Bakı-Quba-Rusiya sərhədi yolunun Xızı rayonunun Şurabad kəndindən keçən hissəsində yük avtomaşını qəza törədib.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, yük avtomaşını dəmir arakəsməyə çırpılıb, nəticədə avtomobil yararsız hala düşüb.
Ölən və yaralanan barədə məlumat hələ ki, verilməyib. Hazırda yol polisıəri hadisə yerindədir, araşdırma başlanıb.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu.