Vardanyanın məhkəməsində zərərçəkmişlərin ifadələri dinlənildi - FOTO

Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri ilə və digər ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyanın barəsində cinayət işi üzrə məhkəmə prosesi noyabrın 21-də davam etdirilib.

Bizim.Media xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Anar Rzayevdən və Camal Ramazanovdan ibarət tərkibdə keçirilən açıq məhkəmə iclasında (ehtiyat hakim Günel Səmədova) təqsirləndirilən şəxs bildiyi dildə, yəni, rus dilində tərcüməçi, habelə müdafiəsi üçün dövlət hesabına vəkillə təmin olunub.

Hakim Zeynal Ağayev prosesdə ilk dəfə iştirak edən zərərçəkmiş şəxslərə və zərərçəkmiş şəxslərin hüquqi varislərinə məhkəmə heyətini, dövlət ittihamını müdafiə edən prokurorları, tərcüməçiləri və s. təqdim edib, habelə onların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarını və vəzifələrini izah edib.

Sonra zərərçəkmiş şəxslərin ifadələri dinlənilib.

Baş prokurorun böyük köməkçisi Vüsal Əliyevin suallarına cavab verən zərərçəkmiş Bəylər Şabanov qeyd edib ki, Suqovuşandan Ağdərə-Kəlbəcər istiqamətində hərəkət edərkən Ermənistan ordusunun qalıqları və qanunsuz erməni silahlı dəstələri tərəfindən içərisində olduqları “Niva” markalı avtomobilə atəşlər açılıb. Hadisə nəticəsində avtomobilə ciddi ziyan dəyib.

Zərərçəkmiş Kənan Rzazadə bildirib ki, Kəlbəcər rayonu ərazisində üzərində fərqlənmə nişanı olan tibbi yardım maşınında hərəkətdə olan zaman düşmən tərəfindən avtomobilin minaatan mərmisi ilə vurulması nəticədə o və həmin vaxt yanında olan Elvin Süleymanov yaralanıb.

Hasil Talıbov diqqətə çatdırıb ki, Zəngilan rayonu ərazisində düşmənin təxribatı nəticəsində Fərid Mehbalı və Elşən Babazadə həlak olub, o, İlkin Vasalov, Mehdi Yusifov və daha bir neçə nəfər müxtəlif xəsarətlər alıb.

Baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi Tuqay Rəhimlinin suallarını cavablandıran zərərçəkmiş Zamin Əmralı qeyd edib ki, Zəngilan rayonu ərazisində düşmənin atdığı minaatan mərmisinin partlaması nəticəsində Fərid Rüstəmov və Nahid Məmmədov həlak olub, o, Fərid Məmmədov, Saleh Həsənov və daha bir neçə şəxs yaralanıb.

Zərərçəkmiş Orxan Ələsgərov ifadəsində bildirib ki, Kəlbəcər rayonunda düşmənin açdığı artilleriya atəşi nəticəsində xəsarət alıb, həmin vaxt yanında olan Sərxan Ömərov isə həlak olub.

Zərərçəkmiş İbrahim Mayıllı qeyd edib ki, Zəngilan rayonu ərazisində düşmənin atdığı minaatan mərmisinin partlaması nəticəsində Fərid Mehbalı, Təbriz Rəhimov həlak olub, o, Rahib Məmmədov, Seymur Həsənli və daha bir neçə nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə rəisi Nəsir Bayramovun suallarını cavablandıran zərərçəkmiş Alim Məhərrəmov bildirib ki, Qubadlı rayonu ərazisində düşmənin basdırdığı minaların təmizlənməsi işləri ilə məşğul olan zaman partlayış baş verib. Hadisə nəticəsində o, V.Nağıyev, E.Əlişanov və V.İbrahimov müxtəlif xəsarətlər alıblar.

Zərərçəkmiş Fərid Şahbazov bildirib ki, Ağdam rayonunun Əliağalı kəndi ərazisində Ermənistan ordusunun qalıqları və qanunsuz erməni silahlı dəstələri tərəfindən atılan minaatan mərmilərinin yaxınlığına düşüb partlaması nəticəsində o, Sadiq Şəkərov və Murad Əliyev yaralanıblar.

