"Məktəblilərarası Milli Hakaton – 2025” müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi başlayıb.
Bizim.Media xəbər verir ki, tədbirdə Elm və Təhsil Nazirliyinin, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin rəsmiləri, millət vəkilləri, təhsil mütəxəssisləri, tanınmış ictimaiyyət nümayəndələri və digər qonaqlar iştirak edirlər.
Qeyd edək ki, Məktəblilərarası Milli Hakaton – 2025 Elm və Təhsil Nazirliyinin dəstəyi, "Alqoritmika" beynəlxalq proqramlaşdırma və riyaziyyat məktəbinin təşkilatçılığı ilə həyata keçirilib.
Müsabiqə 28-30 noyabr tarixlərində davam edib. Bu gün final mərhələsi münasibətilə 6 qalib komanda müəyyən olunub.
Tədbirdə 1-ci, 2-ci və 3-cü yerləri tutan komandalar hədiyyə və sertifikatlarla təltif olunacaq. Digər finalçı komandalar isə iştirak sertifikatları ilə mükafatlandırılacaq.

















Nəzrin Mirzəyeva, Sadiq Məmmədov, Bizim.Media