Yasamalda 3 nəfərin ölümü ilə nəticələnən yanğının baş verdiyi yaşayış binasında təmir işlərinə başlanılıb.
Bizim.Media xəbər verir ki, bu barədə sözügedən binanın sakini, jurnalist Heydər Mirzə sosial şəbəkədə paylaşım edib.
MÖVZU İLƏ BAĞLI:
Yasamaldakı yanğında 20 nəfər zəhərlənib, 3 nəfər ölüb
Qeyd edək ki, Heydər Mirzə hadisə zamanı dostu ilə birlikdə 12-ci mərtəbəyə çıxaraq yanğından xilas ola bilib.
Xatırladaq ki, noyabrın 21-də baş verən yanğında 2018-ci il təvəllüdlü Qənbərli Arzu Əli qızı, 1983-cü il təvəllüdlü Məhəmmədov Samir Kamal oğlu və 1977-ci il təvəllüdlü Hümbətova Könül Vəlibəy qızı vəfat edib.
Bizim.Media