Bakıda qorxu evinə gedən 15 yaşlı qız xəsarət aldı - Alnına 11 tikiş qoyuldu

Bakıda 15 yaşlı yeniyetmə Nigar Mustafayeva "Phobia Games" adlı əyləncə mərkəzinin qorxu evində xəsarət alıb. Girişdə azyaşlılardan şəxsiyyət vəsiqəsi tələb edilməyib və yaşları yoxlanılmayıb.

Bizim.Media xəbər verir ki, valideynin iddiasına görə, yeniyetmə heç bir nəzarət olmadan sənəd imzalamağa məcbur edilib və 26 manat ödənişdən sonra oyun otaqlarına daxil olublar.
 

Beşinci məntiq otağında onun rəfiqəsinin mədəsindən yeni əməliyyat olunduğu halda işçilər tərəfindən zorakı şəkildə divara çırpıldığı bildirilir. Uşaqlar narazılıqlarını bildirsələr də, oyunun dayandırılmadığı və onların məcburən digər otağa keçdikləri iddia olunur.


Şikayətdə qeyd edilir ki, hadisə baş verən otaqda divarda quraşdırılmış qutunun qapağı açıq qalıb və işçilər tərəfindən bağlanmayıb. Valideynin sözlərinə görə, videolarda da bu hal açıq şəkildə görünür. İddiaya görə, işçi əvvəlcə digər uşağı, ardınca isə azyaşlını itələyib və həmin vaxt 15 yaşlı yeniyetmə açıq qalmış qutunun iti qapağına dəyərək yıxılıb.

Mərkəzdə tibbi ləvazimat olmadığından Hidrogen peroksid və yapışqanlı sarğı sonradan çöldən gətirilib. Təcili tibbi yardım isə mərkəz tərəfindən çağırılmayıb.

Valideynin sözlərinə görə, 103-ə yalnız azyaşlılar özləri zəng ediblər. Təcili yardım gələnədək zərərçəkmiş qan içində obyektin qarşısında, mərkəzin heç bir əməkdaşı olmadan gözləyib.

103 xidməti qıza ilkin tibbi yardım göstərdikdən sonra onu xəstəxanaya aparıb və alnına 11 tikiş atılıb.

Şikayətçi bildirir ki, hadisədən sonra belə "Phobia Games" rəhbərliyi nə onlarla əlaqə saxlayıb, nə də azyaşlının vəziyyəti ilə maraqlanıb. Daha sonra polis əməkdaşı ilə birlikdə mərkəzə qayıtdıqda, hadisənin baş verdiyi qutunun yerinin dəyişdirildiyi müşahidə olunub. (Mənbə: Patrul.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Günlərlə dağlarda axtarırlar: 2-3 kq tapan "qızıl tapmış kimi" sevinir

Günlərlə dağlarda axtarırlar: 2-3 kq tapan "qızıl tapmış kimi" sevinir

Ardanın bu qolu La Liqada rekord yenilədi - Video

Ardanın bu qolu La Liqada rekord yenilədi - Video

Əraqçi: İran danışıqlar istiqamətdə çağırışları qəbul etmir

Əraqçi: İran danışıqlar istiqamətdə çağırışları qəbul etmir

Bu ölkədə taksi qiymətləri ucuzlaşır

Bu ölkədə taksi qiymətləri ucuzlaşır

29 il əvvəl Azərbaycan gözəli seçilən xanımın son halı

29 il əvvəl Azərbaycan gözəli seçilən xanımın son halı

"iPhone" işlədənlərə pis xəbər

"iPhone" işlədənlərə pis xəbər

Bu ölkənin Baş naziri istefa verdi

Bu ölkənin Baş naziri istefa verdi

BBC-nin yeni rəhbərini "Google" ilə nə bağlayır?

BBC-nin yeni rəhbərini "Google" ilə nə bağlayır?

İran XİN: Düşmənin İranı parçalamaq planları iflasa uğrayıb

İran XİN: Düşmənin İranı parçalamaq planları iflasa uğrayıb

Azərbaycanın U-19 millisi məğlub oldu

Azərbaycanın U-19 millisi məğlub oldu

İran ABŞ-nin F-18 qırıcı təyyarəsini vurub - VİDEO

İran ABŞ-nin F-18 qırıcı təyyarəsini vurub - VİDEO

Tehran region ölkələrindən birini hədələyib

Tehran region ölkələrindən birini hədələyib

Hakan Fidan iranlı həmkarı ilə müharibəni müzakirə edib

Hakan Fidan iranlı həmkarı ilə müharibəni müzakirə edib

Martın son günlərində 3 bürcü böyük dəyişikliklər gözləyir

Martın son günlərində 3 bürcü böyük dəyişikliklər gözləyir

Ağ Ev: İran reallığı qəbul etməsə, daha ağır zərbə alacaq

Ağ Ev: İran reallığı qəbul etməsə, daha ağır zərbə alacaq

Qalmaqallı prokuror işdən çıxarıldı - Atası da prokuror idi

Qalmaqallı prokuror işdən çıxarıldı - Atası da prokuror idi

Ermənistanda Apostol kilsəsinin bu imtiyazı ləğv edildi

Ermənistanda Apostol kilsəsinin bu imtiyazı ləğv edildi

İran ABŞ-nin sülh danışıqları təklifinə rəsmi cavab verməyib

İran ABŞ-nin sülh danışıqları təklifinə rəsmi cavab verməyib

İran Yaxın Şərqdəki bütün ABŞ bazalarını məhv edib

İran Yaxın Şərqdəki bütün ABŞ bazalarını məhv edib

Peskov: ABŞ heç bir zəmanət vermir

Peskov: ABŞ heç bir zəmanət vermir

Dibala Türkiyədə oynaya bilər

Dibala Türkiyədə oynaya bilər

Tramp mayda Çinə gedəcək

Tramp mayda Çinə gedəcək

Saxta kosmetoloqlarla mübarizə: Bir ildə 367 protokol yazılıb - RƏSMİ

Saxta kosmetoloqlarla mübarizə: Bir ildə 367 protokol yazılıb - RƏSMİ

İran daha bir boğazı bağlaya bilər

İran daha bir boğazı bağlaya bilər

End of content

No more pages to load

RADİO