AQTA-dan bu uşaq qidası barədə XƏBƏRDARLIQ - FOTO

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Amerika Birləşmiş Ştatlarında (ABŞ) "ByHeart Whole Nutrition Infant Formula" adlı uşaq qidasının körpələrdə botulizm hallarına (zəhərli bakteriya ilə baş verən ağır qida zəhərlənməsi) səbəb olmasına görə Azərbaycanda istifadəsinə qarşı xəbərdarlıq yayıb.

Bu barədə Bizim.Media-ya AQTA-dan məlumat verilib.

Bildirilib ki, AQTA-nın apardığı araşdırma nəticəsində sözügedən uşaq qidasının ölkəyə idxal edilmədiyi müəyyənləşdirilib.

Lakin məhsulun Amazon.com və digər onlayn platformalar vasitəsilə şəxsi istehlak məqsədilə sifariş olunması mümkündür. Bu səbəbdən Agentlik xəbərdarlıq edir ki, ölkə daxilində fərdi qaydada əldə edilən məhsulların mövcudluğu və istifadəsi potensial risk yarada bilər.
 

AQTA mövcud internet informasiya ehtiyatları və digər kommunikasiya alətləri vasitəsilə məhsulla bağlı aşkar olunmuş və potensial təhlükələr, habelə bu təhlükələrdən irəli gələn risklər barədə maraqlı şəxslər məlumatlandırıb.


Qeyd edək ki, botulizm ağır gedişli, potensial ölümcül xəstəlik olub, adətən Clostridium botulinum bakteriyası ilə çirklənmiş qidalarda formalaşan toksinlərin qəbulu nəticəsində yaranır. Clostridium botulinum bakteriyası oksigensiz mühitdə təhlükəli botulinum toksinlərini ifraz edir.

Xəstəlik qəbizlik, iştahsızlıq, halsızlıq, zəif emosiya ifadəsi, zəif ağlama və başı şaquli tutma qabiliyyətinin azalması kimi simptomlarla təzahür edir.

Bildirilib ki, 17 noyabr tarixinədək 13 ştat üzrə 23 şübhəli və təsdiqlənmiş yoluxma halı müəyyən edilib və onlar xəstəxanaya yerləşdirilib. Həmçinin ABŞ-da sözügedən məhsulun bütün partiyalarının və bütün qablaşdırma formalarının istifadəsinin dərhal dayandırılması tövsiyə edilib.






Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

“Tottenhem” İqor Tudorla yollarını ayırdı

“Tottenhem” İqor Tudorla yollarını ayırdı

“Bloomberg”dən nüvə silahları ilə bağlı QORXUNC YAZI

“Bloomberg”dən nüvə silahları ilə bağlı QORXUNC YAZI

Zamiq Hüseynovun xanımından istəyi - VİDEO

Zamiq Hüseynovun xanımından istəyi - VİDEO

Kadi "Qarabağ"dan gedir?

Kadi "Qarabağ"dan gedir?

İsrail yenə Tehrana zərbə endirir

İsrail yenə Tehrana zərbə endirir

Gözlənilən matçın biletləri sabahdan satışa çıxır - FOTO

Gözlənilən matçın biletləri sabahdan satışa çıxır - FOTO

Şəmkirdə yaşayış evində 18 yaşlı gəncin meyiti aşkarlandı

Şəmkirdə yaşayış evində 18 yaşlı gəncin meyiti aşkarlandı

İllər sonra səhnəyə qayıdır - FOTO

İllər sonra səhnəyə qayıdır - FOTO

Yaxın günlərdə ABŞ-la İran arasında danışıqlar olacaq?

Yaxın günlərdə ABŞ-la İran arasında danışıqlar olacaq?

Qəbələdə yaşayış evi yandı

Qəbələdə yaşayış evi yandı

İlk "Nərə"nin "Maska"sı açıldı - VİDEO

İlk "Nərə"nin "Maska"sı açıldı - VİDEO

Trampın helikopterinə hücum edilib? - VİDEO

Trampın helikopterinə hücum edilib? - VİDEO

İrana zərbələrdə 21 min sakin yaralanıb

İrana zərbələrdə 21 min sakin yaralanıb

Sədərək gölü daşdı, balıqlar əllə tutuldu - VİDEO

Sədərək gölü daşdı, balıqlar əllə tutuldu - VİDEO

Qazaxda gənc qız dəm qazından boğuldu

Qazaxda gənc qız dəm qazından boğuldu

Şahbaz Şərif onları qəbul etdi

Şahbaz Şərif onları qəbul etdi

İsfahan Texnologiya Universitetinə ZƏRBƏ ENDİRİLDİ

İsfahan Texnologiya Universitetinə ZƏRBƏ ENDİRİLDİ

Əsir düşmüş rus hərbçi Sibirdə Çin təsirinin miqyasından danışdı

Əsir düşmüş rus hərbçi Sibirdə Çin təsirinin miqyasından danışdı

Rasim Balayevin ölümündən aylar əvvəlki görüntüsünü PAYLAŞDI - VİDEO

Rasim Balayevin ölümündən aylar əvvəlki görüntüsünü PAYLAŞDI - VİDEO

ABŞ-ın “Tomahawk” ehtiyatı azalır — Ekspertlər bir neçə aylıq resursdan danışır

ABŞ-ın “Tomahawk” ehtiyatı azalır — Ekspertlər bir neçə aylıq resursdan danışır

İran zərbəsi Abu-Dabini alova qərq etdi: Nəhəng zavod yanır - VİDEO

İran zərbəsi Abu-Dabini alova qərq etdi: Nəhəng zavod yanır - VİDEO

Bu şəxslərin övladlarına 140 manat verilir

Bu şəxslərin övladlarına 140 manat verilir

SEPAH-dan şok ultimatum: “İki universitet vurulacaq”

SEPAH-dan şok ultimatum: “İki universitet vurulacaq”

Əfqanıstanda daşqınlar: 17 ölü var

Əfqanıstanda daşqınlar: 17 ölü var

End of content

No more pages to load

RADİO