Marketlərdə ən çox edilən endirim fırıldaqları nələrdir? - Vəkil AÇIQLADI

İstehlakçıları aldadan reklamlar və aldadıcı qiymət endirimlərini hər yerdə görə bilərik.

Bəs bununla necə mübarizə aparmaq olar?

Bizim.Media xəbər verir ki, mövzu ilə bağlı milli.az-a vəkil Bəhruz Orucov açıqlama verərək bildirib ki, bunun üçün istehlakçılar ilk növbədə öz hüquqlarının bilməlidirlər:

"Eyni zamanda istehlakçılar aldadılma üsulları barədə məlumatlı olmalıdırlar. İstehlakçılar nə qədər maariflənsələr, bir o qədər də onların hüquqları az pozular. Bu aldadıcı və istehlakçıların hüquqlarını pozan bir neçə üsullar barədə danışaq və vətəndaşlarımız da məlumatlı olsunlar.
 

Qeyd edim ki, bu aldatma üsulları beynəlxalq təcrübədə çox istifadə olunur və Azərbaycanda da bu üsullara hər yerdə rast gəlmək olur. Ən geniş yayılmış aldatma üsullarından biri icazəsiz etibarlılıq və ya keyfiyyət nişanının göstərilməsidir. Saxta İSO sertifikatı, halal və orqanik nişanı, Çin istehsalı məhsulda Avropa istehsalının qeyd edilməsi, saxta EcoTex certified nişanı kimi nümunələr buna bariz misaldır.


Hətta yaxınlarda Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən belə hallar aşkar olunmuşdur. Belə ki, agentliyin məlumatında qeyd olunmuşdur ki, məişət avadanlıqlarının satışı ilə məşğul olan şirkətlər istehlakçıları aldadan və çaşdıran reklamlara yol verdikləri üçün araşdırma başlanmışdır. Belə ki, bu şirkətlər avadanlıqların istehsal mənşəyinə dair məlumatları yalan reklam etmiş və istehlakçıları aldatmışlar".

Vəkil qeyd edib ki, digər aldatma üsullarından biri də Tələ reklamıdır. Buna ölkəmizdə mütəmadi olaraq rast gəlirik. Görürük ki, mağaza bütün qış geyimlərinə 70% endirim reklamı edir, lakin istehlakçı mağazaya gedir və görür ki, yalnız bir iki köhnə model endirimdədir.
 

Deməli yalan reklam etməklə müştəriləri mağazaya cəlb edirlər. Digər bir misal kimi göstərmək olar ki, onlayn mağaza elan yerləşdirir: Telefon cəmi 599 AZN, müştəri sayta daxil olur, amma sistem göstərir ki, məhsul tükənib və ya yalnız müəyyən şərtlərlə əldə edilə bilər, məsələn, kreditlə daha baha qiymətə, Burada 599 AZN-lik reklam "tələ"dir,yəni müştərini sayta cəlb edən tələ: "Başqa bir üsul Tələ və digər məhsula yönəltmədir.


Misal üçün Bir elektronika mağazası televizor üçün belə reklam verir: 55 düymlük TV cəmi 499 AZN! Yalnız bu həftə!, İstehlakçı mağazaya gedir, lakin satıcı deyir: O model artıq satılıb, amma eyni keyfiyyətdə olan başqa model var, qiyməti 899 AZN. Burada məqsəd 499 AZN-lik təkliflə müştərini cəlb etmək, amma əslində daha baha məhsulu satmaqdır. Sonra qarşımıza reklamlar çıxır ki, məhsul yalnız çox məhdud müddət üçün mövcuddur.

Əslində həmin məhsuldan çoxdur. Yalnız istehlakçını çaşdırmaq üçün belə edilir.

İstehlakçı fikirləşir ki, məhsuldan azdır və qərar verir ki, tez gedib alsın. Misallar həddindən artıq çoxdur. Lakin digər bir nümunə kimi istehlakçı hüquqlarını təklifin bir xüsusiyyəti kimi təqdim etmə üsulunu göstərmək olar.
 

Görürük ki, geyim mağazası reklam edir və aldığınız məhsulu 14 gün ərzində geri qaytara bilərsiniz! Yalnız bizdə belə rahatlıq!Halbuki, istehlakçının 14 gün ərzində səbəb göstərmədən geri qaytarmaq hüququ (onlayn və ya pərakəndə satışda) qanunla təmin olunub.


Bəzi mağazalar məhsulu "pulsuz" və ya "hədiyyə" kimi təqdim edir, qeyd edir ki, siz qalib oldunuz və məhsulu gəlib mağazadan götürə bilərsiz, gedirsiz mağazaya orada sizə bu hədiyyəni götürmək üçün qaçılmaz xərcləri ödəməyi təklif edirlər. 

İstehlakçıların hüquqlarının ən çox pozulduğu yerlərdən biri də ərzaq satışı təşkil edən şəbəkə marketləridir. Belə ki, yaxınlarda mənə bir məhsulla bağlı bir şəkil göndərdilər.

Şəkildən aydın görünür ki, məhsulun 2 qiyməti göstərilib, biri köhnə və biri təzə, köhnə qiymətin üstündən xətt çəkilib. Amma araşdırırsan ki, köhnə qiymət şişirdilmiş bir qiymətdir, yeni təklif olunan qiymət isə məhsulun həqiqi olan qiymətidir.

