Biləsuvar rayonunda yol qəzası baş verib.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Biləsuvar–Bəhrəmtəpə yolunda “Xəzər” markalı minik avtomobili qoşqulu traktorla toqquşub.
Xəsarət alan olmasa da, nəqliyyat vasitələrinə ciddi ziyan dəyib.
Faktla bağlı araşdırma aparılır.

Sabutay, Bizim.Media, Cənub bürosu.