Zərərçəkmiş şəxs Pərviz Şirinov qeyd edib ki, Ağdərə rayonunun Canyataq kəndi ərazisində Ermənistan ordusunun qalıqları və qanunsuz erməni silahlı dəstələri tərəfindən atılan qumbaranın yanında partlaması nəticəsində o, Elnur Soltanov və Sadiq Həmidov xəsarətlər alıblar.

Dövlət ittihamçısı Təranə Məmmədovanın suallarına cavab verən zərərçəkmişlər - Murtuz Namazov və Məhəmməd Gilmizliyev bildiriblər ki, Zəngilan rayonu ərazisində meşə yolunda düşmənin basdırdığı minanın partlaması nəticəsində xəsarətlər alıblar. M.Namazov başından yaralanıb, M.Gilmizliyevin isə sağ ayağı dizdən amputasiya olunub.

Dövlət ittihamçısı Vüsal Abdullayevin suallarını cavablandıran zərərçəkmiş Sərxan İsgəndərov qeyd edib ki, Ağdərə rayonunun Gülyataq kəndi ərazisində düşmən tərəfindən avtomat silahdan açılmış atəşlər nəticəsində yaralanıb.

Zərərçəkmişlər Abdul Məlikov, Mərdan Allahverdiyev və Sahil Rəsulov bildiriblər ki, Ağdərə rayonunun Vəngli kəndi ərazisində yerləşən Ermənistan ordusunun qalıqları və qanunsuz erməni silahlı dəstələri tərəfindən atılan artilleriya mərmisinin və əl qumbaralarının yaxınlıqlarına düşərək partlaması nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Həmin hadisədə Zamin Həsrətov, Bayram Hüseynov, Tamerlan Rəşidli, Sübhan Abbasov, Rəvan Məmmədov, Emin Cəfərov da yaralanıblar.

Dövlət ittihamçısı Fuad Musayevin suallarını cavablandıran zərərçəkmiş Ramil Manafov qeyd edib ki, Zəngilan rayonu ərazisində düşmənin açdığı atəşlər nəticəsində xəsarət alıb.

Samir Əkbərov dedi ki, Ağdam rayonu ərazisində düşmənin basdırdığı minanın partlaması nəticəsində xəsarət almış şəxslərin təxliyəsi zamanı özü və yanında olan bir neçə şəxs də minaya düşüb və partlayış nəticəsində yaralanıblar.

Zərərçəkmiş Rüstəm Rüstəmov isə ifadəsində qeyd edib ki, Ağdərə rayonu ərazisində Ermənistan ordusunun qalıqları və qanunsuz erməni silahlı dəstələri tərəfindən açılan atəşlər nəticəsində yaralanıb.

Ramal Bədəlli və Xəyal Hacıyev də ifadələrində müxtəlif istiqamətlərdə düşmən tərəfindən açılmış atəşlər nəticəsində yaralandıqlarını bildiriblər.

Daha sonra məhkəmə prosesi cinayət işi materiallarında olan sənədlər və digər sübutların tədqiqi ilə davam etdirilib.

Məhkəmənin növbəti iclası noyabrın 24-nə təyin olunub.

Xatırladaq ki, Ruben Vardanyan Azərbaycan Respublikası CM-in 100.1, 100.2 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 107 (əhalini deportasiya etmə və məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrum etmə), 113 (işgəncə), 114.1 (muzdluluq), 115.2 (müharibə qanunlarını və adətlərini pozma), 116.0.1, 116.0.2, 116.0.10, 116.0.11, 116.0.16, 116.0.18 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 120.2.1, 120.2.3, 120.2.4, 120.2.7, 120.2.11, 120.2.12 (qəsdən adam öldürmə), 29,120.2.1, 29,120.2.3, 29,120.2.4, 29,120.2.7, 29,120.2.11, 29,120.2.12 (qəsdən adam öldürməyə cəhd), 192.3.1 (qanunsuz sahibkarlıq), 214.2.1, 214.2.3, 214.2.4 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218.1, 218.2 (cinayətkar birlik yaratma), 228.3 (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1.2, 270-1.4 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 278.1 (hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279.1, 279.2, 279.3 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və ya qrupları yaratma) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə ittiham olunur.


















Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bakıda iki evdən 2 meyit tapıldı

Bakıda iki evdən 2 meyit tapıldı

Kommunal xidmətlərlə bağlı 2026-cı il üzrə Yol Xəritəsi İMZALANDI

Kommunal xidmətlərlə bağlı 2026-cı il üzrə Yol Xəritəsi İMZALANDI

PSJ baş məşqçisi ilə ömürlük müqavilə imzalayır?

PSJ baş məşqçisi ilə ömürlük müqavilə imzalayır?

Darçının xərçəng əleyhinə İMKANLARI

Darçının xərçəng əleyhinə İMKANLARI

Röya Ayxan efirə 10 minlik geyimdə ÇIXDI - VİDEO

Röya Ayxan efirə 10 minlik geyimdə ÇIXDI - VİDEO

“Rusiya Putinlə İlham Əliyevin Düşənbədəki görüşünün nəticələrini yüksək qiymətləndirir” - Peskov

“Rusiya Putinlə İlham Əliyevin Düşənbədəki görüşünün nəticələrini yüksək qiymətləndirir” - Peskov

Şəhər meydanındakı bayram yolkası yanaraq külə döndü - VİDEO

Şəhər meydanındakı bayram yolkası yanaraq külə döndü - VİDEO

Tramp administrasiyası 48 səfirin geri çağırılmasına QƏRAR VERDİ

Tramp administrasiyası 48 səfirin geri çağırılmasına QƏRAR VERDİ

Nəvələrindən Nazpəriyə sürpriz - VİDEO

Nəvələrindən Nazpəriyə sürpriz - VİDEO

Misli Premyer Liqasında 1 aylıq fasilə başladı

Misli Premyer Liqasında 1 aylıq fasilə başladı

Tramp hökuməti miqrantlara 3000 dollar TƏKLİF EDİR

Tramp hökuməti miqrantlara 3000 dollar TƏKLİF EDİR

Sabah Sumqayıtda 900 abonentin QAZI OLMAYACAQ

Sabah Sumqayıtda 900 abonentin QAZI OLMAYACAQ

“Qaradağ Lökbatan”dan 13 qollu qələbə

“Qaradağ Lökbatan”dan 13 qollu qələbə

Bakıda bacı və qardaş faciəli şəkildə ÖLDÜLƏR - VİDEO

Bakıda bacı və qardaş faciəli şəkildə ÖLDÜLƏR - VİDEO

Tanınmış aparıcının qızı NİŞANLANDI - VİDEO

Tanınmış aparıcının qızı NİŞANLANDI - VİDEO

Qayınanasının ölümünə görə efirdə saxlanılan Əfsanə DANIŞDI - VİDEO

Qayınanasının ölümünə görə efirdə saxlanılan Əfsanə DANIŞDI - VİDEO

“Sabah” “Sumqayıt”a qalib gəldi - VİDEO

“Sabah” “Sumqayıt”a qalib gəldi - VİDEO

Ağcabədidə QƏZA: Şəhid bacısı xəsarət aldı

Ağcabədidə QƏZA: Şəhid bacısı xəsarət aldı

Azərin qızının ad gününü belə QEYD ETDİLƏR - VİDEO

Azərin qızının ad gününü belə QEYD ETDİLƏR - VİDEO

Benzema Pikassonun milyon avroluq tablosunu ALDI - FOTO

Benzema Pikassonun milyon avroluq tablosunu ALDI - FOTO

Prokuror Karen Avanesyana 18 il həbs cəzası istədi

Prokuror Karen Avanesyana 18 il həbs cəzası istədi

Xalq artistindən TƏNQİD: “Azadlığı əxlaqsızlığa gətirib çıxardıblar” - VİDEO

Xalq artistindən TƏNQİD: “Azadlığı əxlaqsızlığa gətirib çıxardıblar” - VİDEO

Ceyhun Bayramov Beynəlxalq Mülki Müdafiə Təşkilatının baş katibini qəbul edib - FOTO

Ceyhun Bayramov Beynəlxalq Mülki Müdafiə Təşkilatının baş katibini qəbul edib - FOTO

Dünyanın ən bahalı “yolka” ağacları: Milyarderləri belə şoka salacaq FAKTLAR

Dünyanın ən bahalı “yolka” ağacları: Milyarderləri belə şoka salacaq FAKTLAR

End of content

No more pages to load

RADİO