Lənkəranın Mirmustafaxan küçəsində iki “Toyota Prius” markalı avtomobil toqquşub.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, nəticədə nəqliyyat vasitələrindən biri yol kənarındakı elektrik dirəyinə çırpılaraq aşıb.
Qəza zamanı 2001-ci il təvəllüdlü Tərlan Həsənzadə müxtəlif dərəcəli xəsarətlə xəstəxanaya yerləşdirilib. Elektrik dirəyinin zədələnməsi səbəbindən şəhərin bir hissəsi işıqsız qalıb.
Faktla bağlı araşdırma aparılır.



Sabutay, Bizim.Media, Cənub bürosu.