Qərbi Azərbaycan İcmasının Qubada yeni ofisi açıldı - FOTO

Noyabrın 30-da Qərbi Azərbaycan İcmasının rəhbər şəxsləri və nümayəndə heyəti Quba rayonuna olublar. Səfər Qərbi Azərbaycan İcmasının Quba rayon üzrə nümayəndəliyinin yeni ofisinin açılışı çərçivəsində baş tutub.

Səfərdə Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli, deputatlar Hikmət Babaoğlu, Məlahət İbrahimqızı, Əlibala Məhərrəmzadə, Müşviq Məmmədli, Şahin İsmayılov, Günay Ağamalı, İdarə Heyətinin üzvü professor Mahirə Hüseynova, Nəzarət-Təftiş Komissiyasının sədri professor Vahid Novruzov, Hüquq Komissiyasının sədri Zahid Cəfərov, eləcə də digər nümayəndələr və tanınmış elm xadimləri iştirak ediblər.

İcmadan Bizim.Media-ya bildirilib ki, əvvəlcə qonaqlar Quba şəhərindəki Heydər Əliyev adına Mədəniyyət və İstirahət parkında Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri qoyublar.

“Tarixi yaddaşımızı qoruyaq!” – Qubada Qərbi Azərbaycana qayıdış mesajı

Quba nümayəndəliyinin açılış mərasimi çərçivəsində Qərbi Azərbaycan mövzusuna dair sənədlər, kitablar və xəritələrin yer aldığı mərkəz iştirakçılara təqdim olunub. Daha sonra rayon və icma rəhbərliyi, həmçinin elm xadimlərinin iştirakı ilə iclas keçirilib.

Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov çıxışında bildirib ki, Azərbaycanın böyük Zəfərindən sonra regionda yeni reallıqlar yaranıb və bu gün Qərbi Azərbaycan mövzusu ümiddən daha çox əminliyə çevrilib. Onun sözlərinə görə, Qubada istifadəyə verilən bu mərkəz İcmanın fəaliyyətində mühüm rol oynayacaq.

Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli vurğulayıb ki, Qubada nümayəndəliyin açılması, indiki Ermənistan ərazisindən azərbaycanlıların deportasiya olunduğu günlərə təsadüf etməsi baxımından xüsusi məna kəsb edir. O qeyd edib ki, Quba ictimaiyyəti bu məsələyə həssas yanaşmaqla Qərbi Azərbaycan mövzusunun ümummilli xarakter aldığını bir daha göstərib.

“Soydaşlarımızın təhlükəsiz, ləyaqətli və beynəlxalq hüquq çərçivəsində öz doğma yurdlarına qayıtması Azərbaycan dövlətinin prioritetidir. Qubada yeni ofisin açılması bu işin regional səviyyədə daha səmərəli təşkilinə xidmət edəcək,” – deyə Əziz Ələkbərli bildirib.

Digər çıxışçılar da qeyd ediblər ki, Qərbi Azərbaycan İcmasının fəaliyyəti artıq ölkənin bütün bölgələrini əhatə edir. Yeni ofislərin açılması Qayıdış prosesinin möhkəmlənməsinə, ictimai həmrəyliyin genişlənməsinə mühüm töhfə verir.

Quba nümayəndəliyinin yeni ofisi bölgədə yaşayan Qərbi Azərbaycan əsilli soydaşların təşkilatlanması, mədəni irsin qorunması, deportasiya faktlarının toplanması, gənclərin maarifləndirilməsi və Qayıdış Konsepsiyasının yerli səviyyədə icrası üçün geniş imkanlar yaradacaq.










Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Hikmət Hacıyev Çin nümayəndəsi ilə görüşdü – FOTO

Hikmət Hacıyev Çin nümayəndəsi ilə görüşdü – FOTO

Millimizin üzvü oynadı, komandası qalib gəldi

Millimizin üzvü oynadı, komandası qalib gəldi

Hikmət Hacıyev Aİ-nin xüsusi nümayəndəsi ilə nələri müzakirə etdi? – FOTO

Hikmət Hacıyev Aİ-nin xüsusi nümayəndəsi ilə nələri müzakirə etdi? – FOTO

Qızılla bağlı YENİ STANDARTLAR – Saxta məmulatlar bazardan necə ÇIXARILACAQ?

