“Bakı və Bakı ətrafı ərazilərdə istismar müddəti bitmiş binaların sayı 16 000, ölkə üzrə isə 25 000-dir”.
Bunu Bizim.Media-ya açıqlamasında əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev deyib.
O bildirib ki, bu binaların içində 1 100 bina qəzalı kimi qeydiyyatdadır:
“Onların içində 193 bina yaşamaq üçün təhlükəli olaraq qeydə alınıb. Bu 193 binadan 4-ü sökülüb. Onların taleyi də Bakı Şəhər İcra Hakimiyyəti, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin qərarları üzərində qalıb”.
Naibə Məmmədova, Bizim.Media