Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti üzvlərinin Bakı görüşündəki RAZILAŞMALAR

Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti üzvlərinin Bakı görüşlərində əldə edilən razılaşmalar, qəbul edilən qərarlar açıqlanıb.

Bizim.Media xəbər verir ki, bu barədə APA-ya Milli QHT Forumu İdarə Heyətinin sədri, Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti üzvlərinin təmsil olunduğu “Sülh Körpüsü” Təşəbbüsünün üzvü Ramil İskəndərli məlumat verib.

Onun sözlərinə gör, 21-22 noyabr tarixlərində Ermənistan vətəndaş cəmiyyəti nümayəndələrinin Bakıya səfəri həyata keçirilib:

“Bu səfər çərçivəsində iki gün Ermənistan və Azərbaycan tərəfdən vətəndaş cəmiyyəti nümayəndələrinin görüşü keçirildi. Bu təşəbbüsdə Ermənistandan olan vətəndaş cəmiyyətinin nümayəndələri Arek Koçinyan, Boris Novasardyan, Naira Sultanyan, Narek Minasyan və Samvel Meliksetyan və azərbaycanlı həmkarları Fərhad Məmmədov, Rusif Hüseynov, Kəmalə Məmmədova, Fuad Abdullayev və mən iştirak etmişik. Bu prosesin keçən ay İrəvanda başlandığını nəzərə alaraq, artıq Bakı görüşündə bu təşəbbüsün konkret bundan sonra öz adı ilə bir fəaliyyət göstərməsi barədə qərar verilib.

Bu, “Sülh Körpüsü” Təşəbbüsü adlanacaq. Bundan başqa, görüş zamanı Azərbaycan və Ermənistan arasında ümumiyyətlə normallaşma, sülh prosesi barədə fikir mübadiləsi aparılıb, mövcud vəziyyətlə bağlı müzakirələr olub. Eyni zamanda Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqun bərpasında rolu, yaxın gələcəkdə məhz bu rolun həyata keçirilməsi, yəni icra olunacaq birgə fəaliyyətlər müzakirə olunub. Sülh prosesi ilə bağlı hər iki cəmiyyəti maraqlandıran aktual məsələlər barədə də ayrıca müzakirələr aparılıb”.

Azərbaycan və Ermənistan mediaları arasında əlaqə qurulacaq

Ramil İskəndərli görüşdə media sahəsində sahəsində əlaqələrinin qurulmasının intensivləşdirilməsinin həyata keçirilməsi barədə razılıq əldə olunduğunu da açıqlayıb: “Eyni zamanda razılığa gəlinib ki, müxtəlif sahələr üzrə fəaliyyət göstərən ekspertlər arasında birbaşa əlaqələr qurulsun. Ümumiyyətlə, vətəndaş cəmiyyətinin məlumatlandırılması, onların bu prosesə cəlb olunması mexanizmləri barədə də razılıq əldə olunub. Həmçinin davam edən sülh prosesi çərçivəsində qarşılıqlı səfərlərin həyata keçirilməsi barədə qərar verilib. Hesab edirəm ki, bu görüşün əsas fərqli cəhəti odur ki, nəticə yönümlü oldu, sadaladığım razılaşmalar əldə edildi, qərarlar verildi”.

Hikmət Hacıyev erməni ekspertlərin suallarını cavablandırıb

“Sülh Körpüsü” Təşəbbüsü nün üzvü nəzərə çatdırıb ki, “Sülh körpüsü” Təşəbbüsü üzvləri Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə görüşüb: “Prezidentin köməkçisi qrup üzvləri ilə səmimi şəraitdə bir görüş keçirdi, fikir mübadiləsi apardı. Vaşinqton görüşündən sonra Azərbaycan və Ermənistan tərəfindən sülh gündəliyinin möhkəmləndirilməsi istiqamətində addımlar müzakirə olundu, həmçinin sualları da cavablandırdı. Bu, proqramın rəsmi tərəfi idi”.

Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti üzvləri Bakını gəziblər

O bildirib ki, proqramın qeyri-rəsmi, mədəni tədbirlər hissəsi də həyata keçirilib: “Bu çərçivədə Bakıya səfər etmiş qonaqlar müxtəlif yerlərə - Botanika bağına səfər etdilər, Şirvanşahlar sarayı, Qız qalası da daxil olmaqla, İçərişəhərə tur həyata keçirildi. Dənizkənarı bulvar ərazisində də gəzinti təşkil edildi, Nizami küçəsində də oldular. Kukla teatrı, Kiçik Venesiya zonası ilə də yaxından tanış oldular. Proqramın ikinci günündə onlar Ağ şəhərə səfər etdilər.

Onların marağına səbəb olacaq bir arxitektura ilə tanış oldular.

