Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.
Bizim.Media “apa.az”a istinadən xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.
Belə ki, hərəkətdə olan minik maşını "BAKU BUS"a məxsus sərnişin avtobusuna çırpılıb.
Nəticədə, minik maşınında olan bir nəfər hadisə yerində ölüb, 2 nəfər isə xəsarət alaraq xəstəxanaya çatdırılıb.
Hadisə yerinə polis əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır.
Bizim.Media