Azərbaycanda bu iki söz yoxa çıxır – Hər evdə işlənirdi…

Müğənni Emil Bədəlovun uşaqları ilə bağlı açıqlaması sosial şəbəkələrdə müzakirələrə çevrilib. Sənətçi bildirib ki, qızları ona “ata” demirlər.

Sitat: “Adımla çağırırlar. Deyirlər, “ata” deyəndə ətimiz tökülür”.

Maraqlıdır ki, əksəriyyət oxşar fikirlərlə çıxış edir, yəni hazırda uşaqların valideynlərini adları ilə çağırmaq tendensiyası yaranıb.

Bu, təhlükəlidir, yoxsa müasir dövrdə normal qəbul edilməlidir? “Ata”, “ana” sözlərinin zamanla az işlədilməsi hansı fəsadlara yol aça bilər?

Bizim.Media xəbər verir ki, mövzu ilə bağlı “globalinfo.az”a danışan uşaq və yeniyetmə psixologiyası üzrə mütəxəssis Nərmin Ağayevanın sözlərinə görə, uşaqların valideynlərini adla çağırması sadəcə bir trend deyil, ailə sistemində səssiz şəkildə yaranan çatın göstəricisidir:

“Sosial şəbəkələrdə “Ata demirik, adla çağırırıq” kimi fikirlər müasirlik kimi təqdim olunsa da, psixoloji baxımdan bu, heç də zərərsiz deyil. Söhbət yalnız müraciət formasından yox, uşağın psixikasında rol boşluğunun yaranmasından gedir. Övladın “ana” və “ata” deməkdə çətinlik çəkməsi emosional bağlılığın zəifləməsi, valideyn avtoritetinin sarsılması və ailə sərhədlərinin pozulması anlamına gələ bilər. Adla müraciət çox vaxt rol dəyişikliyinin siqnalıdır. Çünki psixologiyada “ana” və “ata” sözləri sadəcə ad deyil, təhlükəsizlik, dayaq, yönləndirmə və güvən simvoludur. Bunun zəifləməsi uşağın sərhəd hissini zədələyir, davranış pozuntusu riskini artırır, yeniyetməlik dövründə avtoritet problemi yaradır və valideyn sözünün təsirini azaldır”.

Psixoloq qeyd edib ki, bu prosesi normal kimi təqdim etmək risklidir:

“Əgər uşaq valideynini adla çağırırsa, ilk sual “Niyə?” olmalıdır. Səbəb emosional bağlılıq, istilik və güvən sahəsində çətinlikdirsə, problem daha ciddi qiymətləndirilməlidir. Lakin başqa amillərlə əlaqəlidirsə, yenə də araşdırma tələb olunur. Valideyn uşaq üçün sadəcə ad deyil, psixoloji identifikasiya sütunudur. Bu laxlayanda isə ailə sistemi çökür. Ona görə də hazırkı tendensiya ailə strukturu üçün real risk yaradır”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Ölkəyə qanunsuz yolla nə qədər dərman GƏTİRİLİB? – RƏSMİ AÇIQLAMA

Ölkəyə qanunsuz yolla nə qədər dərman GƏTİRİLİB? – RƏSMİ AÇIQLAMA

Qarabaşağı necə düzgün bişirməli? - restorandakından daha dadlı olacaq

Qarabaşağı necə düzgün bişirməli? - restorandakından daha dadlı olacaq

Elton Aysunla Ayanı HƏDƏF ALDI – “Onlar ifaçı deyil!” – VİDEO

Elton Aysunla Ayanı HƏDƏF ALDI – “Onlar ifaçı deyil!” – VİDEO

Şəkərli diabet xəstələri ilə bağlı MÜHÜM YENİLİK

Şəkərli diabet xəstələri ilə bağlı MÜHÜM YENİLİK

Sabah yağış yağacaq – PROQNOZ

Sabah yağış yağacaq – PROQNOZ

Çin avtomobilləri ucuzlaşacaq - BU TARİXDƏN

Çin avtomobilləri ucuzlaşacaq - BU TARİXDƏN

Azərbaycanda bu iki söz yoxa çıxır – Hər evdə işlənirdi…

Azərbaycanda bu iki söz yoxa çıxır – Hər evdə işlənirdi…

Yermak evində axtarış aparıldığını TƏSDİQLƏDİ

Yermak evində axtarış aparıldığını TƏSDİQLƏDİ

Honkonqdakı yanğında ölənlərin sayı 128 nəfərə ÇATDI

Honkonqdakı yanğında ölənlərin sayı 128 nəfərə ÇATDI

AFFA Ülvi Babayevi milliləşdirmək İSTƏYİR

AFFA Ülvi Babayevi milliləşdirmək İSTƏYİR

Bakı-Sumqayıt magistralında nasaz avtomobil zəncirvari qəzaya səbəb oldu – VİDEO

Bakı-Sumqayıt magistralında nasaz avtomobil zəncirvari qəzaya səbəb oldu – VİDEO

Qadın müəllim niyə avtobus sürücüsü işləməyə qərar verdi? - Ekspert

Qadın müəllim niyə avtobus sürücüsü işləməyə qərar verdi? - Ekspert

Sutkada gömrük postundan nə qədər yük KEÇİR?

Sutkada gömrük postundan nə qədər yük KEÇİR?

Qanunsuz yolla ölkəyə gətirilməyə cəhd olunan valyutanın həcmi açıqlanıb

Qanunsuz yolla ölkəyə gətirilməyə cəhd olunan valyutanın həcmi açıqlanıb

Biləsuvarda ölən DSX əsgərinin FOTOSU

Biləsuvarda ölən DSX əsgərinin FOTOSU

Masazırda 1-ci sinif şagirdi məktəbin həyətində dünyasını dəyişdi

Masazırda 1-ci sinif şagirdi məktəbin həyətində dünyasını dəyişdi

İlham Əliyevdən Albaniya Prezidentinə MƏKTUB

İlham Əliyevdən Albaniya Prezidentinə MƏKTUB

Ağstafada itkin düşən qadın tapıldı, evə qayıtmaq istəmir – FOTO

Ağstafada itkin düşən qadın tapıldı, evə qayıtmaq istəmir – FOTO

Afət meyxanaçıya ərə gedir - VİDEO

Afət meyxanaçıya ərə gedir - VİDEO

Əhməd İsmayılov: “İnformasiya suverenliyimizi qorumaq istiqamətində daim səy göstəririk”

Əhməd İsmayılov: “İnformasiya suverenliyimizi qorumaq istiqamətində daim səy göstəririk”

Ölkəyə gələn sərnişinlər arasında gizlədilmiş mallar aşkarlandı

Ölkəyə gələn sərnişinlər arasında gizlədilmiş mallar aşkarlandı

Bu rayon xəstəxanasında 73 həkim vakant yeri VAR

Bu rayon xəstəxanasında 73 həkim vakant yeri VAR

70-dən çox erkən nikahın qarşısı ALINDI – 39 nəfər CƏZALANDIRILDI

70-dən çox erkən nikahın qarşısı ALINDI – 39 nəfər CƏZALANDIRILDI

Cahid Şahbazovla bağlı açılan cinayət işinə XİTAM VERİLDİ

Cahid Şahbazovla bağlı açılan cinayət işinə XİTAM VERİLDİ

End of content

No more pages to load

RADİO