2025-ci ilin ilk 6 ayı ərzində qəsdən adam öldürmə cinayətləri üzrə cinayət törətmiş yeniyetmələrin sayı açıqlanıb.
Bu barədə Dövlət Statistika Komitəsindən Bizim.Media-nın sorğusuna cavab olaraq məlumat verilib.
Məlumatda bildirilib ki, Azərbaaycan Respublikası Daxili İşlər Nazirliyinin məlumatına əsasən, 2025-ci ilin ilk 6 ayı ərzində qəsdən adam öldürmə cinayətləri üzrə 10 nəfər 14-17 yaşlı cinayət törətmiş şəxs müəyyən edilib.
Qeyd edək ki, Azərbaycanda 2024-cü ildə 14-17 yaş arası şəxslərin iştirakı ilə 279 cinayət törədilib.
Naibə Məmmədova, Bizim.Media