Saray qəsəbəsini Sumqayıtla birləşdirən, Samur-Abşeron kanalı üzərində yerləşən yeni körpü istifadəyə verilsə də, ona aparan yolun genişləndirilməsi və yenidənqurma işləri ilə əlaqədar ərazidə rahat nəqliyyat hərəkəti hələ tam təmin olunmayıb.
Xüsusilə səhər və axşam pik saatlarında hərəkət zolaqlarının bir hissəsində iş getdiyi və tikinti avadanlıqları yerləşdirildiyi üçün tıxaclar yaranır.
Yolun tam hazır olmaması sürücülər üçün müəyyən çətinliklər yaratsa da, görülən işlərin yekunlaşmasının nəqliyyatın hərəkətinin rahatlığını artıracağı gözlənilir.
Hazırda körpünün ətrafının genişləndirilməsi işləri davam etdirilir.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəflinin (AAYDA) Bizim.Media-ya verdiyi məlumata görə, əsas işlər artıq yekunlaşıb:
“Mövcud yollar hər iki istiqamət üzrə 2 zolaqdan 4 zolaqlı yol olaraq genişləndirilib.
Artıq yeni asfalt örtüyünün döşənməsi, körpü məhəccərləri və piyada səkilərinin tikintisi aparılır. Bu ilin sonu, yaxud gələn ilin əvvəli üçün görülən işlərin tamamən yekinlaşması nəzərdə tutulub”.
Xatırladaq ki, Saray körpüsü bu ilin martında istifadəyə verilib.
Şəfiqə Şəfa, Bizim.Media