Bakıda binalardan birinin zirzəmisindən meyit tapılıb.
Bizim.Media “Qafqazinfo.az”a istinadən xəbər verir ki, hadisə Nəsimi rayonu Asif Məhərrəmov küçəsində qeydə alınıb.
Yardımlı rayon sakini 40 yaşlı Amid Kürd oğlu Əsədovun meyiti küçədəki 5 mərtəbəli binanın zirzəmisində aşkar edilib.
Meyitin üzərində zorakılıq əlamətləri olmayıb.
A.Əsədovun ölüm səbəbi hələlik məlum deyil.
Faktla bağlı araşdırma aparılır.
Bizim.Media