Mərdanı ögey qızı ifşa edibmiş...

Ötən həftə Sabirabadda azyaşlıya qarşı əxlaqsız hərəkətlər edən 64 yaşlı Mərdan Hüseynovun məhkəmə prosesi keçirilmiş, o, 17 il müddətinə azadlıqdan məhrum edilmişdi.

Bizim.Media Teleqraf.az-a istinadən xəbər verir ki, sosial şəbəkələrdə yayılan və Mərdan Həsənovun məsuliyyətə cəlb olunmasına səbəb olunan video onun ögey qızı Nərgiz (ad şərtidir) tərəfindən 61 yaşlı kişinin qanunazidd əməllərinin ifşa olunması məqsədilə lentə alınıb.

Qısa arayış olaraq bildirək ki, Mərdan Hüseynovun əxlaqsız hərəkətlər etdiyi 6 yaşlı Sünbül (ad şərtidir) onun qonşusunun qızı olub.

Sünbülün anası Nəzakətin (ad şərtidir) işi çox olduğu vaxtda azyaşlı övladlarını Mərdanın arvadına və qızına tapşırıb.
 

2025-ci ilin iyununda yenə Nəzakət uşaqları Mərdanın ailəsinə tapşıraraq öz işinin arxasınca gedib. Bu zaman Mərdanın ögey qızı Sünbüllə bir qədər həyətdə oynadıqdan sonra evə daxil olublar. Həmin vaxt Mərdan öz telefonunda TikTok-a baxırmış.


Nərgiz yenidən həyətə qayıtdıqdan sonra Mərdanın əlindəki mobil telefonun səsinin kəsildiyini eşidib, azyaşlı ilə telefona baxmadıqları təqdirdə nə etmələri ona maraqlı gəlib.

Təxminən 2-3 dəqiqə sonra Mərdan onun yanına gələrək mobil telefonunun ekranının kilidə düşdüyünü deyib və aça bilmədiyini bildirib. Nərgiz ögey atasından telefonu alıb baxan zaman TikTok-da videoçəkiliş üçün nəzərdə tutulmuş bölmədə təxminən 6-7 saniyəlik videogörüntü olduğunu, lakin həmin görüntünün yaddaşa yazılmadığını görüb. Həmin görüntüyə diqqətlə baxarkən ögey atası Mərdanın Sünbülü öpdüyünü görüb, bu görüntüləri ögey atasının özü də bilmədən qeydə aldığını başa düşüb və bu barədə heç kimə xəbər etmədən videonu telefonun yaddaşına yazmadan silib.

Lakin Mərdanın Sünbülü bu formada öpməsinin normal olmamasını başa düşərək ögey atasının azyaşlıya qarşı seksual hərəkət etməsindən şübhələnib.

Nərgiz bu barədə evə gəldikdən sonra anasına danışsa da, qadın inamayıb və “uşaqdır, öpür də, burada nə var ki, Mərdan həmin uşaqları nəvəsi gözündə görür” deyə cavab verib.

Həmin günün səhəri saat təxminən 12 radələrində anası evdə olmadığı müddətdə Mərdan ona səslənərək qonşunun qızını evə gətirməyi, onunla oynamaq istədiyini bildirib.

Nərgiz bu dəfə Mərdanın nə etdiyini dəqiqləşdirmək üçün evə daxil olub qonaq otağına girərək mobil telefonunu cərəyana qoşacağını deyib, əslində isə həqiqəti öyrənib anasına çatdırmaq üçün mobil telefonu videogörüntüyə qoyaraq yenidən həyətə qayıdıb.
 

Təxminən 5-6 dəqiqə sonra Mərdan hər iki uşaqla birlikdə həyətə düşdükdə evə qalxıb mobil telefonunu götürüb çəkilmiş videogörüntüyə baxarkən Mərdanın azyaşlıya qarşı əxlaqsızlıq etdiyini görüb.


Təxminən 1 saat sonra evə gələn anasına videonu göstərib. Anası onunla birlikdə qonşusunun evinə gedərək olanları sonuncuya danışıb və mobil telefonundakı videonu göstərib. Sünbülün anası əsəbləşsə də, camaat arasında biabır olmamaları üçün Mərdanın barəsində heç yerə şikayət etməyəcəklərini bildirib və ondan telefonundakı videonu silməyini xahiş edib. O, telefonunun “Galereya” bölməsindən videonu silib, lakin görüntü “Google foto” bölməsinin yaddaşından qalıb.

Xeyli müddət keçməsinə baxmayaraq o, Sünbülün anası və valideynlərinin, eləcə də öz anasının Mərdanın iyrənc və qanunsuz əməlini bilə-bilə bu barədə polisə şikayət etməmələrini və heç nə olmamış kimi davranmalarını gördükdə əsəbləşib, Mərdanın azyaşlı qıza qarşı etdikləri ağlından çıxmyıb, həmin əməllərindən sonra təqsirləndirilən şəxsin azadlıqda qalması onu incidib.
 

