2025-ci ilin ilk 6 ayı ərzində ölkəyə gələn sərnişinlər arasında aparılan risk analizləri nəticəsində bəyan olunmamış mallar aşkar olunub.
Bizim.Media xəbər verir ki, bu barədə Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Xidmətin təşkili şöbəsinin rəisi Elşən Səfərli məlumat verib.
Bildirilib ki, aşkarlanan məhsullar üzrə ümumilikdə 445 min 823 manat gömrük ödənişinə cəlb olunaraq dürüstləşdirilmə təmin olunub.
Bir fakt üzrə 153 qram kokain - narkotik vasitəsi aşkar edilib.
Naibə Məmmədova, Bizim.Media