Goranboyda, Cəfər Cabbarlı küçəsində yaşayış binasının döşəməsinin çökməsi zamanı xəsarət alanların kimliyi məlum olub.
Bizim.Media-nın yerli bürosunun xəbərinə görə, hadisə nəticəsində bina sakinləri, 1951-ci il təvəllüdlü S.Süleymanova və 1966-cı il təvəllüdlü S.Məmmədova yüngül xəsarətlər alaraq Goranboy Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Onlara ilkin tibbi yardım göstərilib, müalicələri davam etdirilir.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu