ərazidə ot bitdi, lakin heç kim ona toxunmağa cəsarət etmədi...”

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Günlərlə dağlarda axtarırlar: 2-3 kq tapan "qızıl tapmış kimi" sevinir

Günlərlə dağlarda axtarırlar: 2-3 kq tapan "qızıl tapmış kimi" sevinir

Ardanın bu qolu La Liqada rekord yenilədi - Video

Ardanın bu qolu La Liqada rekord yenilədi - Video

Əraqçi: İran danışıqlar istiqamətdə çağırışları qəbul etmir

Əraqçi: İran danışıqlar istiqamətdə çağırışları qəbul etmir

Bu ölkədə taksi qiymətləri ucuzlaşır

Bu ölkədə taksi qiymətləri ucuzlaşır

29 il əvvəl Azərbaycan gözəli seçilən xanımın son halı

29 il əvvəl Azərbaycan gözəli seçilən xanımın son halı

"iPhone" işlədənlərə pis xəbər

"iPhone" işlədənlərə pis xəbər

Bu ölkənin Baş naziri istefa verdi

Bu ölkənin Baş naziri istefa verdi

BBC-nin yeni rəhbərini "Google" ilə nə bağlayır?

BBC-nin yeni rəhbərini "Google" ilə nə bağlayır?

İran XİN: Düşmənin İranı parçalamaq planları iflasa uğrayıb

İran XİN: Düşmənin İranı parçalamaq planları iflasa uğrayıb

Azərbaycanın U-19 millisi məğlub oldu

Azərbaycanın U-19 millisi məğlub oldu

İran ABŞ-nin F-18 qırıcı təyyarəsini vurub - VİDEO

İran ABŞ-nin F-18 qırıcı təyyarəsini vurub - VİDEO

Tehran region ölkələrindən birini hədələyib

Tehran region ölkələrindən birini hədələyib

Hakan Fidan iranlı həmkarı ilə müharibəni müzakirə edib

Hakan Fidan iranlı həmkarı ilə müharibəni müzakirə edib

Martın son günlərində 3 bürcü böyük dəyişikliklər gözləyir

Martın son günlərində 3 bürcü böyük dəyişikliklər gözləyir

Ağ Ev: İran reallığı qəbul etməsə, daha ağır zərbə alacaq

Ağ Ev: İran reallığı qəbul etməsə, daha ağır zərbə alacaq

Qalmaqallı prokuror işdən çıxarıldı - Atası da prokuror idi

Qalmaqallı prokuror işdən çıxarıldı - Atası da prokuror idi

Ermənistanda Apostol kilsəsinin bu imtiyazı ləğv edildi

Ermənistanda Apostol kilsəsinin bu imtiyazı ləğv edildi

İran ABŞ-nin sülh danışıqları təklifinə rəsmi cavab verməyib

İran ABŞ-nin sülh danışıqları təklifinə rəsmi cavab verməyib

İran Yaxın Şərqdəki bütün ABŞ bazalarını məhv edib

İran Yaxın Şərqdəki bütün ABŞ bazalarını məhv edib

Peskov: ABŞ heç bir zəmanət vermir

Peskov: ABŞ heç bir zəmanət vermir

Dibala Türkiyədə oynaya bilər

Dibala Türkiyədə oynaya bilər

Tramp mayda Çinə gedəcək

Tramp mayda Çinə gedəcək

Saxta kosmetoloqlarla mübarizə: Bir ildə 367 protokol yazılıb - RƏSMİ

Saxta kosmetoloqlarla mübarizə: Bir ildə 367 protokol yazılıb - RƏSMİ

İran daha bir boğazı bağlaya bilər

İran daha bir boğazı bağlaya bilər

End of content

No more pages to load

RADİO