Qadın müəllim niyə avtobus sürücüsü işləməyə qərar verdi? - Ekspert

İctimai nəqliyyatda avtobus sürücüsü kimi fəaliyyət göstərən qadın sürücülərin arasında müxtəlif ixtisas və peşə sahiblərinin olduğu açıqlanıb. Sürücü kimi işə başlayan Rəna Cəfərova ixtisasca müəllimdir. O bildirib ki, hər zaman avtobus sürmək arzusunda olub. Onu ictimai nəqliyyata gətirən də elə bu arzusu olub. 

Bəs, müəllimi ictimai nəqliyyatda avtobus sürücüsü işləməyə aparan səbəblər nədir?

Bizim.Media xəbər verir ki, təhsil eksperti Elşən Qafarov Qaynarinfo.az-a açıqlamasında zamanla müəllimlərin sayının daha da azalacağını bildirib:


"Pedaqoji sahədə ölkədə təhsil verən 23 ali təhsil müəssisəsi var. Yəni 47 ali təhsil müəssisəsindən 23-ü pedaqoji sahədə təhsil verir. Son illər məktəblərin sayı sürətlə azalır. Təkcə 2025-ci ildə 316 məktəb bağlanıb və bu proses davam edir. Şagird sayı 100 nəfərdən aşağı olan məktəblərin sayı 1241-dir. Elm və Təhsil Nazirliyi yaxın 3-5 ildə də şagird sayı 100-dən aşağı olan məktəblərin bağlanmasını planlaşdırır. Digər tərəfdən insanların kəndlərdən köçməsi nəticəsində şagird sayı 100-dən yuxarı olan məktəblərin sayı azalır".

Ölkədə müəllim işləyənlərin sayı da azalır. Bir neçə il bundan əvvəl müəllim sayı 150 min idisə, indi bu rəqəm 120 min civarındadır. Yaxın bir neçə ildə də müəllimlərin sayının 100 mindən aşağı düşəcəyi gözlənilir. Hazırda pedaqoji sahədə təhsil alanların sayı da bildiyim qədərilə 60 min civarındadır. İllik ehtiyacın da müəllimlərin işə qəbul müsabiqəsində hər il 8-10 min olunduğu elan edilir. Hər il 8-10 min işə qəbul var, amma həmin rəqəmləri açıqlamırlar. Biz bilmirik ki, 8-10 minin neçə faizi ilk dəfə işə girənlərdir? Qaydalara görə, hazırda başqa məktəbdə müəllim işləyə-işləyə müəllimlərin işə qəbulu müsabiqəsinə sənəd vermək olar".

Müəllim kimi təhsil alan şəxsin avtobus sürücüsü işləməsinə gəlincə, Elşən Qafarov bunun dünyanın əksər yerlərində olduğunu vurğulayıb:

"Təhsil alıb, amma özünü müəllimlik peşəsində görmür, yaxud da yaşadığı ərazidə müəllim üçün ştat yoxdur. Təbii ki, insan da işləmək istəyir, dolanmalıdır. Nəyi bacarırsa, ona uyğun vakansiyalara müraciət edir, müsabiqədən keçdikdən sonra sürücü olmaqla yanaşı digər sahələrdə də işləyə bilər. Burada ayıb, yaxud da irad bildiriləsi nəsə yoxdur".

Ekspert hesab edir ki, müəllimlərin peşələrindən ayrılmaması üçün çıxış yolu islahatların aparılmasından keçir:

"Getdikcə pedaqoji sahədə müəllim ştatlarının sayı azalacaq. Say azalacaq, üstəlik tələb və təklif mövzusu var. Ölkədə məktəblərin sayı sürətlə azalır, nəticə etibarı ilə bu, müəllim yerlərinin sayına təsir edir. Bu məsələni əmək bazarı tənzimləyir. Bu baxımdan təhsil almasına baxmayaraq, kim harada istəyirsə işləyə bilər, sərbəstdir. Digər bir tərəfdən Dövlət İmtahan Mərkəzinin imtahan mexanizmi var.

Mühəndis, həkim, hüquqşünas olmaq istəyən gəlib müəllimlik ixtisasına düşür. Düşünürəm, Dövlət İmtahan Mərkəzi qrup imtahanları ixtisaslar üzrə olan imtahanlarla əvəz edilərsə, bu sahədə böyük dönüş olar. Konkret olaraq kim müəllim olmaq istəsə, elə bu sahəyə yiyələnər. Böyük dəyişiklik etmək lazımdır. Təəssüflər olsun, bizdə islahat adı altında hər şey edilir, amma islahatdan başqa".


