Naxçıvan şəhərində Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin QHT-lərinin Platforması təsis olunub.
Bizim.Media xəbər verir ki, bu barədə qərar TDT ölkələri qeyri-hökumət təşkilatlarının
Naxçıvanda keçirilən Həmrəylik Forumunda qəbul edilib.
Milli Məclisin deputatı Azər Allahverənov Platformanın sədri seçilib.
Platformada TDT üzvü olan və təşkilatda müşahidəçi qismində iştirak edən 8 ölkənin QHT-ləri təmsil olunur.
Bizim.Media