Mətbəxinizdə varsa, dərhal atın

Alimlər uzun müddət açıq vəziyyətdə saxlanılan zeytun yağının sağlamlıq üçün ciddi risklər yaratdığı barədə xəbərdarlıq edib.
 

Bildirilib ki, mətbəxdə aylarla kənarda qalan, istifadəsiz açılmış zeytun yağı zaman keçdikcə oksidləşir və toksik maddələr əmələ gətirə bilər.


Bu birləşmələr xüsusilə ürək və damar sistemi üçün təhlükəli hesab olunur.

Bizim.Media xəbər verir ki, qidalanma mütəxəssislərinin sözlərinə görə, zeytun yağı hava, işıq və istiliklə təmas etdikdə kimyəvi strukturu dəyişir.

Bu zaman yağın tərkibindəki faydalı maddələr azalır, oksidləşmə nəticəsində yaranan zərərli komponentlər isə artır.

Mütəxəssislər bunun immunitetdən tutmuş xolesterin səviyyəsinə qədər bir çox sahəyə mənfi təsir göstərə biləcəyini vurğulayıb.

Zeytun yağı texnologiyası üzrə ixtisaslaşmış qida mühəndisləri isə bildirirlər ki, aylarla açıq qalmış yağ artıq "sağlam yağ" xüsusiyyətini itirir. Belə yağlarda acı dad, kəskin qoxu və bulanıq görüntü əmələ gəlir.
 

Alimlər oksidləşmiş yağların istehlakının ürək və damar sisteminə birbaşa mənfi təsir göstərdiyini bildirir. Bu maddələr damar divarlarında oksidativ stress yarada bilər və uzunmüddətli istifadədə kardiyovaskulyar riskləri artırır. Xüsusilə xroniki xəstəliyi olan şəxslər üçün bu məsələ daha da önəmlidir.


Qida təhlükəsizliyi üzrə mütəxəssislər bildirir ki, açıq zeytun yağının ideal şəraitdə belə ən çox 3-6 ay ərzində istifadə edilməsi tövsiyə olunur. Əgər yağ uzun müddətdir açıq vəziyyətdə qalıbsa və dadında, qoxusunda dəyişiklik hiss olunursa, onu qənaət məqsədi ilə istifadə etməyə çalışmaq sağlıq üçün təhlükə yarada bilər.

Alimlər zeytun yağının aşağıdakı kimi saxlanmasını tövsiyə edir:

- Sərin və qaranlıq yerdə

- İşıq keçirməyən tünd rəngli şüşə qabda

- Yaxşı bağlanmış qapaqla

Bu şərtlər oksidləşmə prosesini ləngidir və yağın daha uzun müddət təravətli qalmasını təmin edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Azərbaycana təhlükəli arılar gətirilib - İDDİA

Azərbaycana təhlükəli arılar gətirilib - İDDİA

Ayxan Abbasov: Daha yaxşı oynamaq üçün əlimizdən gələni edəcəyik

Ayxan Abbasov: Daha yaxşı oynamaq üçün əlimizdən gələni edəcəyik

Mütəxəssis qocalmaya qarşı ən təsirli qida və elementlərin adlarını sadaladı

Mütəxəssis qocalmaya qarşı ən təsirli qida və elementlərin adlarını sadaladı

DİN: Cinayət törətməkdə şübhəli bilinən 40 nəfər saxlanılıb

DİN: Cinayət törətməkdə şübhəli bilinən 40 nəfər saxlanılıb

Yeni virus YAYILIR

Yeni virus YAYILIR

“Burger yediyimə görə milliyə çağırılmadım” - Video

“Burger yediyimə görə milliyə çağırılmadım” - Video

Kürdəmirdə evdən kişi meyiti TAPILDI - FOTO

Kürdəmirdə evdən kişi meyiti TAPILDI - FOTO

Vüsalə: Qızım mənim verilişimə baxmır

Vüsalə: Qızım mənim verilişimə baxmır

Ötən gün aşkarlanan silah-sursatın SAYI

Ötən gün aşkarlanan silah-sursatın SAYI

İrandan ABŞ-ın danışıqlar təklifinə CAVAB – Tehranın DÖRD ŞƏRTİ

İrandan ABŞ-ın danışıqlar təklifinə CAVAB – Tehranın DÖRD ŞƏRTİ

Bakı-Qazax yolunda mikroavtobus qəzaya uğradı: 9 NƏFƏR YARALANDI – VİDEO

Bakı-Qazax yolunda mikroavtobus qəzaya uğradı: 9 NƏFƏR YARALANDI – VİDEO

ABŞ-dan TƏCİLİ ÇAĞIRIŞ – Bu ölkəni tərk edin

ABŞ-dan TƏCİLİ ÇAĞIRIŞ – Bu ölkəni tərk edin

Azərbaycanda donuzlar çoxalır – Bölgələr üzrə RƏQƏMLƏR

Azərbaycanda donuzlar çoxalır – Bölgələr üzrə RƏQƏMLƏR

Anti-Azərbaycan narrativləri fonunda sözlə deyil, əməllə sübuta yetirilən MÖVQE

Anti-Azərbaycan narrativləri fonunda sözlə deyil, əməllə sübuta yetirilən MÖVQE

Hava ilə bağlı XƏBƏRDARLIQ – Qar yağacaq, yollar buz bağlayacaq

Hava ilə bağlı XƏBƏRDARLIQ – Qar yağacaq, yollar buz bağlayacaq

Hər gün tünd şokolad yemək üçün mühüm səbəb

Hər gün tünd şokolad yemək üçün mühüm səbəb

45 yaşlı kişini inək vurdu - Xəstəxanalıq oldu

45 yaşlı kişini inək vurdu - Xəstəxanalıq oldu

Zelenski: “Putin müharibəni bitirmək istəmir”

Zelenski: “Putin müharibəni bitirmək istəmir”

Xalq artistinin bloger qızı ana oldu - FOTO

Xalq artistinin bloger qızı ana oldu - FOTO

15 yaşlı piyadanı maşınla vurub, hadisə yerindən QAÇDI

15 yaşlı piyadanı maşınla vurub, hadisə yerindən QAÇDI

Şəkinin Kiçik Dəhnə kənd orta məktəbinin məzunları 47 ildən sonra bir arada – FOTO

Şəkinin Kiçik Dəhnə kənd orta məktəbinin məzunları 47 ildən sonra bir arada – FOTO

Yaşı 40-dan yuxarı olanların NƏZƏRİNƏ

Yaşı 40-dan yuxarı olanların NƏZƏRİNƏ

5000 illik sirr: Niyə hələ də bir saatı 60 dəqiqəyə bölürük?

5000 illik sirr: Niyə hələ də bir saatı 60 dəqiqəyə bölürük?

ABŞ-İran danışıqlarına bu ölkə vasitəçilik edir – RƏSMİ

ABŞ-İran danışıqlarına bu ölkə vasitəçilik edir – RƏSMİ

End of content

No more pages to load

RADİO