Atasının doğum günündə torpağa tapşırılan ŞƏHİD – Kamran Qasımovun HƏYAT HEKAYƏSİ – FOTO

Bu gün Vətən müharibəsinin ən gənc şəhidlərindən biri – 19 yaşında Vətən uğrunda canından keçmiş Kamran Fazil oğlu Qasımovun torpağa tapşırılmasından 5 il ötür.
 

Şəhid anım mərasimi Bakının Sabunçu rayonunun Zabrat qəsəbəsində yerləşən Şəhidlər Xiyabanında keçirilib. Doğmaları, yaxınları, şəhid ailələrinin nümayəndələri, eləcə də Sabunçu rayon İcra Hakimiyyətinin əməkdaşları Kamran Qasımovun məzarını ziyarət edib, önünə güllər düzüb və ruhuna dualar oxuyublar.


Kamran Qasımov Gədəbəy rayonunun Şınıx mahalının Qaravəllər kəndində anadan olub. Ailə 2000-ci ildən Bakıya köçsə də, müəyyən gediş-gəlişləri olduğundan Kamran 2001-ci ildə Gədəbəydə dünyaya göz açıb.

Kamran Qasımov Vətən müharibəsində pulemyotçu kimi iştirak edib, ağır döyüşlərə qatılıb.

O, 2020-ci il oktyabrın 27-də Xocavənd istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.

Anası Naibə Qasımova Bizim.Media-ya bildirib ki, Kamran ailənin ikinci oğludur və 1 il 5 ayın əsgəri olub. O, Cəbrayıldakı hərbi hissələrdən birində xidmət edib, verilən döyüş tapşırıqlarını həmişə layiqincə və cəsarətlə yerinə yetiririb.

Şəhidimizin nəşi şəhadətindən təxminən bir ay sonra – DNT analizləri nəticəsində tanınıb və atasının doğum günü olan noyabrın 26-da torpağa tapşırılıb. Anası deyir ki, bu gündən sonra Kamranın atası Fazil Qasımov ad gününü qeyd etmir, ömrünü şəhid oğlunun xatirəsinə həsr edib.

Şəhid ailəsi son telefon danışığını da yaddaşında yaşadır. Kamran 2020-ci il oktyabrın 24-də ailəsinə zəng edib. Anası o günü belə xatırlayır:

“Həmişəki kimi – ‘özünüzdən muğayat olun’ dedi və sağollaşdı. Heç bilmədik ki, bu, son danışığımız imiş...”

Kamran Qasımov atasının ailəsində 6-cı şəhiddir. Onun atası Fazil Qasımov Birinci Qarabağ müharibəsinin veteranıdır.

Qeyd edək ki, Kamran ölümündən sonra Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamları ilə “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” medalları və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.


19 yaşlı qəhrəman öz igidliyi ilə Gədəbəy torpağında başlayan ailə ənənəsinə öz imzasını qoydu – ruhu şad olsun!















Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Azərbaycana təhlükəli arılar gətirilib - İDDİA

Azərbaycana təhlükəli arılar gətirilib - İDDİA

Ayxan Abbasov: Daha yaxşı oynamaq üçün əlimizdən gələni edəcəyik

Ayxan Abbasov: Daha yaxşı oynamaq üçün əlimizdən gələni edəcəyik

Mütəxəssis qocalmaya qarşı ən təsirli qida və elementlərin adlarını sadaladı

Mütəxəssis qocalmaya qarşı ən təsirli qida və elementlərin adlarını sadaladı

DİN: Cinayət törətməkdə şübhəli bilinən 40 nəfər saxlanılıb

DİN: Cinayət törətməkdə şübhəli bilinən 40 nəfər saxlanılıb

Yeni virus YAYILIR

Yeni virus YAYILIR

“Burger yediyimə görə milliyə çağırılmadım” - Video

“Burger yediyimə görə milliyə çağırılmadım” - Video

Kürdəmirdə evdən kişi meyiti TAPILDI - FOTO

Kürdəmirdə evdən kişi meyiti TAPILDI - FOTO

Vüsalə: Qızım mənim verilişimə baxmır

Vüsalə: Qızım mənim verilişimə baxmır

Ötən gün aşkarlanan silah-sursatın SAYI

Ötən gün aşkarlanan silah-sursatın SAYI

İrandan ABŞ-ın danışıqlar təklifinə CAVAB – Tehranın DÖRD ŞƏRTİ

İrandan ABŞ-ın danışıqlar təklifinə CAVAB – Tehranın DÖRD ŞƏRTİ

Bakı-Qazax yolunda mikroavtobus qəzaya uğradı: 9 NƏFƏR YARALANDI – VİDEO

Bakı-Qazax yolunda mikroavtobus qəzaya uğradı: 9 NƏFƏR YARALANDI – VİDEO

ABŞ-dan TƏCİLİ ÇAĞIRIŞ – Bu ölkəni tərk edin

ABŞ-dan TƏCİLİ ÇAĞIRIŞ – Bu ölkəni tərk edin

Azərbaycanda donuzlar çoxalır – Bölgələr üzrə RƏQƏMLƏR

Azərbaycanda donuzlar çoxalır – Bölgələr üzrə RƏQƏMLƏR

Anti-Azərbaycan narrativləri fonunda sözlə deyil, əməllə sübuta yetirilən MÖVQE

Anti-Azərbaycan narrativləri fonunda sözlə deyil, əməllə sübuta yetirilən MÖVQE

Hava ilə bağlı XƏBƏRDARLIQ – Qar yağacaq, yollar buz bağlayacaq

Hava ilə bağlı XƏBƏRDARLIQ – Qar yağacaq, yollar buz bağlayacaq

Hər gün tünd şokolad yemək üçün mühüm səbəb

Hər gün tünd şokolad yemək üçün mühüm səbəb

45 yaşlı kişini inək vurdu - Xəstəxanalıq oldu

45 yaşlı kişini inək vurdu - Xəstəxanalıq oldu

Zelenski: “Putin müharibəni bitirmək istəmir”

Zelenski: “Putin müharibəni bitirmək istəmir”

Xalq artistinin bloger qızı ana oldu - FOTO

Xalq artistinin bloger qızı ana oldu - FOTO

15 yaşlı piyadanı maşınla vurub, hadisə yerindən QAÇDI

15 yaşlı piyadanı maşınla vurub, hadisə yerindən QAÇDI

Şəkinin Kiçik Dəhnə kənd orta məktəbinin məzunları 47 ildən sonra bir arada – FOTO

Şəkinin Kiçik Dəhnə kənd orta məktəbinin məzunları 47 ildən sonra bir arada – FOTO

Yaşı 40-dan yuxarı olanların NƏZƏRİNƏ

Yaşı 40-dan yuxarı olanların NƏZƏRİNƏ

5000 illik sirr: Niyə hələ də bir saatı 60 dəqiqəyə bölürük?

5000 illik sirr: Niyə hələ də bir saatı 60 dəqiqəyə bölürük?

ABŞ-İran danışıqlarına bu ölkə vasitəçilik edir – RƏSMİ

ABŞ-İran danışıqlarına bu ölkə vasitəçilik edir – RƏSMİ

End of content

No more pages to load

RADİO