Sabah Bakının üç rayonunun bəzi ərazilərində qaz təchizatı dayandırılacaq.
Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyindən bildirilib.
Məlumata görə, 27 noyabr saat 10:00-dan etibarən aparılacaq təmir işləri ilə əlaqədar Səbail, Suraxanı və Xəzər rayonlarının bəzi ərazilərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Bizim.Media