Ofisiantların ölümünə səbəb olan elektrik xətti Mehdiyevlərin bağına gedirmiş - FOTO

Məlum olduğu kimi, noyabrın 21-də Binəqədi rayonu ərazisində yerləşən “Lake Hotel”də elektrik cərəyanı vurması nəticəsində həmin obyektdə çalışan 4 nəfər həyatını itirib.
 

MÖVZU İLƏ BAĞLI: 

4 ofisiantın ölümünə görə otel rəhbəri HƏBS EDİLDİ


“Lake Hotel”in icarədarı Ağasif Verdiyev normativ aktların tələblərinə zidd olaraq hotelin ərazisində təsərrüfat işləri həyata keçirib və nəticədə əmək mühafizəsi qaydaları pozulub.

Buna görə də A.Verdiyev şübhəli şəxs qismində saxlanılıb, daha sonra isə onun barəsində həbs qətimkan tədbiri seçilib.

Bizim.Media Qafqazinfo-ya istinadən xəbər verir ki, hadisəyə səbəb isə hotelin pəncərələrinin silinməsi zamanı hündürlüyü 5,75 metr olan təkərli iskələdən istifadə olunması və bu zaman həmin yerdən hündürlüyü 5,53 metr olan 35 kV-luq yüksək gərginlikli hava xətti keçməsinin nəzərə alınmaması olub.

Belə ki, təkərli iskələ daşınarkən, xəttə toxunub və həmin vaxt orada çalışan 4 nəfəri elektrik vurub.

Hazırkı normalara əsasən, 35 kV-luq hava xətti ən azı yerdən 7 metr hündürlükdə aparılmalıdır.

Məsələnin maraqlı tərəfi isə odur ki, həmin 35 kV-luq hava xətti 2009-cu ildə Prezident Administrasiyasının sabiq rəhbəri, hazırda barəsində cinayət işi qaldırılmış  Ramiz Mehdiyevin həyat yoldaşı Qalina Mehdiyevaya məxsus Novxanı qəsəbəsində yerləşən kənd təsərrüfatı sahəsi üçün çəkilib.


Qalina Mehdiyevanın adına olan həmin 102 hektarlıq torpaq sahəsinin 60 sotunda icarə əsasında Beynəlxalq Bankın sabiq sədri Cahangir Hacıyevə məxsus “Friland Vineyards” şərab zavodu yerləşib.

O da bəlli olub ki, 2016-cı ildə Mehdiyeva Aytac Telman qızının adına  şərab istehsal edən “Mərəndə” MMC təsis edib, 2017-ci ildə isə  “Friland Vineyards”  həmin müəssisəni alıb.

2022-ci ildə “Mərəndə” MMC-nin təsisçisi dəyişdirilsə də, faktiki olaraq həmin hüquqi şəxs və şərab zavodu Ramiz Mehdiyevin oğlu Teymur Mehdiyevə məxsusdur.

Hazırda da qeyd olunan şərab zavodu, onun yerləşdiyi torpaq sahəsi və üzüm bağları həmin 35 kV-luq hava xəttindən qidalanır.

Göründüyü kimi, sabiq PA rəhbəri və onun yaxınları böyük biznesə sahiblik edirlər və istər bu biznesin yaradılmasında, istərsə də  onun fəaliyyətinin təmin edilməsində qanun pozuntularına yol verilib. Bu pozuntular sonda 4 nəfərin həyatını itirməsinə səbəb olub.

Məsələ ilə əlaqədar Cinayət Məcəlləsinin 162.3-cü maddəsi ilə cinayət işi başlanılıb və istintaq aparılır.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

ABŞ-İran danışıqlarında Hizbullah DÜYÜNÜ – Yalnız bu halda razılaşma mümkündür

ABŞ-İran danışıqlarında Hizbullah DÜYÜNÜ – Yalnız bu halda razılaşma mümkündür

“Şahin” “Uzak Şehir”dən ayrılır?

“Şahin” “Uzak Şehir”dən ayrılır?

