Mədəkiçiltmə əməliyyatı etdirənlərə XƏBƏRDARLIQ

Azərbaycanda mədəkiçiltmə əməliyyatı etdirənlərin sayı artıb. Dövlət Statistika Komitəsinin (DSK) məlumatına görə, ötən il 1264 nəfər, 2023-cü ildə isə 1100 nəfər bu əməliyyata üz tutub. 

Cəmiyyətdə isə bu əməliyyata münasibət birmənalı deyil. Mütəxəssis olmayanların rəyi önəmli olmasa da bəzən tibb sahəsində çalışanlar, həkimlər belə mənfi tərəflərindən bəhs edirlər.

Kimisi bu vasitə ilə arıqlamağın müəyyən fəsadlara yol açdığını, digər xəstəliklərin yaranmasına səbəb olduğunu, kimisi isə əksinə heç bir mənfi təsirin olmadığını deyir.

Bəs mədəkiçiltmə əməliyyatının törətdiyi mənfi rəylərin formalaşmasına səbəb nədir?

Mövzu barədə Bizim.Media-ya danışan ümumi cərrah Rəşad Əkbərli deyib ki, mədəkiçiltmə əməliyyatına münasibətin birmənalı olmamağının səbəbi cəmiyyətdə bu əməliyyatın tam oturuşmamasıdır:

“Çünki insanların bu əməliyyatlar barədə məlumatı yetərli deyil. Kimlərin bu əməliyyatı etdirə biləcəyini, kimlərin ehtiyacı olduğunu bilmirlər. Mədəkiçiltmə əməliyyatına gələn şəxs hansı çəkidə olduğunu, əvvəllər piylənmədən və onun gətirdiyi yanaşı xəstəliklərdən azad olmaq üçün hansı metodları sınadığını və bunun ona nə dərəcədə effektiv olduğunu bilməlidir. Bu üsüllara idman, arıqlama vasitələri, pəhriz və s. daxildir. 
 

Bu əməliyyatı seçən şəxsin bədən kütlə indeksi bu əməliyyata göstəriş olmalıdır. O zaman əməliyyatın insana faydası olur. Çünki bu əməliyyat bədən kütlə indeksi 35 və 35-dən yuxarı olan, piylənmənin gətirdiyi yanaşı xəstəlikləri olan və digər metodları sınadıqdan sonra heç bir effekt əldə etməyən insanlara tətbiq olunur. Bu zaman xəstə həmin əməliyyatdan fayda görmüş olur və bədən piylənmə və onun gətirdiyi digər, şəkərli diabet, insulin dirənci, təzyiq, oynaq ağrıları, yuxuda təngnəfəslik xəstəliklərindən azad olmuş olur. Həmin insanlar bu əməliyyatın mənfi təsiri yoxdur”.


Həkimin sözlərinə görə, aşağı çəki indeksi olan insanlara isə mədəkiçiltmə əməliyyatı mənfi təsir edə bilər:

“Aşağı çəki indeksi ilə, bir az arıqlamaq istəyi fikri ilə gələnlərə bu əməliyyat mənfi təsir göstərir. Həmin şəxslər əməliyyat nəticəsində çox çəki itirirlər və getdikcə daha çox arıqlmaş olurlar ki, bu da onların sağlamlığına mənfi təsir göstərir. Yəni kimsə kefindən 5-10 kiloqram çəkisi yüksək olduğu üçün mədəsini kiçiltməyə gəlirsə, bu, ağılsızlıqdır. Bu insanlar özləri də bilmədən hansı əməliyyata getdiklərinin fərqində deyillər. Çünki 5-10 çəkini pəhrizlə də atmaq mümkündür”.

O, cəmiyyətdə mədəkiçiltmə əməliyyatından sonra orqanizmin bir sıra xəstəliklər qazanması fikrinə belə münasibət bildirib:

“Bəzi insanlar düşünürlər ki, mədəkiçiltmə əməliyyatı olandan sonra insanlar pis xəstəlik tapırlar, onkiloji xəstəliklər əmələ gəlir. Bu fikirlər doğru deyil. Çünki piylənmə xəstəliyində insanlar daha çox onkoloji xəstəliyə meyilli olur. İnsan arıqladıqdan sonra yanaşı xəstəliklər yoxa çıxır və daha sağlam olur. Heç bir onkolji xəstəlikdən söhbət gedə bilməz. Göstəriş və lazım olmadıqda insanlar bu əməliyyta gedirsə, bu artıq orqanizmə müdaxilədir. Hər bir müdaxilənin də fəsadı ola bilər. Ona görə də insanlar yüz ölçüb bir biçməlidirlər. Hər bir əməliyyatda ağırlaşmalar ola bilər, ona görə də mədəkiçiltmə əməliyyatından sonra da 100 insandan birində hər hansı ağırlaşma baş verə bilər. Bu da bütün cərrahi əməliyyatlarda görünə bilən bir haldır”.

Tibb üzrə mütəxəssis Adil Qeybulla saytımıza açıqlamasında bildirib ki, mədəkiçiltmə əməliyyatında məqsəd xəstədə doyma hissinin formalaşdırılmasıdır:
 

“Bu, xüsusilə də izafi çəkidən, müxtəlif maddələr mübadiləsinə gedən yoldan xilas yoludur. Bu əməliyyatlarla bağlı tədqiqatlar davam edir. Yəqin ki, bir müddətdən sonra son nəticəyə gəlinəcək. Ola bilər ki, gələcəkdə bu cür əməliyyatları hər hansı bir həb həyata keçirsin. Amma bu gün bu əməliyyatlar insanları böyük bir bəladan, artıq çəkidən xilas edir. Doyma hissi itir, insulin dirənci yaranır, insanlar qidasız qala bilmirlər, bu vəziyyətdə mədəkiçiltmə əməliyyatı insanların köməyinə çatır. Hazırda bu əməliyyatların neqativ tərəfləri onun hədəfindən xeyli kölgədə görünür. Hələlik, bu seçimdir və uğursuz olmayan seçimdir. Ola bilsin ki, gələcəkdə daha başqa yolla həyata keçirilə bilər”.


“Mənfi tərəfinə gəldikdə isə mədə çox mürəkkəb bir orqan olduğu üçün ordan vitamin B12, müxtəlif zülal, yağ, mineralların sovrulması baş verir. Xeyli hüceyrələr var ki, onlar hormonlar, fermetlər ifraz edir və orqanizmdə şəkər, qlükoza mübadiləsinə təsir edir, - deyə Adil Qeybulla qeyd edib.

Günay Şahmar, Bizim.Media 


 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Hindistanda dəhşətli qəza: On dörd nəfər diri-diri yandı

Hindistanda dəhşətli qəza: On dörd nəfər diri-diri yandı

Afrikadakı qatil göl - bir neçə dəqiqədə yüzlərlə insanın həyatına son qoyub - FOTO

Afrikadakı qatil göl - bir neçə dəqiqədə yüzlərlə insanın həyatına son qoyub - FOTO

Cinayətkar Tayqa meşəsində gizləndi: 8 il sonra saxlanıldı

Cinayətkar Tayqa meşəsində gizləndi: 8 il sonra saxlanıldı

Tramp: "Enerji obyektlərinə hücumu 10 gün müddətinə dayandırıram" - FOTO

Tramp: "Enerji obyektlərinə hücumu 10 gün müddətinə dayandırıram" - FOTO

DÇ-2026: Türkiyə millisi Rumıniyanı məğlub edərək pley-off finalına vəsiqə qazanıb - VİDEO

DÇ-2026: Türkiyə millisi Rumıniyanı məğlub edərək pley-off finalına vəsiqə qazanıb - VİDEO

Rusiyadan İrana göndərilən humanitar yardım Astaraya çatıb – FOTO

Rusiyadan İrana göndərilən humanitar yardım Astaraya çatıb – FOTO

Elektron siqaret qadağası – GƏLƏN HƏFTƏ QÜVVƏYƏ MİNƏCƏK

Elektron siqaret qadağası – GƏLƏN HƏFTƏ QÜVVƏYƏ MİNƏCƏK

Ronaldo “Əl Nəsr”in düşərgəsinə qayıtdı

Ronaldo “Əl Nəsr”in düşərgəsinə qayıtdı

İllər sonra onu ölümdən qurtaran qəhrəmanla görüşdü - FOTO

İllər sonra onu ölümdən qurtaran qəhrəmanla görüşdü - FOTO

Sosial şəbəkələrdə TƏHLÜKƏLİ TREND: Ölülər "dirildilir", görüntüləri satılır - VİDEO

Sosial şəbəkələrdə TƏHLÜKƏLİ TREND: Ölülər "dirildilir", görüntüləri satılır - VİDEO

Daha bir ölkədə güclü ZƏLZƏLƏ oldu

Daha bir ölkədə güclü ZƏLZƏLƏ oldu

Milimizin son məşqi - FOTO

Milimizin son məşqi - FOTO

"Kurtlar Vadisi"nin məşhur malikanəsi FANTASTİK QİYMƏTƏ SATILIR - FOTOLAR

"Kurtlar Vadisi"nin məşhur malikanəsi FANTASTİK QİYMƏTƏ SATILIR - FOTOLAR

Kallas: Yaxın Şərqdəki gərginlik diqqəti Ukraynadan yayındırmamalıdır - FOTO

Kallas: Yaxın Şərqdəki gərginlik diqqəti Ukraynadan yayındırmamalıdır - FOTO

FİFA-dan yeni qaydalar: VAR sisteminin səlahiyyəti artırılır

FİFA-dan yeni qaydalar: VAR sisteminin səlahiyyəti artırılır

Nadir: "Toyda bunu etmək tərbiyəsizlikdir" - VİDEO

Nadir: "Toyda bunu etmək tərbiyəsizlikdir" - VİDEO

Telefon kamerası vasitəsilə kimisə izləyə bilərsinizmi?

Telefon kamerası vasitəsilə kimisə izləyə bilərsinizmi?

Dünyada ən çox hərbçiyə malik olan ölkələr - SİYAHI

Dünyada ən çox hərbçiyə malik olan ölkələr - SİYAHI

Çox işləyənlərin nəzərinə: İşdən sonra bunları etsəniz xoşbəxt olacaqsınız

Çox işləyənlərin nəzərinə: İşdən sonra bunları etsəniz xoşbəxt olacaqsınız

Nura Suri: Göstəriş üçün yaşamaqdan imtina edin

Nura Suri: Göstəriş üçün yaşamaqdan imtina edin

Emin Mahmudov: Nəticə bizim üçün vacibdir

Emin Mahmudov: Nəticə bizim üçün vacibdir

Kişilər qadınları buna görə əsəbləşdirir - Heç kimin düşünmədiyi nüans

Kişilər qadınları buna görə əsəbləşdirir - Heç kimin düşünmədiyi nüans

Türkiyə XİN: Müharibənin Qara dəniz hövzəsinə yayılmamaması üçün danışıqlar davam etdirilir

Türkiyə XİN: Müharibənin Qara dəniz hövzəsinə yayılmamaması üçün danışıqlar davam etdirilir

Xarici KİV: Müharibə mağazalarda qiymət artımına səbəb olacaq

Xarici KİV: Müharibə mağazalarda qiymət artımına səbəb olacaq

End of content

No more pages to load

RADİO