Birbanklı olmaq üstünlükdür

Kapital Bank yerli maliyyə bazarında yenilikçi yanaşması ilə milyonlarla müştərisinə əlverişli və sərfəli innovativ həllər təqdim edir. Birbank-la rəqəmsal dünyanın üstünlüklərini müştərilərinə əlçatan edən bank, maliyyə savadlılığının artırılması istiqamətində də addımları ilə seçilir. Çünki məlumatlı müştəri ona yaradılan imkanları fürsətə çevirir və banka dəyər qatır. Bəs hansı üstünlüklərdən xəbərdar olmaq müştərilər üçün sərfəli ola bilər?

Limitsiz və komissiyasız köçürmələr

Banka məxsus 10 milyona yaxın kartdan Birbank kartlarına köçürmələr tamamilə limitsiz və komissiyasızdır. Birbanklılar öz kartlarından Birbank kartlarına istədikləri qədər vəsaiti heç bir məhdudiyyət olmadan rahatlıqla göndərə bilərlər. Bu isə müştərilərə maliyyə azadlığı
qazandıraraq onların vaxt və pul itirmədən sürətli və səmərəli köçürmələr etmələrini təmin edir.

Digər bank kartlarına köçürmə imkanı

Digər yerli bank kartlarına köçürmə edənlər individual qaydada şəxsi vəsaitlərindən 10 000 manatadək məbləği heç bir komissiya ödəmədən köçürmək şansına sahibdilər. Bu, müştərilərə maliyyə dünyasının sərhədlərini genişləndirmək və daha sərfəli şərtlərlə əməliyyatlar aparmaq imkanı verir. Eyni zamanda onların rəqabətədavamlı bank xidmətlərindən faydalanmalarını təmin edir.

Maliyyə davranışlarına nəzarət

Birbanklılar Birbank mobil tətbiqindəki şəxsi kabinetlərində bank əməliyyatlarını icra etməklə yanaşı, limitlərinə və xərclərinə nəzarət edə bilərlər. Bunun üçün mobil tətbiqdə kart məlumatları bölməsinə daxil olmaq yetərlidir. Maliyyə davranışlarını nəzarətdə saxlamaq xərcləri optimallaşdırmaq üçün ilk şərtlərdən biridir. Birbanklılar isə bu üstünlüyə sahibdir.

Əlçatan xidmət şəbəkəsi

Ölkə ərazisində yerləşən 1190 ədəd Kapital Bank/Birbank bankomatı müştərilərə hər yerdə maliyyə əlçatanlığı təqdim edir. Bu bankomatlarda 10 milyona yaxın Birbank kartlarındaki şəxsi vəsaitdən 10 000 manatadək nağdlaşdırma komissiyasızdır. Mədaxil funksiyalı bankomatlar isə Birbanklılara limitsiz və komissiyasız mədaxil etmək üstünlüyü verir.

Fürsətlər və güzəştlər

Birbank taksit kart sahibləri QR ödənişlərdə ikiqat ƏDV bonusu, 24 ayadək taksit və birdəfəlik ödənişlərdə nağdlaşdırma, eləcə də köçürmələrdə 63 günədək güzəşt müddəti kimi fürsətlərə malikdir. Birbank Star kredit kartı isə sahibinə maliyyə azadlığı verir. Bu kartla ürəyincə xərcləyən hər kəs, məbləği həmin ay qaytararaq əlavə heç bir ödəniş etmir.

Birbanklı olmağın rahat üsulu

Birbank kartlarını birbank.az saytından, bir sıra supermarketlərdən, “Wolt” tətbiqindən, partnyor mağazalardan və iri ticarət mərkəzlərində yerləşən xüsusi stendlərdən əldə edib Birbank tətbiqində aktivləşdirmək olar. Birbanklı olub rəqəmsal maliyyə dünyasında fürsətlərin qapısını açmaq bu qədər asan və rahatdır.

