Bu gün səhər saatlarında İranda, Hörmüzqan əyalətinin Fin şəhərində Rixter cədvəli üzrə 4,4 bal gücündə zəlzələ baş verib.
Bizim.Media xəbər verir ki, saat 04:11-də meydana gələn təbiət hadisəsi 10 kilometr dərinlikdə qeydə alınıb.
Hələlik hadisə nəticəsində dağıntıların və ya insan itkisinin olub-olmadığı bəlli deyil. (IMNA)
Bizim.Media