Bakının mərkəzində yeni təmir olunan yol ÇÖKDÜ – VİDEO

Bakının mərkəzində yeni təmir olunan yol ÇÖKDÜ – VİDEO

Abbasdan Gəncəyə köçməsi ilə bağlı yayılan xəbərlərə REAKSİYA - FOTO

Abbasdan Gəncəyə köçməsi ilə bağlı yayılan xəbərlərə REAKSİYA - FOTO

Renat Dadaşov yayda klubunu TƏRK EDƏCƏK

Renat Dadaşov yayda klubunu TƏRK EDƏCƏK

Tramp: “İranlılar bizimlə razılıq əldə etmək üçün yalvarırlar” – FOTO

Tramp: “İranlılar bizimlə razılıq əldə etmək üçün yalvarırlar” – FOTO

Adil Əliyev bu vəzifəyə təyin olundu

Adil Əliyev bu vəzifəyə təyin olundu

Tramp: “NATO ölkələrinin bu addımını heç vaxt unutmayacağıq” – FOTO

Tramp: “NATO ölkələrinin bu addımını heç vaxt unutmayacağıq” – FOTO

Azərbaycanın görkəmli hərbi xadimi VƏFAT ETDİ – FOTO/VİDEO

Azərbaycanın görkəmli hərbi xadimi VƏFAT ETDİ – FOTO/VİDEO

Ukraynanın vurduğu Rusiya limanında yanğın hələ də davam edir – VİDEO

Ukraynanın vurduğu Rusiya limanında yanğın hələ də davam edir – VİDEO

Həcc ziyarətinə getmək istəyənlərin NƏZƏRİNƏ

Həcc ziyarətinə getmək istəyənlərin NƏZƏRİNƏ

"Qızım ondan ayrılanda heç bilirsiniz nələr yaşadı?"

"Qızım ondan ayrılanda heç bilirsiniz nələr yaşadı?"

SON DƏQİQƏ! Ağdamda mina partlayışı – Yaralanan var

SON DƏQİQƏ! Ağdamda mina partlayışı – Yaralanan var

Almaniyalı nazir: “İran müharibəsi dünya üçün fəlakətdir” – VİDEO

Almaniyalı nazir: “İran müharibəsi dünya üçün fəlakətdir” – VİDEO

KİV: ABŞ Ukrayna üçün ayrılan silahları Yaxın Şərqdə göndərəcək

KİV: ABŞ Ukrayna üçün ayrılan silahları Yaxın Şərqdə göndərəcək

Xəzərin geri çəkilməsi balıqçıları çətin duruma saldı – VİDEO

Xəzərin geri çəkilməsi balıqçıları çətin duruma saldı – VİDEO

Pendirin yanına bir dənə qoyun: aylarla nə kifləyir, nə quruyur

Pendirin yanına bir dənə qoyun: aylarla nə kifləyir, nə quruyur

ABŞ-ın bir illik raket ehtiyatı beş gündə tükənib – SENSASİON DETALLAR - VİDEO

ABŞ-ın bir illik raket ehtiyatı beş gündə tükənib – SENSASİON DETALLAR - VİDEO

Bu gün Türkiyə millisi həlledici oyuna çıxır

Bu gün Türkiyə millisi həlledici oyuna çıxır

Rusiyada Azərbaycan “Coca-Cola"sı adı ilə saxta məhsul istehsal edilirmiş... – VİDEO

Rusiyada Azərbaycan “Coca-Cola"sı adı ilə saxta məhsul istehsal edilirmiş... – VİDEO

Kapital Bank-da məktəblilər üçün “Smart Money Talks” sessiyası təşkil edildi

Kapital Bank-da məktəblilər üçün “Smart Money Talks” sessiyası təşkil edildi

İran müharibəsi ilə bağlı MƏRC İDDİASI – Trampın oğlunun da adı SİYAHIDADIR...

İran müharibəsi ilə bağlı MƏRC İDDİASI – Trampın oğlunun da adı SİYAHIDADIR...

Tramp Baydeni belə parodiya etdi – VİDEO

Tramp Baydeni belə parodiya etdi – VİDEO

"Ən aqressiv şərhləri qadınlar yazır" – FOTO

"Ən aqressiv şərhləri qadınlar yazır" – FOTO

End of content

No more pages to load

RADİO