Bərdədə narkotik vasitə qəbul edərək avtomobil idarə edən sürücü inzibati məsuliyyətə cəlb olunub.
Bizim.Media-nın yerli müxbiri xəbər verir ki, Bərdə Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində "Mercedes" markalı nəqliyyat vasitəsi ilə yol hərəkəti qaydalarını pozduğuna görə sürücü Zaur Yusifova “saxla” işarəsi verilib.
Araşdırma zamanı onun narkotikin təsiri altında avtomobil idarə etdiyi müəyyən edilib.
Z.Yusifov barəsində protokol tərtib edilərək baxılması üçün rayon məhkəməsinə göndərilib.
Bizim.Media