Vəzifəli şəxsə HÖKM OXUNDU

Lənkəran Ağır Cinayətlər Məhkəməsində dələduzluq, mənimsəmə, rüşvətalma, vəzifə səlahiyyətlərindən sui-istifadə və vəzifə saxtakarlığında təqsirləndirilən Zöhrab Nəbiyevin (soyadı şərtidir) cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Bizim.Media xəbər verir ki, hakim Cavid Səfərlinin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə Zöhrab Nəbiyev 5 il müddətə azadlıqdan məhrum edilib.
 

İttihama görə, Zöhrab Nəbiyev Saatlı Rayon İcra Hakimiyyəti başçısının 2020-ci il tarixli əmri ilə Saatlı rayonu, Orta Muğan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsinə təyin edilib, 2025-ci il tarixədək həmin vəzifədə işləyib. O, çalışdığı müddətdə səlahiyyət və öhdəliklərini pozaraq öz qulluq mövqeyindən şəxsi mənafe üçün istifadə etməklə bir sıra korrupsiya xarakterli cinayətlər törədib.


Təqsirləndirilən şəxs 2023‑cü ilin oktyabr ayında Orta Muğan kənd sakinini nümayəndəlikdə bir ştat vahidi üzrə xadimə vəzifəsinə işə qəbul edəcəyi barədə vəd verərək öz xidməti otağında ondan 2 000 manat məbləğində rüşvət tələb edib. Razılaşdırılmış qaydada həmin şəxsdən ümumilikdə 2 000 manat rüşvəti şəxsən alıb. O, bunun müqabilində 7 avqust 2024-cü il tarixli, 14 saylı əmrlə onu həmin vəzifəyə təyin edib.
 

Zöhrab Nəbiyev həmin şəxsin işə başladığı tarixdən sonra işə gəlməməsi barədə ona göstəriş verib, lakin əməkhaqqının hesablanıb ödənilməsi üçün 2024‑cü ilin avqust, sentyabr, oktyabr və dekabr aylarına aid əməkhaqqı cədvəllərini saxta qaydada imzalayaraq möhürlə təsdiq edib.


Nəticədə sözügedən sakinin bank kartına ümumilikdə 1 371.65 manat dövlət vəsaitinin köçürülməsini təmin edib. Bu yolla ona etibar edilmiş büdcə vəsaitləri qulluq mövqeyindən istifadə edilməklə israfetmə yolu ilə talanıb.

Təqsirləndirilən şəxs 2024‑cü ilin oktyabr ayında digər şəxsi nümayəndəlikdə xadimə vəzifəsinə bərpa edəcəyinə inandıraraq onun etibarından sui-istifadə edib və xidməti otağında 800 manat pulu aldatma yolu ilə ələ keçirib. Daha sonra həmin şəxsin guya işə qəbul olunması görüntüsü yaratmaq üçün 1 noyabr 2024‑cü il tarixli əmrdə bilə‑bilə yalan məlumatlar daxil edib. Əmri də öz imzası və nümayəndəliyin möhürü ilə təsdiq edib.

Beləliklə, Zöhrab Nəbiyev həm dələduzluq edib, həm də vəzifə saxtakarlığına yol verib.
 

Bundan başqa, təqsirləndirilən şəxs Sabirabad rayonu, Çöl Dəllək kənd sakinləri - zərərçəkmiş şəxs M.M. və N.N.-i Fövqəladə Hallar Nazirliyində (FHN) işə qəbul olmaq istəklərindən istifadə edərək onları aldadıb, tutduğu vəzifənin imkanlarından sui‑istifadə etməklə FHN‑in xidmətində yanğınsöndürən və sürücü vəzifələrinə qəbul etdirəcəyinə dair yalan vədlər verib.


