Goranboyda yetkinlik yaşına çatmayan qızın nişan mərasiminin qarşısı alınıb.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, Goranboy Rayon Polis Şöbəsinə rayonun Qarasüleymanlı kəndində 2008-ci il təvəllüdlü qızın nişan mərasiminin keçirilməsi barədə məlumat daxil olub.
Polis əməkdaşları tərəfindən mərasimin qarşısı alınıb və hər iki tərəfin valideynləri izahat üçün polis şöbəsinə dəvət olunublar.
Onlarla profilaktik söhbət aparılıb və qanunvericiliyin tələbləri izah edilib.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu