İqtisadi əməkdaşlıqdan informasiya TƏRƏFDAŞLIĞINA – D-8 Media Forumunun STRATEJİ ƏHƏMİYYƏTİ

Məlum olduğu kimi, bu gün Bakıda D-8 İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin media sahəsinə məsul qurumlarının və aparıcı media subyektlərinin rəhbərlərinin, digər yüksəkvəzifəli nümayəndələrin və sahə üzrə tanınmış ekspertlərin iştirakı ilə “Dialoqun, əməkdaşlığın və regional həmrəyliyin təşviq edilməsi” mövzusunda D-8 Media Forumu keçirilir. Forumda 8 ölkədən və Təşkilatın Katibliyindən 71 xarici nümayəndə olmaqla, ümumilikdə 150-yə yaxın qonaq iştirak edir.

Forum çərçivəsində “Məsuliyyətli jurnalistika və rəqəmsal innovasiya”, “Strateji kommunikasiya və böhranın idarə olunması” mövzularında iki panel sessiyanın, həmçinin “Rəqəmsallaşan dünyada media etikası: Texnologiyalar, trendlər və narrativlər” mövzusunda vörkşopun təşkili nəzərdə tutulub.
 

MÖVZU İLƏ BAĞLI:

Bakıda D-8 Media Forumu keçirilir – FOTO


Tədbirin miqyası və müzakirə olunan mövzular Forumun strateji əhəmiyyətinin yüksək səviyyədə olduğunun əyani sübutudur.

D-8: Yeni iqtisadi qütb

D-8 İqtisadi Əməkdaşlıq Təşkilatı 1997-ci ildə, inkişaf etməkdə olan səkkiz ölkə - Türkiyə, İndoneziya, İran, Pakistan, Banqladeş, Nigeriya, Misir və Yəmən tərəfindən qurulub. Təşkilatın 2024-cü ilin dekabrında Misirin paytaxtı Qahirədə keçirilən XI Sammitində Azərbaycan Respublikası yekdilliklə təşkilatın üzvü seçilib. Bu qərar, D-8 təşkilatının sıralarının ilk dəfə genişləndirilməsi kimi tarixə düşüb.

D-8 böyük iqtisadi potensiala malik ölkələri özündə birləşdirir. Təşkilata üzv olan ölkələr üç qitəni əhatə edir və nominal ümumi daxili məhsulları 5 trilyon 199 milyon dollardan, ticarət dövriyyəsi isə 130 milyard dollardan çoxdur. D-8 ölkələrinin əhalisinin sayı isə dünya müsəlmanlarının 63%-ni təşkil edir. Bundan əlavə, təşkilata üzv ölkələri arasında ticarət dövriyyəsinin 2030-cu ilədək 500 milyard dollara çatdırılması hədəflənir.

Təşkilatın əsas məqsəd və hədəfləri
 

Təşkilatın əsas məqsədi üzv ölkələr arasında ticarət əlaqələrini artırmaq, iqtisadi inkişafı təşviq etmək və ortaq problemlərə qarşı kollektiv həll yolları tapmaqdır. Təşkilat həmçinin, dünya iqtisadiyyatında inkişaf edən ölkələrin daha güclü və əhəmiyyətli bir mövqe tutmasına kömək etməyi hədəfləyir.


D-8 təşkilatı, üzv ölkələr arasında birgə ticarət, investisiya və texnoloji əməkdaşlıq yaratmaq üçün müxtəlif proqramlar həyata keçirir. Bu ölkələr arasında iqtisadi əlaqələrin artırılması və inkişaf etməkdə olan ölkələrin dünya bazarlarında daha böyük rol oynaması üçün təşviqedici tədbirlər görülür.

Azərbaycanın çoxvektorlu diplomatiyası və D-8 xətti

Məlum olduğu kimi, Azərbaycan həm regional, həm də qlobal müstəvidə çoxvektorlu xarici siyasət yürüdür. Prezident İlham Əliyevin son aylarda müxtəlif təşkilatların nüfuzlu tədbirlərində iştirakı da bunun əyani göstəricisidir.

Xatırladaq ki, təkcə bu ilin oktyabrında – cəmi 15 gün ərzində İlham Əliyev fərqli coğrafiyalarda yerləşən ölkələrin liderlərinin bir araya gəldiyi üç fərqli tədbirdə iştirak edib. Söhbət, Avropa Siyasi Birliyinin Kopenhagen Zirvə Görüşü, Türk Dövlətləri Təşkilatının Qəbələ Sammiti, 3.Müstəqil Dövlətlər Birliyinin Düşənbə toplantısı kimi nüfuzlu tədbirlərdən gedir.
 

