Gəncədə "Mercedes" markalı avtomobilin aşması nəticəsində xəsarət alanların kimliyi məlum olub.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, şəhərin Əziz Əliyev küçəsində baş verən qəzada 2001-ci il təvəllüdlü İ. Haqverdiyev, 2004-cü il təvəllüdlü H. Məmmədov və daha bir nəfər xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.
Onlara ilkin tibbi yardım göstərilib, müalicələri davam etdirilir.
Faktla bağlı araşdırma aparılır.



Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu