Ramiz Mehdiyevin daha bir gizli sənədi üzə çıxdı – 19 yanvar mitinqinin pərdəarxası strategiyası

KONKRET.az-ın redaksiyasına Milli Şuradan 2019-cu ilin yanvarın 19-da keçirilən mitinqlə bağlı sensasion cədvəl daxil olub.

Mənbənin verdiyi məlumata görə, həmin sənəd 2018-ci ildə Ramiz Mehdiyevin tapşırığı ilə birbaşa hazırlanıb və o dövrdə ölkədə böyük rezonans doğuran mitinqin ümumi strategiyasını özündə ehtiva edib.

Cədvəllə tanışlıqdan sonra belə qənaətə gəlmək olur ki, 2018-ci ilin sonunda hazırlanmış cədvəlin əsas funksiyası “kimin üzərində daha geniş ictimai reaksiya yarana bilər?” sualına cavab tapmaq olub.

Cədvəl açıq şəkildə bir məqsədə xidmət edib:

müxalif və ya tənqidçi aktorların hər birinin ictimai rezonans yaratma gücünü sistemləşdirmək.

Parametrlərə görə burada real siyasi çəki, beynəlxalq status, fəaliyyətin xarakteri, sosial media potensialı, cəmiyyətin emosional reaksiyası və gənclər auditoriyasına təsiri hesablanıb.

Ramiz Mehdiyevə görə, “Niyə Mehman Hüseynov kimi dalğa yaratmır?” sualı tapılıb.

Bu strukturu texniki olaraq “risk xəritəsi” də adlandırmaq olar.

Mehdiyev və onun müxalifətdəki adamları hansı fiqurun həbs və ya təzyiqi daha böyük kütləvi dalğa yarada biləcəyini tam dəqiqliyə ilə hesablaya bilib. Və belə bir yekdil qərar qəbul olunub ki, 2018-ci ilin sonu–2019-cu ilin əvvəlində Mehman Hüseynov məsələsi ölkədə nadir rast gəlinən səviyyədə mobilizasiya yarada bilər.

Cədvəl göstərir ki, digər heç bir siyasi fiqurla bu emosional dalğanı yaratmaq mümkün olmayacaq.

Ramiz Mehdiyev siyasi idarəetmə üçün müəyyən problemlər yaratmaq istəyirdi. O, qismən buna nail olmuşdu – cəmiyyət ilk dəfə “viral mobilizasiya” yaşamışdı.

Bir filosof kimi, cədvəlin hazırlanmasında onun dəst-xətti görünür. Digər müxalifət fiqurlarını analiz edən Mehdiyev “komandası” hesab edir ki, Leyla və Arif Yunuslar yüksək beynəlxalq nüfuza malik olsalar da, amma kütləvi emosional bazaları yoxdur.

Onlar gənclər üçün az cazibədardır.

Xədicə Ismayil adı böyük media dəstəyi ilə xarakterizə edilsə də, riskli mövzudur.

Ramiz Mehdiyev onu “korrupsiya araşdırmaları” fonunda sima kimi qəbul etsə də, emosional identifikasiyası aşağı səviyyədə qiymətləndirib.

Tofiq Yaqubluya gəlincə, Mehdiyevə görə onunla bağlı cəmiyyət iki yerə bölünür. Çünki Yaqublu ancaq və ancaq “müxalifət-müxalifətçi” effektindən başqa bir işə yaramır.

Komandanın hazırladığı cədvəldə Qubad İbadoğlu adı da ayrıca qeyd edilir. Onu beynəlxalq səs-küy yaradan fiqur kimi göstərsə də, amma daxildə mücərrəd və bazası olmayan siyasətçi kimi təqdim edilib.

İbadoğlunun maliyyə-akademik mövzuları geniş kütlə üçün populist deyil. Sosial mediada da güclü emosional hekayə yaratmır.

Əli Əliyevə gəlincə, onun öz elektoratı çox məhduddur. Buna görə də cəmiyyətdə kütləvi emosional fiqur kimi qəbul edilmir.

Cədvəl bir nəticəni təqdim edir ki, Mehman Hüseynov daha ümumxalq emosional fiqurdur.

Əli Kərimli ilıəə bağlı məsələ Mehdiyev üçün bir qədər fərqlidir. “Onun saxlanması, hakimiyyət mediasında kəskin tənqidi artıq normaya çevrilib və buna görə də hansısa həbs cəhdi şok effekti yaratmayacaq.

Siyasi texnoloji dildə bu o deməkdir ki, Əli Kərimli artıq cəmiyyət üçün çox ciddi və sosial bazası güclü olan fiqur deyil

Onun təşkil etdiyi aksiyalar yeni risk yaratmır. Çünki tərəfdar bazası məlumdur. Gözlənilməyən emosional partlayış ehtimalı aşağıdır. Bu, Ramiz Mehdiyev siyasi idarəetməsinin “nəzarət oluna bilən ssenari”dinə əsaslanmış bir cədvəldir.

