Bakı metrosunun "Nərimanov" stansiyasının 4-cü keçid çıxışındakı divar üzlüklərinin bərpası ilə bağlı işlər tamamlanıb.
Bizim.Media xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" QSC-dən bildirilib.
Qeyd edilib ki, həmçinin görmə məhdudiyyətli sərnişinlərin metrodan daha rahat və təhlükəsiz istifadəsi üçün stansiyada taktil döşəmələr quraşdırılıb.
Pilot layihənin qarşıdakı müddətdə digər stansiyalarda da tətbiqi nəzərdə tutulur.
Bizim.Media