Mingəçevir şəhərində yol-nəqliyyat hadisəsi baş verib.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin H. Əliyev prospektində qeydə alınıb.
“Hyundai” markalı avtomobil yolu keçmək istəyən 1991-ci il təvəllüdlü Tükəz Həsənovanı vurub.
Xəsarət alan piyada Mingəçevir şəhər xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Leyla Vəfadar, Bizim.Media, Mərkəzi Aran bürosu