Göyçayda xəsarətlə nəticələnən yol qəzası baş verib.
Bizim.Media-nın Aran bürosu xəbər verir ki, hadisə Bakı-Şamaxı-Yevlax yolunun rayonun Qarabaqqal kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Qəza zamanı VAZ-21011 markalı avtomobillə QAZ-2410 markalı avtomobil toqquşub. Nəticədə bir nəfər xəsarət alaraq Göyçay rayon mərkəzi xəstəxanasına aparılıb.
Fakt araşdırılır.



Bizim.Media, Aran bürosu