UNESCO-dakı səsvermədə Azərbaycan Ermənistana böyük səs fərqi ilə qalib gəlib – EKSKLÜZİV

Xəbər verdiyimiz kimi, noyabrın 24-də Parisdə Ümumdünya Mədəni və Təbii İrsin Qorunması üzrə 1972-ci il Konvensiyasına Tərəf Ölkələrin Baş Assambleyasının 25-ci sessiyası çərçivəsində UNESCO-nun Ümumdünya İrs Komitəsinin (ÜİK) 2025-2029-cu illər üzrə üzvlüyünə keçirilmiş seçkilərdə Azərbaycan Komitənin üzvü seçilib.
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycan UNESCO-nun Ümumdünya İrs Komitəsinin dördillik üzvü SEÇİLDİ


Bizim.Media-nın əldə etdiyi məlumata görə, Şərqi Avropa Qrupu üçün Komitədə ayrılmış bir vakant yerə seçilmək üçün Azərbaycanla yanaşı Ermənistan, Polşa, Çexiya və Sloveniya mübarizə aparıb.

Azərbaycanın rəqiblərinin uzun sürən təşviqat-təbliğat kompaniyası və əlaqələndirilmiş fəaliyyətlərinə rəğmən, ölkəmiz elə ilk turda inamla qələbəsini təmin edib.

Belə ki, səsvermənin ilk mərhələsində 161 səsdən Azərbaycan 92 səs, Ermənistan 21 səs, Çexiya 28 səs, Polşa 11 səs, Sloveniya isə 9 səs yığıb.

Azərbaycan ən yaxın rəqibindən, o cümlədən Ermənistandan üç dəfədən çox səs yığaraq məhz regional qrup üçün nəzərdə tutulan yer üzrə qalib olub.

Səsvermənin ilk mərhələsində rəqibimiz olmuş dörd ölkənin toplam səsi 69 səs olduğu halda, ölkəmizin 92 səs əldə etməsini dünya ictimayyətinin Azərbaycana mədəni irsin qorunması sahəsində birmənalı inam və etimadının və bu sahədə ölkəmizin əldə ehdiyi uğurların növbəti bariz nümunəsi hesab etmək olar.

Seçkilərin birinci məhələsində məğlub olmuş 11 ölkə, o cümlədən Komitədə regional yeri əldə edə bilməyən Ermənistan, Polşa və Çexiya açıq yerlər uğrunda keçirilmiş ikinci tur səsverməsində iştirak edib. Bu mərhələdə, 5 açıq yer uğrunda daha az rəqabət şəraitində keçirilmiş səsvermənin nəticəsində keçid səsi 42 olmaqla hər üç ölkə, o cümlədən əlavə olaraq Banqladeş 84 səs, Monqolustan 97 səs əldə edərək Komitəyə üzv seçilib.


Məlumat üçün bildirək ki, UNESCO-nun Ümumdünya İrs Komitəsi Ümumdünya İrs Siyahısın tərtib olunmasına və İrs Fondunun vəsaitləri üzrə sərəncam vermək səlahiyyətinə malikdir. Komitə 21 üzv ölkədən ibarətdir. 

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

SON DƏQİQƏ! Səidə Bəkirqızının halı pisləşdi, xəstəxanaya YERLƏŞDİRİLDİ – ANBAAN VİDEO

SON DƏQİQƏ! Səidə Bəkirqızının halı pisləşdi, xəstəxanaya YERLƏŞDİRİLDİ – ANBAAN VİDEO

Ermənistan yepiskoplarının TƏLƏBİ: Eçmiədzin II Qaregindən təmizlənsin!

Ermənistan yepiskoplarının TƏLƏBİ: Eçmiədzin II Qaregindən təmizlənsin!

Sosial şəbəkələrdə “təmizlik ayları” BAŞLAYIR - Tiktokerlər söyüşsüz necə qazanacaqlar?

Sosial şəbəkələrdə “təmizlik ayları” BAŞLAYIR - Tiktokerlər söyüşsüz necə qazanacaqlar?

Adolf Hitler yenidən hakimiyyətə gəldi

Adolf Hitler yenidən hakimiyyətə gəldi

Rusiyada OMON məscidə hücum etdi – 37 nəfər SAXLANILDI – ANBAAN VİDEO

Rusiyada OMON məscidə hücum etdi – 37 nəfər SAXLANILDI – ANBAAN VİDEO

Ramiz Novruzun qızının erməni stilisti ilə fotosu TƏNQİD OLUNDU - FOTO

Ramiz Novruzun qızının erməni stilisti ilə fotosu TƏNQİD OLUNDU - FOTO

Son 4 ildə futbolçu satışından ən çox pul qazanan klublar - SİYAHI

Son 4 ildə futbolçu satışından ən çox pul qazanan klublar - SİYAHI

Bakıda xadimə çalışdığı evdən 5 min manatlıq qızıl oğurladı

Bakıda xadimə çalışdığı evdən 5 min manatlıq qızıl oğurladı

Ermənistanda qadınlar niyə hərbi xidmətə çağırılır? – SƏBƏBİ AÇIQLANDI

Ermənistanda qadınlar niyə hərbi xidmətə çağırılır? – SƏBƏBİ AÇIQLANDI

Sabah çiskin olacaq – PROQNOZ

Sabah çiskin olacaq – PROQNOZ

Putindən TƏKLİF: KTMT ölkələri müasir Rusiya silahları ilə təchiz edilsin!

Putindən TƏKLİF: KTMT ölkələri müasir Rusiya silahları ilə təchiz edilsin!

Mobil telefonlar bahalaşacaq – BU TARİXDƏN

Mobil telefonlar bahalaşacaq – BU TARİXDƏN

İlham Əliyev mineral daş yunu zavodunun açılışında – FOTO

İlham Əliyev mineral daş yunu zavodunun açılışında – FOTO

“Qarabağ” bu göstəriciyə görə Çempionlar Liqasında LİDERDİR

“Qarabağ” bu göstəriciyə görə Çempionlar Liqasında LİDERDİR

Sosial şəbəkələrdə açıq-saçıq reklam çəkdirənlər cəzalanacaq – VİDEO

Sosial şəbəkələrdə açıq-saçıq reklam çəkdirənlər cəzalanacaq – VİDEO

Vüsalənin verilişi yarımçıq dayandırıldı - Video

Vüsalənin verilişi yarımçıq dayandırıldı - Video

Fərhad Məmmədov: “Ermənistanda hakimiyyət dəyişsə, sülh prosesinin xarabalıqları belə qalmayacaq”

Fərhad Məmmədov: “Ermənistanda hakimiyyət dəyişsə, sülh prosesinin xarabalıqları belə qalmayacaq”

Avstraliya SEPAH-ı terrorizmin sponsoru kimi tanıdı

Avstraliya SEPAH-ı terrorizmin sponsoru kimi tanıdı

İmişlidə 3 maşın toqquşub: Xəsarət alanlar var – FOTO

İmişlidə 3 maşın toqquşub: Xəsarət alanlar var – FOTO

Macar nazirin təyyarəsinə Bosniya və Herseqovinada enməyə icazə verilmədi

Macar nazirin təyyarəsinə Bosniya və Herseqovinada enməyə icazə verilmədi

Samir Abasovun İKİNCİ “PAYIZI” – “Neftçi”nin yeni baş məşqçisi KİM OLACAQ?

Samir Abasovun İKİNCİ “PAYIZI” – “Neftçi”nin yeni baş məşqçisi KİM OLACAQ?

Bişkekdə KTMT sammiti başladı: Ermənistan iştirak etmir – FOTO

Bişkekdə KTMT sammiti başladı: Ermənistan iştirak etmir – FOTO

Şərurun üç kəndində qaz kəsildi

Şərurun üç kəndində qaz kəsildi

Türkiyənin ticarət naziri Azərbaycana GƏLƏCƏK

Türkiyənin ticarət naziri Azərbaycana GƏLƏCƏK

End of content

No more pages to load

RADİO