Qeyd edək ki, bu gün avtobus sürücüsü kimi fəaliyyətə başlayan Rəna Cəfərova mediaya açıqlamasında seçiminin səbəbini belə izah edib:


"Avtobus sürmək çox gözəl hissdir. Bundan öncə avtobus sürməmişəm, 20 ildən çox sürücülük təcrübəm var. Xanımlar daha səliqəli sürücülük edirlər. Sayımız artsa, daha yaxşı olar. Sərnişinlərin təzyiqi məni qorxutmur. İxtisasım İnformatika müəlliməliyidir. Avtobus sürmək uşaqlıq arzum olub".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Şəkərli diabet xəstələri ilə bağlı MÜHÜM YENİLİK

Şəkərli diabet xəstələri ilə bağlı MÜHÜM YENİLİK

Sabah yağış yağacaq – PROQNOZ

Sabah yağış yağacaq – PROQNOZ

Çin avtomobilləri ucuzlaşacaq - BU TARİXDƏN

Çin avtomobilləri ucuzlaşacaq - BU TARİXDƏN

Azərbaycanda bu iki söz yoxa çıxır – Hər evdə işlənirdi…

Azərbaycanda bu iki söz yoxa çıxır – Hər evdə işlənirdi…

Yermak evində axtarış aparıldığını TƏSDİQLƏDİ

Yermak evində axtarış aparıldığını TƏSDİQLƏDİ

Honkonqdakı yanğında ölənlərin sayı 128 nəfərə ÇATDI

Honkonqdakı yanğında ölənlərin sayı 128 nəfərə ÇATDI

AFFA Ülvi Babayevi milliləşdirmək İSTƏYİR

AFFA Ülvi Babayevi milliləşdirmək İSTƏYİR

Bakı-Sumqayıt magistralında nasaz avtomobil zəncirvari qəzaya səbəb oldu – VİDEO

Bakı-Sumqayıt magistralında nasaz avtomobil zəncirvari qəzaya səbəb oldu – VİDEO

Qadın müəllim niyə avtobus sürücüsü işləməyə qərar verdi? - Ekspert

Qadın müəllim niyə avtobus sürücüsü işləməyə qərar verdi? - Ekspert

Sutkada gömrük postundan nə qədər yük KEÇİR?

Sutkada gömrük postundan nə qədər yük KEÇİR?

Qanunsuz yolla ölkəyə gətirilməyə cəhd olunan valyutanın həcmi açıqlanıb

Qanunsuz yolla ölkəyə gətirilməyə cəhd olunan valyutanın həcmi açıqlanıb

Biləsuvarda ölən DSX əsgərinin FOTOSU

Biləsuvarda ölən DSX əsgərinin FOTOSU

Masazırda 1-ci sinif şagirdi məktəbin həyətində dünyasını dəyişdi

Masazırda 1-ci sinif şagirdi məktəbin həyətində dünyasını dəyişdi

İlham Əliyevdən Albaniya Prezidentinə MƏKTUB

İlham Əliyevdən Albaniya Prezidentinə MƏKTUB

Ağstafada itkin düşən qadın tapıldı, evə qayıtmaq istəmir – FOTO

Ağstafada itkin düşən qadın tapıldı, evə qayıtmaq istəmir – FOTO

Afət meyxanaçıya ərə gedir - VİDEO

Afət meyxanaçıya ərə gedir - VİDEO

Əhməd İsmayılov: “İnformasiya suverenliyimizi qorumaq istiqamətində daim səy göstəririk”

Əhməd İsmayılov: “İnformasiya suverenliyimizi qorumaq istiqamətində daim səy göstəririk”

Ölkəyə gələn sərnişinlər arasında gizlədilmiş mallar aşkarlandı

Ölkəyə gələn sərnişinlər arasında gizlədilmiş mallar aşkarlandı

Bu rayon xəstəxanasında 73 həkim vakant yeri VAR

Bu rayon xəstəxanasında 73 həkim vakant yeri VAR

70-dən çox erkən nikahın qarşısı ALINDI – 39 nəfər CƏZALANDIRILDI

70-dən çox erkən nikahın qarşısı ALINDI – 39 nəfər CƏZALANDIRILDI

Cahid Şahbazovla bağlı açılan cinayət işinə XİTAM VERİLDİ

Cahid Şahbazovla bağlı açılan cinayət işinə XİTAM VERİLDİ

Regionlarda tibbi xidmətlə bağlı YENİLİK

Regionlarda tibbi xidmətlə bağlı YENİLİK

Bakıda toy zamanı şadlıq evində yanğın - “Zalda bir nəfər qalmasın” – VİDEO

Bakıda toy zamanı şadlıq evində yanğın - “Zalda bir nəfər qalmasın” – VİDEO

Bakıda TDT-nin media və informasiya üzrə nazirlərinin toplantısı keçirilir – VİDEO

Bakıda TDT-nin media və informasiya üzrə nazirlərinin toplantısı keçirilir – VİDEO

End of content

No more pages to load

RADİO