Daim ən son rəqəmsal yeniliklər və bank məhsulları təqdim edən Kapital Bank-ın əmtəə nişanı olan Birbank, 3 milyondan çox aktiv istifadəçisi olan mobil tətbiqi, 115 filial və 50 şöbədən ibarət Azərbaycanda ən böyük filial şəbəkəsi ilə müştərilərinin xidmətindədir. Bank 2025-ci ilədək ölkənin birinci bankı Kapital Bank adı altında müştərilərinə xidmət göstərib və PAŞA Holding-ə daxildir. Kapital Bank isə hazırda maliyyə institutu olaraq fəaliyyətini davam etdirir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün birbank.az saytına, 196 Əlaqə Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Zelenski: “Putin müharibəni bitirmək istəmir”

Zelenski: “Putin müharibəni bitirmək istəmir”

Xalq artistinin bloger qızı ana oldu - FOTO

Xalq artistinin bloger qızı ana oldu - FOTO

15 yaşlı piyadanı maşınla vurub, hadisə yerindən QAÇDI

15 yaşlı piyadanı maşınla vurub, hadisə yerindən QAÇDI

Şəkinin Kiçik Dəhnə kənd orta məktəbinin məzunları 47 ildən sonra bir arada – FOTO

Şəkinin Kiçik Dəhnə kənd orta məktəbinin məzunları 47 ildən sonra bir arada – FOTO

Yaşı 40-dan yuxarı olanların NƏZƏRİNƏ

Yaşı 40-dan yuxarı olanların NƏZƏRİNƏ

5000 illik sirr: Niyə hələ də bir saatı 60 dəqiqəyə bölürük?

5000 illik sirr: Niyə hələ də bir saatı 60 dəqiqəyə bölürük?

ABŞ-İran danışıqlarına bu ölkə vasitəçilik edir – RƏSMİ

ABŞ-İran danışıqlarına bu ölkə vasitəçilik edir – RƏSMİ

Xaçmazda avtomobildə sıxılı qalan qadın belə xilas edildi – VİDEO

Xaçmazda avtomobildə sıxılı qalan qadın belə xilas edildi – VİDEO

Ağdamda minaya düşən Ceyhunun - Fotosu

Ağdamda minaya düşən Ceyhunun - Fotosu

Ağdamda minaya düşən Ceyhun Abbasovun SON DURUMU

Ağdamda minaya düşən Ceyhun Abbasovun SON DURUMU

Lənkəranda AĞIR QƏZA – Azyaşlını maşın vurdu

Lənkəranda AĞIR QƏZA – Azyaşlını maşın vurdu

Atasını belə təbrik etdi - Fotolar

Atasını belə təbrik etdi - Fotolar

Müharibədə ölən və yaralanan İran vətəndaşlarının SAYI AÇIQLANDI

Müharibədə ölən və yaralanan İran vətəndaşlarının SAYI AÇIQLANDI

ABŞ-İran danışıqlarında Hizbullah DÜYÜNÜ – Yalnız bu halda razılaşma mümkündür

ABŞ-İran danışıqlarında Hizbullah DÜYÜNÜ – Yalnız bu halda razılaşma mümkündür

“Şahin” “Uzak Şehir”dən ayrılır?

“Şahin” “Uzak Şehir”dən ayrılır?

Bakının mərkəzində yeni təmir olunan yol ÇÖKDÜ – VİDEO

Bakının mərkəzində yeni təmir olunan yol ÇÖKDÜ – VİDEO

Abbasdan Gəncəyə köçməsi ilə bağlı yayılan xəbərlərə REAKSİYA - FOTO

Abbasdan Gəncəyə köçməsi ilə bağlı yayılan xəbərlərə REAKSİYA - FOTO

Renat Dadaşov yayda klubunu TƏRK EDƏCƏK

Renat Dadaşov yayda klubunu TƏRK EDƏCƏK

Tramp: “İranlılar bizimlə razılıq əldə etmək üçün yalvarırlar” – FOTO

Tramp: “İranlılar bizimlə razılıq əldə etmək üçün yalvarırlar” – FOTO

Adil Əliyev bu vəzifəyə təyin olundu

Adil Əliyev bu vəzifəyə təyin olundu

Tramp: “NATO ölkələrinin bu addımını heç vaxt unutmayacağıq” – FOTO

Tramp: “NATO ölkələrinin bu addımını heç vaxt unutmayacağıq” – FOTO

Azərbaycanın görkəmli hərbi xadimi VƏFAT ETDİ – FOTO/VİDEO

Azərbaycanın görkəmli hərbi xadimi VƏFAT ETDİ – FOTO/VİDEO

Ukraynanın vurduğu Rusiya limanında yanğın hələ də davam edir – VİDEO

Ukraynanın vurduğu Rusiya limanında yanğın hələ də davam edir – VİDEO

Həcc ziyarətinə getmək istəyənlərin NƏZƏRİNƏ

Həcc ziyarətinə getmək istəyənlərin NƏZƏRİNƏ

End of content

No more pages to load

RADİO