O cümlədən, D-8 təşkilatı ilə fəal əməkdaşlıq da Azərbaycanın çoxvektorlu siyasətinin bariz nümunəsidir. Belə bir platformada Azərbaycanın yer alması, ölkəmizin regionda və dünyada İslam həmrəyliyinə verdiyi töhfəni artırmaqla yanaşı, həm də qlobal iqtisadi siyasətə təsir imkanlarını genişləndirir.


Azərbaycanın bu təşkilata üzvlüyü , təkcə ölkənin iqtisadi yüksəlişi üçün deyil, həm də İslam ölkələrinin iqtisadi əməkdaşlığını daha da möhkəmləndirmək və onların qarşılıqlı faydalı əlaqələrini inkişaf etdirmək məqsədini daşıyır. Təşkilatın işində fəal iştirak Azərbaycanı həm də müsəlman dünyasında öz nüfuzunu daha da artıran, beynəlxalq aləmdə tanınan bir dövlət olaraq göstərir. 

D-8 Media Forumu və informasiya təhlükəsizliyi

Təşkilata üzv ölkələr arasında media və informasiya sahəsində əməkdaşlıq üçün də böyük potensial mövcuddur. Hazırki beynəlxalq münasibətlər sistemi və media sahəsində yeni tendensiyalar fonunda bu potensialın reallaşdırılması mühüm əhəmiyyət kəsb edir.

Təsadüfi deyil ki, Azərbaycan Prezidenti İlham Əliyevin D-8 Media Forumunun iştirakçılarına müraciətində bu məqam xüsusi qeyd olunub:

“Hazırda media mühiti sürətli transformasiyaya məruz qalır. Təəssüflər olsun ki, qlobal informasiya məkanında dezinformasiya, saxta xəbərlər, hibrid təhdidlər, “deepfake”lər, süni intellektin imkanlarından sui-istifadə və digər manipulyasiya halları dayanmadan artmaqdadır”.
 

Dövlət başçısı qeyd edib ki, bu amillər ölkələrin imicinə, daxili həyatına ciddi təsir göstərməklə yanaşı, bütövlükdə beynəlxalq sabitliyə zərbə vurur və ölkələr arasında etimadı sarsıdır. Bu səbəbdən, D-8 Media Forumunun əsas vəzifələrindən biri – doğru, qərəzsiz, obyektiv və məsuliyyətli informasiya mühitinin qurulması üçün üzv ölkələrin media qurumları arasında etibarlı əməkdaşlığın formalaşdırılmasıdır.


Forumda çıxış edən digər ölkələrin nümayəndələri də media sahəsində əməkdaşlığın xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıblar.

Misir Ərəb Respublikasının Kütləvi İnformasiya Vasitələrinin Tənzimlənməsi üzrə Ali Şurasının sədr müavini Essam Alamir İsmayıl Xəlil bildirib ki, D-8 təşkilatına üzv dövlətlər arasında dialoqun, əməkdaşlığın və koordinasiyanın gücləndirilməsi naminə sıx əməkdaşlığa böyük ehtiyac var. O vurğulayıb ki, bu, qlobal arenada aparılan ardıcıl səylərə mühüm töhfə verən strateji addımdır.

D-8 Media Mükəmməlik Mərkəzi – Əməkdaşlıq üçün yeni platforma

Forum çərçivəsində D-8 Media Mükəmməlik Mərkəzinin yaradılması da nəzərdə tutulur. Bu Mərkəz media sahəsində əməkdaşlığın inkişafı, bilik mübadiləsi, peşəkar hazırlıq və üzv ölkələrin jurnalistləri və media mütəxəssislərinin imkanlarının genişləndirilməsi üçün flaqman platformaya çevriləcək.
 

D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının Baş katibi İsiaka Abdulqadir İmam da Forumda çıxışı zamanı Azərbaycanın D-8 regionunda əməkdaşlığı gücləndirəcək bu təşəbbüsünü alqışladığını bildirib.


“Xüsusilə də Media Mükəmməllik Mərkəzi qlobal informasiya məkanında kollektiv səsimizi gücləndirməyə imkan verəcək” – deyə Baş katib vurğulayıb.

Bakı yalnız ev sahibi deyil – təşəbbüskar mərkəzə çevrilir

D-8 Media Forumu Bakını yalnız tədbirin ev sahibi kimi deyil, həm də regional və qlobal kommunikasiya prosesinə təsir göstərən təşəbbüskar mərkəz kimi ön plana çıxarır.
 

Azərbaycanın təşəbbüsü ilə yaradılacaq D-8 Media Mükəmməllik Mərkəzi isə qlobal informasiya məkanında üzv ölkələrin əməkdaşlığını möhkəmləndirəcək, jurnalistlərin və media mütəxəssislərinin peşəkarlıq səviyyəsini yüksəldəcək və regional media standartlarının harmonizasiyasına xidmət edəcək.