İstehlakçılar bilməlidilər ki, onların hüquqları qanunla qorunur.
 

İstehlakçıların hüquqlarını qoruyan qanunvericilik aktlarına görə, malların (xidmətlərin, işlərin) mənşəyi, kəmiyyəti və keyfiyyəti, yararlılıq müddəti, satış şərtləri, qiyməti barədə yalan və (və ya) natamam məlumatlar verməklə, yaxud haqsız, qeyri-dəqiq və gizli reklam yolverilməzdir.


Vətəndaşlar istehlakçıların hüquqlarını pozan hərəkətlərlə qarşılaşmışlarsa Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin 195-1-4 qaynar xəttinə və hüquqlarının bərpa edilməsi üçün məhkəməyə müraciət edə bilərlər".

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

ABŞ-İran danışıqlarında Hizbullah DÜYÜNÜ – Yalnız bu halda razılaşma mümkündür

ABŞ-İran danışıqlarında Hizbullah DÜYÜNÜ – Yalnız bu halda razılaşma mümkündür

“Şahin” “Uzak Şehir”dən ayrılır?

“Şahin” “Uzak Şehir”dən ayrılır?

Bakının mərkəzində yeni təmir olunan yol ÇÖKDÜ – VİDEO

Bakının mərkəzində yeni təmir olunan yol ÇÖKDÜ – VİDEO

Abbasdan Gəncəyə köçməsi ilə bağlı yayılan xəbərlərə REAKSİYA - FOTO

Abbasdan Gəncəyə köçməsi ilə bağlı yayılan xəbərlərə REAKSİYA - FOTO

Renat Dadaşov yayda klubunu TƏRK EDƏCƏK

Renat Dadaşov yayda klubunu TƏRK EDƏCƏK

Tramp: “İranlılar bizimlə razılıq əldə etmək üçün yalvarırlar” – FOTO

Tramp: “İranlılar bizimlə razılıq əldə etmək üçün yalvarırlar” – FOTO

Adil Əliyev bu vəzifəyə təyin olundu

Adil Əliyev bu vəzifəyə təyin olundu

Tramp: “NATO ölkələrinin bu addımını heç vaxt unutmayacağıq” – FOTO

Tramp: “NATO ölkələrinin bu addımını heç vaxt unutmayacağıq” – FOTO

Azərbaycanın görkəmli hərbi xadimi VƏFAT ETDİ – FOTO/VİDEO

Azərbaycanın görkəmli hərbi xadimi VƏFAT ETDİ – FOTO/VİDEO

Ukraynanın vurduğu Rusiya limanında yanğın hələ də davam edir – VİDEO

Ukraynanın vurduğu Rusiya limanında yanğın hələ də davam edir – VİDEO

Həcc ziyarətinə getmək istəyənlərin NƏZƏRİNƏ

Həcc ziyarətinə getmək istəyənlərin NƏZƏRİNƏ

"Qızım ondan ayrılanda heç bilirsiniz nələr yaşadı?"

"Qızım ondan ayrılanda heç bilirsiniz nələr yaşadı?"

SON DƏQİQƏ! Ağdamda mina partlayışı – Yaralanan var

SON DƏQİQƏ! Ağdamda mina partlayışı – Yaralanan var

Almaniyalı nazir: “İran müharibəsi dünya üçün fəlakətdir” – VİDEO

Almaniyalı nazir: “İran müharibəsi dünya üçün fəlakətdir” – VİDEO

KİV: ABŞ Ukrayna üçün ayrılan silahları Yaxın Şərqdə göndərəcək

KİV: ABŞ Ukrayna üçün ayrılan silahları Yaxın Şərqdə göndərəcək

Xəzərin geri çəkilməsi balıqçıları çətin duruma saldı – VİDEO

Xəzərin geri çəkilməsi balıqçıları çətin duruma saldı – VİDEO

Pendirin yanına bir dənə qoyun: aylarla nə kifləyir, nə quruyur

Pendirin yanına bir dənə qoyun: aylarla nə kifləyir, nə quruyur

ABŞ-ın bir illik raket ehtiyatı beş gündə tükənib – SENSASİON DETALLAR - VİDEO

ABŞ-ın bir illik raket ehtiyatı beş gündə tükənib – SENSASİON DETALLAR - VİDEO

Bu gün Türkiyə millisi həlledici oyuna çıxır

Bu gün Türkiyə millisi həlledici oyuna çıxır

Rusiyada Azərbaycan “Coca-Cola"sı adı ilə saxta məhsul istehsal edilirmiş... – VİDEO

Rusiyada Azərbaycan “Coca-Cola"sı adı ilə saxta məhsul istehsal edilirmiş... – VİDEO

Kapital Bank-da məktəblilər üçün “Smart Money Talks” sessiyası təşkil edildi

Kapital Bank-da məktəblilər üçün “Smart Money Talks” sessiyası təşkil edildi

İran müharibəsi ilə bağlı MƏRC İDDİASI – Trampın oğlunun da adı SİYAHIDADIR...

İran müharibəsi ilə bağlı MƏRC İDDİASI – Trampın oğlunun da adı SİYAHIDADIR...

Tramp Baydeni belə parodiya etdi – VİDEO

Tramp Baydeni belə parodiya etdi – VİDEO

"Ən aqressiv şərhləri qadınlar yazır" – FOTO

"Ən aqressiv şərhləri qadınlar yazır" – FOTO

End of content

No more pages to load

RADİO