Bu məqsədlə zərərçəkmiş şəxslərin hər birinə 13 800 manat, ümumilikdə 27 600 manat məbləğində pulu xidməti otağında qəbul edib və şəxsi məqsədləri üçün ələ keçirib. (Pravda.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Zirədə dəhşət: Oğula atəş açdı, ata öldü

Zirədə dəhşət: Oğula atəş açdı, ata öldü

Maduronun işi üzrə ikinci məhkəmə keçirilir

Maduronun işi üzrə ikinci məhkəmə keçirilir

Vasif Məhərrəmli qadınları hədəf alıb: “Sonunuz nə olacaq?" - VİDEO

Vasif Məhərrəmli qadınları hədəf alıb: “Sonunuz nə olacaq?" - VİDEO

ABŞ Rusiyaya qarşı sanksiyaların müddətini uzadıb

ABŞ Rusiyaya qarşı sanksiyaların müddətini uzadıb

Əraqçi: Amerikalıların davranışları ilə sözlərində ziddiyyət var

Əraqçi: Amerikalıların davranışları ilə sözlərində ziddiyyət var

Tramp: Müharibə tezliklə bitəcək

Tramp: Müharibə tezliklə bitəcək

Zelenski bu ölkəyə getdi - "Vacib görüşlər planlaşdırılıb"

Zelenski bu ölkəyə getdi - "Vacib görüşlər planlaşdırılıb"

Bu ölkədə güclü ZƏLZƏLƏ oldu

Bu ölkədə güclü ZƏLZƏLƏ oldu

Bakının bu rayonlarında iş tapmaq asandır - SİYAHI

Bakının bu rayonlarında iş tapmaq asandır - SİYAHI

Avropada ən populyar avtomobillər bunlardır — SİYAHI

Avropada ən populyar avtomobillər bunlardır — SİYAHI

Bu məşhurların ölkədən çıxışına qadağa qoyuldu

Bu məşhurların ölkədən çıxışına qadağa qoyuldu

Yevlaxda avtoyuma mərkəzində YANĞIN - FOTO

Yevlaxda avtoyuma mərkəzində YANĞIN - FOTO

XƏBƏRDARLIQ! Evində "airfryer" olanlar diqqətli olsun

XƏBƏRDARLIQ! Evində "airfryer" olanlar diqqətli olsun

Ötən gün 54 kiloqrama yaxın narkotik aşkarlanıb

Ötən gün 54 kiloqrama yaxın narkotik aşkarlanıb

Elvin Cəfərquliyevin yeni mövsümə harada başlayacağı dəqiqləşdi

Elvin Cəfərquliyevin yeni mövsümə harada başlayacağı dəqiqləşdi

Tramp: Razılaşma əldə etmək üçün yalvaran onlardır

Tramp: Razılaşma əldə etmək üçün yalvaran onlardır

Azərbaycana təhlükəli arılar gətirilib - İDDİA

Azərbaycana təhlükəli arılar gətirilib - İDDİA

Ayxan Abbasov: Daha yaxşı oynamaq üçün əlimizdən gələni edəcəyik

Ayxan Abbasov: Daha yaxşı oynamaq üçün əlimizdən gələni edəcəyik

Mütəxəssis qocalmaya qarşı ən təsirli qida və elementlərin adlarını sadaladı

Mütəxəssis qocalmaya qarşı ən təsirli qida və elementlərin adlarını sadaladı

DİN: Cinayət törətməkdə şübhəli bilinən 40 nəfər saxlanılıb

DİN: Cinayət törətməkdə şübhəli bilinən 40 nəfər saxlanılıb

Yeni virus YAYILIR

Yeni virus YAYILIR

“Burger yediyimə görə milliyə çağırılmadım” - Video

“Burger yediyimə görə milliyə çağırılmadım” - Video

Kürdəmirdə evdən kişi meyiti TAPILDI - FOTO

Kürdəmirdə evdən kişi meyiti TAPILDI - FOTO

Vüsalə: Qızım mənim verilişimə baxmır

Vüsalə: Qızım mənim verilişimə baxmır

End of content

No more pages to load

RADİO