Beləliklə, Bakı D-8 Media Forumu vasitəsilə yalnız dialoqun və əməkdaşlığın təşviqini deyil, həm də məsuliyyətli, obyektiv və strateji yönümlü media mühitinin qurulmasını təmin edən qlobal bir platforma rolunu öz üzərinə götürür. Bu isə ölkəmizin beynəlxalq aləmdə nüfuzunu gücləndirir və gələcəkdə D-8-ə üzv ölkələr arasında davamlı informasiya və kommunikasiya əməkdaşlığı üçün möhkəm zəmin yaradır.

Bizim.Media-nın analitik qrupu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

BİZİM MEDİA: 23 dekabrda baş vermiş tarixi hadisələr

BİZİM MEDİA: 23 dekabrda baş vermiş tarixi hadisələr

"Qış çempionluğu medal qazandırmır" - Valdas Dambrauskas

"Qış çempionluğu medal qazandırmır" - Valdas Dambrauskas

Bakıda iki evdən 2 meyit tapıldı

Bakıda iki evdən 2 meyit tapıldı

Kommunal xidmətlərlə bağlı 2026-cı il üzrə Yol Xəritəsi İMZALANDI

Kommunal xidmətlərlə bağlı 2026-cı il üzrə Yol Xəritəsi İMZALANDI

PSJ baş məşqçisi ilə ömürlük müqavilə imzalayır?

PSJ baş məşqçisi ilə ömürlük müqavilə imzalayır?

Darçının xərçəng əleyhinə İMKANLARI

Darçının xərçəng əleyhinə İMKANLARI

Röya Ayxan efirə 10 minlik geyimdə ÇIXDI - VİDEO

Röya Ayxan efirə 10 minlik geyimdə ÇIXDI - VİDEO

“Rusiya Putinlə İlham Əliyevin Düşənbədəki görüşünün nəticələrini yüksək qiymətləndirir” - Peskov

“Rusiya Putinlə İlham Əliyevin Düşənbədəki görüşünün nəticələrini yüksək qiymətləndirir” - Peskov

Şəhər meydanındakı bayram yolkası yanaraq külə döndü - VİDEO

Şəhər meydanındakı bayram yolkası yanaraq külə döndü - VİDEO

Tramp administrasiyası 48 səfirin geri çağırılmasına QƏRAR VERDİ

Tramp administrasiyası 48 səfirin geri çağırılmasına QƏRAR VERDİ

Nəvələrindən Nazpəriyə sürpriz - VİDEO

Nəvələrindən Nazpəriyə sürpriz - VİDEO

Misli Premyer Liqasında 1 aylıq fasilə başladı

Misli Premyer Liqasında 1 aylıq fasilə başladı

Tramp hökuməti miqrantlara 3000 dollar TƏKLİF EDİR

Tramp hökuməti miqrantlara 3000 dollar TƏKLİF EDİR

Sabah Sumqayıtda 900 abonentin QAZI OLMAYACAQ

Sabah Sumqayıtda 900 abonentin QAZI OLMAYACAQ

“Qaradağ Lökbatan”dan 13 qollu qələbə

“Qaradağ Lökbatan”dan 13 qollu qələbə

Bakıda bacı və qardaş faciəli şəkildə ÖLDÜLƏR - VİDEO

Bakıda bacı və qardaş faciəli şəkildə ÖLDÜLƏR - VİDEO

Tanınmış aparıcının qızı NİŞANLANDI - VİDEO

Tanınmış aparıcının qızı NİŞANLANDI - VİDEO

Qayınanasının ölümünə görə efirdə saxlanılan Əfsanə DANIŞDI - VİDEO

Qayınanasının ölümünə görə efirdə saxlanılan Əfsanə DANIŞDI - VİDEO

“Sabah” “Sumqayıt”a qalib gəldi - VİDEO

“Sabah” “Sumqayıt”a qalib gəldi - VİDEO

Ağcabədidə QƏZA: Şəhid bacısı xəsarət aldı

Ağcabədidə QƏZA: Şəhid bacısı xəsarət aldı

Azərin qızının ad gününü belə QEYD ETDİLƏR - VİDEO

Azərin qızının ad gününü belə QEYD ETDİLƏR - VİDEO

Benzema Pikassonun milyon avroluq tablosunu ALDI - FOTO

Benzema Pikassonun milyon avroluq tablosunu ALDI - FOTO

Prokuror Karen Avanesyana 18 il həbs cəzası istədi

Prokuror Karen Avanesyana 18 il həbs cəzası istədi

Xalq artistindən TƏNQİD: “Azadlığı əxlaqsızlığa gətirib çıxardıblar” - VİDEO

Xalq artistindən TƏNQİD: “Azadlığı əxlaqsızlığa gətirib çıxardıblar” - VİDEO

End of content

No more pages to load

RADİO