Gəncədə 13 yaşlı yeniyetmə bədənin kəsilmiş yarası diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, 2012-ci il təvəllüdlü Kənan Qurbanov aldığı xəsarətə görə əməliyyata götürülüb.
Onun vəziyyətinin stabil olduğu bildirilir.
K. Qurbanovun kim tərəfindən və hansı şəraitdə xəsarət aldığı hələlik məlum deyil. Faktla bağlı araşdırma başlanılıb.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu