Nazirlər Kabineti "Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında" qanunda dəyişiklik edilməsi barədə" 11 aprel 2025-ci il tarixli qanunun icrası ilə əlaqədar bəzi qərarlarında dəyişiklik edib.
Bizim.Media xəbər verir ki, bununla bağlı qərarı Baş nazir Əli Əsədov imzalayıb.
Dəyişikliyə əsasən, "Tikinti obyektlərinə tələb olunan gücün hesablanması Qaydası"nda öz əksini tapmış İctimai binalarda elektrik enerjisi üzrə əlavə güc əmsalları müəyyənləşdirilib.
Belə ki, 8 Vt-dan aşağı enerji üzrə güc əmsalı 0,7, 8 Vt-dan 20 Vt-dək (20 Vt daxil olmaqla) enerji üzrə güc əmsalı 0,85, 20 Vt-dan yüksək enerji üzrə güc əmsalı isə 0,9 olmaqla təsdiqlənib.
Qərar 60 Vt və yuxarı gücə malik olan közərmə lampalarına münasibətdə 2026-cı il yanvarın 1-dən, 25 Vt-dan (25 Vt daxil olmaqla) 60 Vt-a qədər gücə malik olan közərmə lampalarına münasibətdə 2026-cı il iyulun 1-dən qüvvəyə minir.
Bizim.Media