Bu proqramın əsas mədəni hissələrindən biri də Heydər Əliyev Mərkəzinə səfər idi. Qonaqlar orada həm daimi, həm də müvəqqəti sərgi kompozisiyaları ilə tanış oldular, Heydər Əliyevin həyat yolunu göstərən zonaya baş çəkdilər. Bu səfərin həm rəsmi, həm də qeyri-rəsmi mədəni hissəsi böyük maraqla qarşılandı”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Hindistanda dəhşətli qəza: On dörd nəfər diri-diri yandı

Hindistanda dəhşətli qəza: On dörd nəfər diri-diri yandı

Afrikadakı qatil göl - bir neçə dəqiqədə yüzlərlə insanın həyatına son qoyub - FOTO

Afrikadakı qatil göl - bir neçə dəqiqədə yüzlərlə insanın həyatına son qoyub - FOTO

Cinayətkar Tayqa meşəsində gizləndi: 8 il sonra saxlanıldı

Cinayətkar Tayqa meşəsində gizləndi: 8 il sonra saxlanıldı

Tramp: "Enerji obyektlərinə hücumu 10 gün müddətinə dayandırıram" - FOTO

Tramp: "Enerji obyektlərinə hücumu 10 gün müddətinə dayandırıram" - FOTO

DÇ-2026: Türkiyə millisi Rumıniyanı məğlub edərək pley-off finalına vəsiqə qazanıb - VİDEO

DÇ-2026: Türkiyə millisi Rumıniyanı məğlub edərək pley-off finalına vəsiqə qazanıb - VİDEO

Rusiyadan İrana göndərilən humanitar yardım Astaraya çatıb – FOTO

Rusiyadan İrana göndərilən humanitar yardım Astaraya çatıb – FOTO

Elektron siqaret qadağası – GƏLƏN HƏFTƏ QÜVVƏYƏ MİNƏCƏK

Elektron siqaret qadağası – GƏLƏN HƏFTƏ QÜVVƏYƏ MİNƏCƏK

Ronaldo “Əl Nəsr”in düşərgəsinə qayıtdı

Ronaldo “Əl Nəsr”in düşərgəsinə qayıtdı

İllər sonra onu ölümdən qurtaran qəhrəmanla görüşdü - FOTO

İllər sonra onu ölümdən qurtaran qəhrəmanla görüşdü - FOTO

Sosial şəbəkələrdə TƏHLÜKƏLİ TREND: Ölülər "dirildilir", görüntüləri satılır - VİDEO

Sosial şəbəkələrdə TƏHLÜKƏLİ TREND: Ölülər "dirildilir", görüntüləri satılır - VİDEO

Daha bir ölkədə güclü ZƏLZƏLƏ oldu

Daha bir ölkədə güclü ZƏLZƏLƏ oldu

Milimizin son məşqi - FOTO

Milimizin son məşqi - FOTO

"Kurtlar Vadisi"nin məşhur malikanəsi FANTASTİK QİYMƏTƏ SATILIR - FOTOLAR

"Kurtlar Vadisi"nin məşhur malikanəsi FANTASTİK QİYMƏTƏ SATILIR - FOTOLAR

Kallas: Yaxın Şərqdəki gərginlik diqqəti Ukraynadan yayındırmamalıdır - FOTO

Kallas: Yaxın Şərqdəki gərginlik diqqəti Ukraynadan yayındırmamalıdır - FOTO

FİFA-dan yeni qaydalar: VAR sisteminin səlahiyyəti artırılır

FİFA-dan yeni qaydalar: VAR sisteminin səlahiyyəti artırılır

Nadir: "Toyda bunu etmək tərbiyəsizlikdir" - VİDEO

Nadir: "Toyda bunu etmək tərbiyəsizlikdir" - VİDEO

Telefon kamerası vasitəsilə kimisə izləyə bilərsinizmi?

Telefon kamerası vasitəsilə kimisə izləyə bilərsinizmi?

Dünyada ən çox hərbçiyə malik olan ölkələr - SİYAHI

Dünyada ən çox hərbçiyə malik olan ölkələr - SİYAHI

Çox işləyənlərin nəzərinə: İşdən sonra bunları etsəniz xoşbəxt olacaqsınız

Çox işləyənlərin nəzərinə: İşdən sonra bunları etsəniz xoşbəxt olacaqsınız

Nura Suri: Göstəriş üçün yaşamaqdan imtina edin

Nura Suri: Göstəriş üçün yaşamaqdan imtina edin

Emin Mahmudov: Nəticə bizim üçün vacibdir

Emin Mahmudov: Nəticə bizim üçün vacibdir

Kişilər qadınları buna görə əsəbləşdirir - Heç kimin düşünmədiyi nüans

Kişilər qadınları buna görə əsəbləşdirir - Heç kimin düşünmədiyi nüans

Türkiyə XİN: Müharibənin Qara dəniz hövzəsinə yayılmamaması üçün danışıqlar davam etdirilir

Türkiyə XİN: Müharibənin Qara dəniz hövzəsinə yayılmamaması üçün danışıqlar davam etdirilir

Xarici KİV: Müharibə mağazalarda qiymət artımına səbəb olacaq

Xarici KİV: Müharibə mağazalarda qiymət artımına səbəb olacaq

End of content

No more pages to load

RADİO