Xəbər verdiyimiz kimi, ötən gün Nəsimi rayonu, Mir Cəlal küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında partlayış baş verib. Nəticədə təcili tibbi yardım briqadası tərəfindən 1963-cü il təvəllüdlü bir nəfər (kişi) Nərimanov Tibb Mərkəzinin nəzdində olan Yanıq mərkəzinə təxliyə olunub. Ona başın tüklü hissəsinin və sağ yuxarı ətrafın müxtəlif lokalizasiyalı II-III dərəcəli termiki alov yanığı diaqnozu təyin olunub.
Bizim.Media xəbər verir ki, partlayışda xəsarət alan şəxsin kimliyi məlum olub.
O, 1963-cü il təvəllüdlü İlqar Sulduz oğlu Qəhrəmanovdur.
Müalicəsi hazırda Kliniki Tibbi Mərkəzdə davam etdirilir.
Bizim.Media