Qızılla bağlı YENİ STANDARTLAR – Saxta məmulatlar bazardan necə ÇIXARILACAQ?

Nəriman Axundzadə yeni klubunun stadionunu gəzdi - FOTO

Nəriman Axundzadə yeni klubunun stadionunu gəzdi - FOTO

Ötən il universitetlərə imtahansız qəbul olunanların sayı AÇIQLANDI

Ötən il universitetlərə imtahansız qəbul olunanların sayı AÇIQLANDI

Polis qanunsuz saxlanılan daha 5 avtomatı aşkarladı

Polis qanunsuz saxlanılan daha 5 avtomatı aşkarladı

Yol Polisindən həftəsonu səfərə çıxan sürücülərə ÇAĞIRIŞ

Yol Polisindən həftəsonu səfərə çıxan sürücülərə ÇAĞIRIŞ

16 hindistanlı tələbə İrandan Azərbaycana gətirildi – FOTO

16 hindistanlı tələbə İrandan Azərbaycana gətirildi – FOTO

Qurban Qurbanovun bu VİDEOSU marağa səbəb oldu

Qurban Qurbanovun bu VİDEOSU marağa səbəb oldu

Xocavəndin Xanoba kəndinə İLK KÖÇ

Xocavəndin Xanoba kəndinə İLK KÖÇ

İsrail ordusundan Təbriz sakinlərinə XƏBƏRDARLIQ: “Ərazini təcili tərk edin!” – FOTO

İsrail ordusundan Təbriz sakinlərinə XƏBƏRDARLIQ: “Ərazini təcili tərk edin!” – FOTO

Bu məhsullar BAHALAŞA BİLƏR

Bu məhsullar BAHALAŞA BİLƏR

Qəddafinin qızından İran xalqına MÜRACİƏT: “Canavarlarla danışıqlar sürünü xilas etmir...”

Qəddafinin qızından İran xalqına MÜRACİƏT: “Canavarlarla danışıqlar sürünü xilas etmir...”

“Dünyanın ən gözəl qızı” evlənir - FOTO

“Dünyanın ən gözəl qızı” evlənir - FOTO

Şimali Koreya Yapon dənizinə 10 ballistik raket ATDI – FOTO

Şimali Koreya Yapon dənizinə 10 ballistik raket ATDI – FOTO

"Kuruluş Orhan"da 2 ayrılıq - Fotolar

"Kuruluş Orhan"da 2 ayrılıq - Fotolar

Lənkəranlı məktəblilərdən unikal LAYİHƏ: Mina aşkarlayan “ağıllı çəkmə” – FOTO

Lənkəranlı məktəblilərdən unikal LAYİHƏ: Mina aşkarlayan “ağıllı çəkmə” – FOTO

Gəlirli iş tapacaq BÜRCLƏR

Gəlirli iş tapacaq BÜRCLƏR

“Pafosla danışırlar!” – Sərxan Kərəmoğlu onları tənqid etdi, özü tənqidlərə tuş gəldi

“Pafosla danışırlar!” – Sərxan Kərəmoğlu onları tənqid etdi, özü tənqidlərə tuş gəldi

BTQ zikh icması və digər etnik qruplara qarşı təqiblərlə bağlı hesabat təqdim etdi – FOTO/VİDEO

BTQ zikh icması və digər etnik qruplara qarşı təqiblərlə bağlı hesabat təqdim etdi – FOTO/VİDEO

Azərbaycan XİN Efiopiyaya başsağlığı verdi - FOTO

Azərbaycan XİN Efiopiyaya başsağlığı verdi - FOTO

“Kəpəz”in akademiyası işıqlandırıldı – FOTO

“Kəpəz”in akademiyası işıqlandırıldı – FOTO

SON DƏQİQƏ! Ucuz mənzillər satışa çıxarıldı

SON DƏQİQƏ! Ucuz mənzillər satışa çıxarıldı

End of content

No more pages to load

RADİO