Audiovizual Şura “ATV”yə XƏBƏRDARLIQ ETDİ

Azərbaycan Respublikası Audiovizual Şurasının onlayn iclası keçirilib. İclasda "ATV" televiziya kanalının efirində 13 noyabr 2025-ci il tarixdə yayımlanan "Gün ortası" proqramında baş vermiş hal müzakirə olunub.

Bu barədə Bizim.Media-ya Şuradan məlumat verilib.

Qeyd olunan proqramda qonaq qismində dəvət edilmiş şəxs studiyada aparıcıya məsafədən "enerji ötürmə" üsulunu tətbiq edib, aparıcı isə seansdan sonra bu hərəkətləri müsbət formada qiymətləndirib.
 

Audiovizual Şura aparatının Audiovizual proqramların monitorinqi və təhlili şöbəsinin mütəxəssisləri tərəfindən bu fikirlər "Reklam haqqında" Qanunun 29.8-ci maddəsinin (kütləvi müalicəvi seansların, hipnoz metodlarının, psixi və bioenerji təsirlərin müalicəvi xassələrinin reklamına yol verilmir) pozulması kimi qeydə alınıb. Həmin fakt Audiovizual Şuranın hüquqşünasları tərəfindən də pozuntu kimi təsdiq olunub.


Audiovizual Şuranın üzvləri məsələni ətraflı müzakirə edib və yekdilliklə belə qənaətə gəliblər ki, proqramda nümayiş etdirilən məsafədən "enerji ötürmə seansı" və aparıcının bu "seans"a müsbət reaksiyası həmin üsulun müalicəvi xüsusiyyətə malik olması barədə təsəvvür yarada bilər.

Bu isə, "Reklam haqqında" Qanunun 29.8-ci maddəsində təsbit olunan – kütləvi müalicəvi seansların, hipnoz metodlarının, psixi və bioenerji təsirlərin müalicəvi xassələrinin reklam edilməsinə yol verilməməsi tələbinin pozulması kimi qiymətləndirilib.
 

Həmçinin, aparıcının nümayiş olunan hərəkətlərin mümkün müalicəvi təsirinə dair fikirləri təşviq edən ifadələr işlətməsi, faktiki olaraq qanunvericiliyin qeyd olunan normasına zidd olaraq belə təsirlərin reklamına şərait yaradan hal kimi dəyərləndirilib.


Sonda Audiovizual Şuranın üzvləri kanalın efirində belə pozuntunun ilk dəfə baş verməsini nəzərə alaraq "ATV" televiziya kanalına xəbərdarlıq edilməsi barədə razılığa gəlib, bütün yayımçılardan proqramların yayımı zamanı qanunvericiliyin tələblərini əsas tutmaları tələb olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Ayxan Abbasov: Daha yaxşı oynamaq üçün əlimizdən gələni edəcəyik

Ayxan Abbasov: Daha yaxşı oynamaq üçün əlimizdən gələni edəcəyik

Mütəxəssis qocalmaya qarşı ən təsirli qida və elementlərin adlarını sadaladı

Mütəxəssis qocalmaya qarşı ən təsirli qida və elementlərin adlarını sadaladı

DİN: Cinayət törətməkdə şübhəli bilinən 40 nəfər saxlanılıb

DİN: Cinayət törətməkdə şübhəli bilinən 40 nəfər saxlanılıb

Yeni virus YAYILIR

Yeni virus YAYILIR

“Burger yediyimə görə milliyə çağırılmadım” - Video

“Burger yediyimə görə milliyə çağırılmadım” - Video

Kürdəmirdə evdən kişi meyiti TAPILDI - FOTO

Kürdəmirdə evdən kişi meyiti TAPILDI - FOTO

Vüsalə: Qızım mənim verilişimə baxmır

Vüsalə: Qızım mənim verilişimə baxmır

Ötən gün aşkarlanan silah-sursatın SAYI

Ötən gün aşkarlanan silah-sursatın SAYI

İrandan ABŞ-ın danışıqlar təklifinə CAVAB – Tehranın DÖRD ŞƏRTİ

İrandan ABŞ-ın danışıqlar təklifinə CAVAB – Tehranın DÖRD ŞƏRTİ

Bakı-Qazax yolunda mikroavtobus qəzaya uğradı: 9 NƏFƏR YARALANDI – VİDEO

Bakı-Qazax yolunda mikroavtobus qəzaya uğradı: 9 NƏFƏR YARALANDI – VİDEO

ABŞ-dan TƏCİLİ ÇAĞIRIŞ – Bu ölkəni tərk edin

ABŞ-dan TƏCİLİ ÇAĞIRIŞ – Bu ölkəni tərk edin

Azərbaycanda donuzlar çoxalır – Bölgələr üzrə RƏQƏMLƏR

Azərbaycanda donuzlar çoxalır – Bölgələr üzrə RƏQƏMLƏR

Anti-Azərbaycan narrativləri fonunda sözlə deyil, əməllə sübuta yetirilən MÖVQE

Anti-Azərbaycan narrativləri fonunda sözlə deyil, əməllə sübuta yetirilən MÖVQE

Hava ilə bağlı XƏBƏRDARLIQ – Qar yağacaq, yollar buz bağlayacaq

Hava ilə bağlı XƏBƏRDARLIQ – Qar yağacaq, yollar buz bağlayacaq

Hər gün tünd şokolad yemək üçün mühüm səbəb

Hər gün tünd şokolad yemək üçün mühüm səbəb

45 yaşlı kişini inək vurdu - Xəstəxanalıq oldu

45 yaşlı kişini inək vurdu - Xəstəxanalıq oldu

Zelenski: “Putin müharibəni bitirmək istəmir”

Zelenski: “Putin müharibəni bitirmək istəmir”

Xalq artistinin bloger qızı ana oldu - FOTO

Xalq artistinin bloger qızı ana oldu - FOTO

15 yaşlı piyadanı maşınla vurub, hadisə yerindən QAÇDI

15 yaşlı piyadanı maşınla vurub, hadisə yerindən QAÇDI

Şəkinin Kiçik Dəhnə kənd orta məktəbinin məzunları 47 ildən sonra bir arada – FOTO

Şəkinin Kiçik Dəhnə kənd orta məktəbinin məzunları 47 ildən sonra bir arada – FOTO

Yaşı 40-dan yuxarı olanların NƏZƏRİNƏ

Yaşı 40-dan yuxarı olanların NƏZƏRİNƏ

5000 illik sirr: Niyə hələ də bir saatı 60 dəqiqəyə bölürük?

5000 illik sirr: Niyə hələ də bir saatı 60 dəqiqəyə bölürük?

ABŞ-İran danışıqlarına bu ölkə vasitəçilik edir – RƏSMİ

ABŞ-İran danışıqlarına bu ölkə vasitəçilik edir – RƏSMİ

Xaçmazda avtomobildə sıxılı qalan qadın belə xilas edildi – VİDEO

Xaçmazda avtomobildə sıxılı qalan qadın belə xilas edildi – VİDEO

End of content

No more pages to load

RADİO