Buna görə 2025-ci ilin iyul ayının sonlarında “İnstagram”da hesab açaraq videonun ictiamiyyətə yayılmasını təmin etmək üçün səhifələrdən birinə göndərib, əxlaqsızlıq edən şəxsin kimliyi barədə məlumat verdikdən sonra hesabını silib.


Qeyd edək ki, sözügedən video ictiamiləşəndən sonra Mərdan Hüseynov məsuliyyətə cəlb olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Şəhər meydanındakı bayram yolkası yanaraq külə döndü - VİDEO

Şəhər meydanındakı bayram yolkası yanaraq külə döndü - VİDEO

Tramp administrasiyası 48 səfirin geri çağırılmasına QƏRAR VERDİ

Tramp administrasiyası 48 səfirin geri çağırılmasına QƏRAR VERDİ

Nəvələrindən Nazpəriyə sürpriz - VİDEO

Nəvələrindən Nazpəriyə sürpriz - VİDEO

Misli Premyer Liqasında 1 aylıq fasilə başladı

Misli Premyer Liqasında 1 aylıq fasilə başladı

Tramp hökuməti miqrantlara 3000 dollar TƏKLİF EDİR

Tramp hökuməti miqrantlara 3000 dollar TƏKLİF EDİR

Sabah Sumqayıtda 900 abonentin QAZI OLMAYACAQ

Sabah Sumqayıtda 900 abonentin QAZI OLMAYACAQ

“Qaradağ Lökbatan”dan 13 qollu qələbə

“Qaradağ Lökbatan”dan 13 qollu qələbə

Bakıda bacı və qardaş faciəli şəkildə ÖLDÜLƏR - VİDEO

Bakıda bacı və qardaş faciəli şəkildə ÖLDÜLƏR - VİDEO

Tanınmış aparıcının qızı NİŞANLANDI - VİDEO

Tanınmış aparıcının qızı NİŞANLANDI - VİDEO

Qayınanasının ölümünə görə efirdə saxlanılan Əfsanə DANIŞDI - VİDEO

Qayınanasının ölümünə görə efirdə saxlanılan Əfsanə DANIŞDI - VİDEO

“Sabah” “Sumqayıt”a qalib gəldi - VİDEO

“Sabah” “Sumqayıt”a qalib gəldi - VİDEO

Ağcabədidə QƏZA: Şəhid bacısı xəsarət aldı

Ağcabədidə QƏZA: Şəhid bacısı xəsarət aldı

Azərin qızının ad gününü belə QEYD ETDİLƏR - VİDEO

Azərin qızının ad gününü belə QEYD ETDİLƏR - VİDEO

Benzema Pikassonun milyon avroluq tablosunu ALDI - FOTO

Benzema Pikassonun milyon avroluq tablosunu ALDI - FOTO

Prokuror Karen Avanesyana 18 il həbs cəzası istədi

Prokuror Karen Avanesyana 18 il həbs cəzası istədi

Xalq artistindən TƏNQİD: “Azadlığı əxlaqsızlığa gətirib çıxardıblar” - VİDEO

Xalq artistindən TƏNQİD: “Azadlığı əxlaqsızlığa gətirib çıxardıblar” - VİDEO

Ceyhun Bayramov Beynəlxalq Mülki Müdafiə Təşkilatının baş katibini qəbul edib - FOTO

Ceyhun Bayramov Beynəlxalq Mülki Müdafiə Təşkilatının baş katibini qəbul edib - FOTO

Dünyanın ən bahalı “yolka” ağacları: Milyarderləri belə şoka salacaq FAKTLAR

Dünyanın ən bahalı “yolka” ağacları: Milyarderləri belə şoka salacaq FAKTLAR

“Mançester Yunayted”də CİDDİ İTKİ

“Mançester Yunayted”də CİDDİ İTKİ

Gürcüstanın Baş naziri Prezident İlham Əliyevi TƏBRİK ETDİ

Gürcüstanın Baş naziri Prezident İlham Əliyevi TƏBRİK ETDİ

Zelenski Sibiqanın istefası ilə bağlı şayiələri TƏKZİB ETDİ - VİDEO

Zelenski Sibiqanın istefası ilə bağlı şayiələri TƏKZİB ETDİ - VİDEO

Arayikgil məhkəmədə son söz DEYİBLƏR - FOTO

Arayikgil məhkəmədə son söz DEYİBLƏR - FOTO

7 avtobus marşrutu üzrə müsabiqənin qalibləri müəyyənləşdi

7 avtobus marşrutu üzrə müsabiqənin qalibləri müəyyənləşdi

Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimi avtoqəzada ölüb

Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimi avtoqəzada ölüb

End of content

No more pages to load

RADİO