Sumqayıtda 72 yaşlı qadın iynənin təsirindən ölüb.
Bizim.Media xəbər verir ki, hadisə noyabrın 25-də Sumqayıtın 45-ci məhəlləsinin ərazisində yerləşən 3 saylı ailə sağlamlıq klinikasında baş verib.
Şəhər sakini 1953-cü il təvəllüdlü Nigar Babaxanova orada ona vurulan iynənin təsirindən ölüb.
Faktla bağlı araşdırma aparılır.
Bizim.Media