“Sürücülərə deyiblər ki, Zəngəzur dəhliziniz var, gedin oradan keçin”

Azərbaycan səfirliyinin əməkdaşlarının Gürcüstanın müvafiq orqanlarının nümayəndələri ilə görüşündən sonra saxlanılan yük avtomobillərinin problemi həll olunmağa başlayıb.

Bizim.Media xəbər verir ki, bunu “report.az”a Azərbaycana aid “TIR” sürücülərindən biri Pərvin Həsənov deyib.

O qeyd edib ki, hazırda keçid üçün hazırlıqlar aparılır və günün sonuna gömrüyü tərk edəcəyinə ümid edir. Sürücü bildirib ki, bu dəfə məsələ həll olunsa da, onlar mütəmadi olaraq belə problemlərlə qarşılaşırlar: “Mən tütün məmulatları daşıyıram. Şəkidən yükü Yunanıstana aparıram. Eyni adda yükü daşıyan Gürcüstana aid avtomobillər gömrüyü problemsiz keçirlər.

Biz isə gömrükdə gecikmə səbəbindən Avropadakı müştərilərimizin narazılığı ilə üzləşirik”.

P.Həsənov deyib ki, onu heç bir səbəb göstərmədən 22 gün gömrükdə saxlayıblar. Onun sözlərinə görə, gömrükdə noyabrın 7-dən saxlanılıb və onunla birlikdə Azərbaycana aid 30-dan çox avtomobil sürücüsü eyni situasiya ilə qarşılaşıb:

“Sürücülər kimə yaxınlaşırlar, onlarla heç kim danışmır. Gömrük əməkdaşları kobud davranır və ümumiyyətlə ünsiyyət qurmurlar”.

Analoji problemlə qarşılaşan sürücü Balay Allahverdiyev onlardan əvvəl 70-ə yaxın avtomobilin geri qaytarıldığını deyib:

“Həmin sürücülərə Gürcüstan tərəfi deyib ki, sizin Zəngəzur dəhliziniz var, gedin oradan keçin. Onları geri qaytarıblar və hazırda həmin sürücülər İran və ya Türkiyə ərazisindən keçid etməyə cəhd göstərirlər”.

Xatırladaq ki, Batumi və Tbilisi gömrük-keçid məntəqələrində 20 gündən artıqdır saxlanılan Azərbaycan yük avtomobilləri buraxılmırdı. Azərbaycanın Gürcüstandakı Səfirliyi bu məsələni nəzarətə götürüb və səfirliyin nümayəndələri Gürcüstanın müvafiq qurumlarının nümayəndələri ilə görüşlər keçiriblər. Danışıqlardan sonra qarşı tərəf məsələnin çox qısa zamanda tam həll olunacağına söz verib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

ABŞ-İran danışıqlarında Hizbullah DÜYÜNÜ – Yalnız bu halda razılaşma mümkündür

ABŞ-İran danışıqlarında Hizbullah DÜYÜNÜ – Yalnız bu halda razılaşma mümkündür

“Şahin” “Uzak Şehir”dən ayrılır?

“Şahin” “Uzak Şehir”dən ayrılır?

Bakının mərkəzində yeni təmir olunan yol ÇÖKDÜ – VİDEO

Bakının mərkəzində yeni təmir olunan yol ÇÖKDÜ – VİDEO

Abbasdan Gəncəyə köçməsi ilə bağlı yayılan xəbərlərə REAKSİYA - FOTO

Abbasdan Gəncəyə köçməsi ilə bağlı yayılan xəbərlərə REAKSİYA - FOTO

Renat Dadaşov yayda klubunu TƏRK EDƏCƏK

Renat Dadaşov yayda klubunu TƏRK EDƏCƏK

Tramp: “İranlılar bizimlə razılıq əldə etmək üçün yalvarırlar” – FOTO

Tramp: “İranlılar bizimlə razılıq əldə etmək üçün yalvarırlar” – FOTO

Adil Əliyev bu vəzifəyə təyin olundu

Adil Əliyev bu vəzifəyə təyin olundu

Tramp: “NATO ölkələrinin bu addımını heç vaxt unutmayacağıq” – FOTO

Tramp: “NATO ölkələrinin bu addımını heç vaxt unutmayacağıq” – FOTO

Azərbaycanın görkəmli hərbi xadimi VƏFAT ETDİ – FOTO/VİDEO

Azərbaycanın görkəmli hərbi xadimi VƏFAT ETDİ – FOTO/VİDEO

Ukraynanın vurduğu Rusiya limanında yanğın hələ də davam edir – VİDEO

Ukraynanın vurduğu Rusiya limanında yanğın hələ də davam edir – VİDEO

Həcc ziyarətinə getmək istəyənlərin NƏZƏRİNƏ

Həcc ziyarətinə getmək istəyənlərin NƏZƏRİNƏ

"Qızım ondan ayrılanda heç bilirsiniz nələr yaşadı?"

"Qızım ondan ayrılanda heç bilirsiniz nələr yaşadı?"

SON DƏQİQƏ! Ağdamda mina partlayışı – Yaralanan var

SON DƏQİQƏ! Ağdamda mina partlayışı – Yaralanan var

Almaniyalı nazir: “İran müharibəsi dünya üçün fəlakətdir” – VİDEO

Almaniyalı nazir: “İran müharibəsi dünya üçün fəlakətdir” – VİDEO

KİV: ABŞ Ukrayna üçün ayrılan silahları Yaxın Şərqdə göndərəcək

KİV: ABŞ Ukrayna üçün ayrılan silahları Yaxın Şərqdə göndərəcək

Xəzərin geri çəkilməsi balıqçıları çətin duruma saldı – VİDEO

Xəzərin geri çəkilməsi balıqçıları çətin duruma saldı – VİDEO

Pendirin yanına bir dənə qoyun: aylarla nə kifləyir, nə quruyur

Pendirin yanına bir dənə qoyun: aylarla nə kifləyir, nə quruyur

ABŞ-ın bir illik raket ehtiyatı beş gündə tükənib – SENSASİON DETALLAR - VİDEO

ABŞ-ın bir illik raket ehtiyatı beş gündə tükənib – SENSASİON DETALLAR - VİDEO

Bu gün Türkiyə millisi həlledici oyuna çıxır

Bu gün Türkiyə millisi həlledici oyuna çıxır

Rusiyada Azərbaycan “Coca-Cola"sı adı ilə saxta məhsul istehsal edilirmiş... – VİDEO

Rusiyada Azərbaycan “Coca-Cola"sı adı ilə saxta məhsul istehsal edilirmiş... – VİDEO

Kapital Bank-da məktəblilər üçün “Smart Money Talks” sessiyası təşkil edildi

Kapital Bank-da məktəblilər üçün “Smart Money Talks” sessiyası təşkil edildi

İran müharibəsi ilə bağlı MƏRC İDDİASI – Trampın oğlunun da adı SİYAHIDADIR...

İran müharibəsi ilə bağlı MƏRC İDDİASI – Trampın oğlunun da adı SİYAHIDADIR...

Tramp Baydeni belə parodiya etdi – VİDEO

Tramp Baydeni belə parodiya etdi – VİDEO

"Ən aqressiv şərhləri qadınlar yazır" – FOTO

"Ən aqressiv şərhləri qadınlar yazır" – FOTO

End of content

No more pages to load

RADİO