Mənbə qeyd edir ki, mitinqin 2019-cu il 19 yanvar gününə təyin edilməsinin məntiqi səbəbi odur ki, Mehman Hüseynov fiquru zamanında peyda olub.
 

Bu səbəbdən Mehdiyev üçün ən optimal variant narazılığı tam boğmaq yox, onu “kontrollu kanala” yönləndirmək olub. Ramiz Mehdiyev əslində dövlətə göstərmək istəyir ki, o narazılıq dalğasına tam nəzarət edir, kənardakı spontan kütləvi emosional partlayışları əngəlləmək qüdrətindədir.


Bu, Ramiz Mehdiyevin klassik siyasi texnologiya metodudur: spontan sosial mobilizasiyanı institusional müxalifətin içinə yönəltmək.

Ancaq Mehdiyev unudur ki, dövləti aldatmaq mümkün deyil. Onun süni surətdə cəmiyyətdə gərginlik yaratmaq cəhdi onun özünün tam iflasına işıq saçır.

Artıq müvafiq dərin strukturlarda Mehdiyevi stəkanda fırtına yaratmaqla sosial narazılığın idarə olunan müstəviyə daşınması “məharətini” görürdü.

Bircə qalırdı bu faktların ortaya çıxması.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Günlərlə dağlarda axtarırlar: 2-3 kq tapan "qızıl tapmış kimi" sevinir

Günlərlə dağlarda axtarırlar: 2-3 kq tapan "qızıl tapmış kimi" sevinir

Ardanın bu qolu La Liqada rekord yenilədi - Video

Ardanın bu qolu La Liqada rekord yenilədi - Video

Əraqçi: İran danışıqlar istiqamətdə çağırışları qəbul etmir

Əraqçi: İran danışıqlar istiqamətdə çağırışları qəbul etmir

Bu ölkədə taksi qiymətləri ucuzlaşır

Bu ölkədə taksi qiymətləri ucuzlaşır

29 il əvvəl Azərbaycan gözəli seçilən xanımın son halı

29 il əvvəl Azərbaycan gözəli seçilən xanımın son halı

"iPhone" işlədənlərə pis xəbər

"iPhone" işlədənlərə pis xəbər

Bu ölkənin Baş naziri istefa verdi

Bu ölkənin Baş naziri istefa verdi

BBC-nin yeni rəhbərini "Google" ilə nə bağlayır?

BBC-nin yeni rəhbərini "Google" ilə nə bağlayır?

İran XİN: Düşmənin İranı parçalamaq planları iflasa uğrayıb

İran XİN: Düşmənin İranı parçalamaq planları iflasa uğrayıb

Azərbaycanın U-19 millisi məğlub oldu

Azərbaycanın U-19 millisi məğlub oldu

İran ABŞ-nin F-18 qırıcı təyyarəsini vurub - VİDEO

İran ABŞ-nin F-18 qırıcı təyyarəsini vurub - VİDEO

Tehran region ölkələrindən birini hədələyib

Tehran region ölkələrindən birini hədələyib

Hakan Fidan iranlı həmkarı ilə müharibəni müzakirə edib

Hakan Fidan iranlı həmkarı ilə müharibəni müzakirə edib

Martın son günlərində 3 bürcü böyük dəyişikliklər gözləyir

Martın son günlərində 3 bürcü böyük dəyişikliklər gözləyir

Ağ Ev: İran reallığı qəbul etməsə, daha ağır zərbə alacaq

Ağ Ev: İran reallığı qəbul etməsə, daha ağır zərbə alacaq

Qalmaqallı prokuror işdən çıxarıldı - Atası da prokuror idi

Qalmaqallı prokuror işdən çıxarıldı - Atası da prokuror idi

Ermənistanda Apostol kilsəsinin bu imtiyazı ləğv edildi

Ermənistanda Apostol kilsəsinin bu imtiyazı ləğv edildi

İran ABŞ-nin sülh danışıqları təklifinə rəsmi cavab verməyib

İran ABŞ-nin sülh danışıqları təklifinə rəsmi cavab verməyib

İran Yaxın Şərqdəki bütün ABŞ bazalarını məhv edib

İran Yaxın Şərqdəki bütün ABŞ bazalarını məhv edib

Peskov: ABŞ heç bir zəmanət vermir

Peskov: ABŞ heç bir zəmanət vermir

Dibala Türkiyədə oynaya bilər

Dibala Türkiyədə oynaya bilər

Tramp mayda Çinə gedəcək

Tramp mayda Çinə gedəcək

Saxta kosmetoloqlarla mübarizə: Bir ildə 367 protokol yazılıb - RƏSMİ

Saxta kosmetoloqlarla mübarizə: Bir ildə 367 protokol yazılıb - RƏSMİ

İran daha bir boğazı bağlaya bilər

İran daha bir boğazı bağlaya bilər

End of content

No more pages to load

RADİO