Prezidentin qızları və gəlini Lənkəranda ekoloji aksiyalarda – FOTO

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva, Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva və Alena Əliyeva Lənkərana səfəri çərçivəsində bir sıra ekoloji aksiyalarda iştirak ediblər.

Bizim.Media xəbər verir ki, əvvəlcə IDEA İctimai Birliyi tərəfindən Lənkəran rayonunda meşə ərazisində "Yaşıl Marafon" çərçivəsində ağacəkmə aksiyası təşkil olunub.

Könüllülülərin iştirakı ilə həyata keçirilən aksiyada 1 350 ədəd Eldar şamı tingi əkilib.

Tədbir zamanı yaşıllıq zolaqlarının genişləndirilməsi, meşə fondunun bərpası və ekosistemin mühafizəsi istiqamətində həyata keçirilən işlər barədə məlumat verilib.
 

Qeyd edək ki, IDEA İctimai Birliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə həyata keçirilən "Ümumrespublika Yaşıllaşdırma Marafonu"nun ("Yaşıl Marafon") əsas məqsədi yaşıllıq sahələrinin artırılması, ağacəkmə ənənəsinin təşviqi, ətraf mühitin mühafizəsinə, ölkəmizin flora biomüxtəlifliyinin zənginləşdirilməsinə və yaşıllıqların qorunması ilə bağlı maarifləndirməyə töhfə verməkdir.


"Yaşıl Marafon" çərçivəsində bu ilin payız və 2026-cı ilin yaz əkin mövsümləri ərzində ölkə üzrə 2 milyona yaxın ağacın əkilməsi nəzərdə tutulur.

Daha sonra Hirkan Milli Parkının ərazisinə biomüxtəlifliyin zənginləşdirilməsi məqsədilə heyvanların təbiətə buraxılması aksiyası keçirilib. Aksiya çərçivəsində 2 yenot, 2 tülkü və 4 tirəndaz təbii mühitə buraxılıb.

Yenotlar bir müddət öncə IDEA İctimai Birliyinin təşəbbüsü və aidiyyəti qurumların iştirakı ilə aparılan birgə yoxlama nəticəsində iaşə obyektlərində qanunsuz saxlanılması aşkarlanmış və xilas edilmişdilər.

Həmin yenotlar 4 ay müddətində Bakı Zooloji Parkında müalicə və reabilitasiya olunaraq tam sağaldıqdan sonra təbiətə qaytarılıb.

Təbiətə qaytarılan tülkülər isə vətəndaşlar tərəfindən yaralı halda aşkarlanaraq Bakı Zooloji Parkına təhvil verilmiş heyvanlardır. Onlar Zooloji Parkda bir il müddətində klinik şəraitdə müayinə və müalicə olunub, reabilitasiya prosesi uğurla başa çatdıqdan sonra təbii mühitə buraxılmışdır.

Aksiyada təbiətə buraxılan tirəndazlar vaxtilə Azərbaycanın "Qırmızı kitab"ına daxil edilmiş növlərdən olub. Ölkədə bu sahədə həyata keçirilən uğurlu mühafizə tədbirləri nəticəsində bu vəhşi heyvanların sayı artırılıb və növ "Qırmızı kitab"dan çıxarılıb. Milli Parka buraxılan tirəndazlar Bakı Zooloji Parkında çoxaldılan və təbii populyasiyası bərpa olunan fərdlərdəndir.
Sözügedən ekoloji aksiyalar IDEA İctimai Birliyi tərəfindən Azərbaycanda ətraf-mühitin mühafizəsi və biomüxtəlifliyin qorunması istiqamətində mütəmadi olaraq görülən işlərin tərkib hissəsidir.




























































Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İlk dəfə qadın kilsə rəhbəri təyin edildi - FOTO

İlk dəfə qadın kilsə rəhbəri təyin edildi - FOTO

Almaniya millisinin üzvü “Fənərbağça”ya keçir

Almaniya millisinin üzvü “Fənərbağça”ya keçir

İranda əsgərlik yaşı 12-yə endirildi

İranda əsgərlik yaşı 12-yə endirildi

Hindistanda dəhşətli qəza: On dörd nəfər diri-diri yandı

Hindistanda dəhşətli qəza: On dörd nəfər diri-diri yandı

Afrikadakı qatil göl - bir neçə dəqiqədə yüzlərlə insanın həyatına son qoyub - FOTO

Afrikadakı qatil göl - bir neçə dəqiqədə yüzlərlə insanın həyatına son qoyub - FOTO

Cinayətkar Tayqa meşəsində gizləndi: 8 il sonra saxlanıldı

Cinayətkar Tayqa meşəsində gizləndi: 8 il sonra saxlanıldı

Tramp: "Enerji obyektlərinə hücumu 10 gün müddətinə dayandırıram" - FOTO

Tramp: "Enerji obyektlərinə hücumu 10 gün müddətinə dayandırıram" - FOTO

DÇ-2026: Türkiyə millisi Rumıniyanı məğlub edərək pley-off finalına vəsiqə qazanıb - VİDEO

DÇ-2026: Türkiyə millisi Rumıniyanı məğlub edərək pley-off finalına vəsiqə qazanıb - VİDEO

Rusiyadan İrana göndərilən humanitar yardım Astaraya çatıb – FOTO

Rusiyadan İrana göndərilən humanitar yardım Astaraya çatıb – FOTO

Elektron siqaret qadağası – GƏLƏN HƏFTƏ QÜVVƏYƏ MİNƏCƏK

Elektron siqaret qadağası – GƏLƏN HƏFTƏ QÜVVƏYƏ MİNƏCƏK

Ronaldo “Əl Nəsr”in düşərgəsinə qayıtdı

Ronaldo “Əl Nəsr”in düşərgəsinə qayıtdı

İllər sonra onu ölümdən qurtaran qəhrəmanla görüşdü - FOTO

İllər sonra onu ölümdən qurtaran qəhrəmanla görüşdü - FOTO

Sosial şəbəkələrdə TƏHLÜKƏLİ TREND: Ölülər "dirildilir", görüntüləri satılır - VİDEO

Sosial şəbəkələrdə TƏHLÜKƏLİ TREND: Ölülər "dirildilir", görüntüləri satılır - VİDEO

Daha bir ölkədə güclü ZƏLZƏLƏ oldu

Daha bir ölkədə güclü ZƏLZƏLƏ oldu

Milimizin son məşqi - FOTO

Milimizin son məşqi - FOTO

"Kurtlar Vadisi"nin məşhur malikanəsi FANTASTİK QİYMƏTƏ SATILIR - FOTOLAR

"Kurtlar Vadisi"nin məşhur malikanəsi FANTASTİK QİYMƏTƏ SATILIR - FOTOLAR

Kallas: Yaxın Şərqdəki gərginlik diqqəti Ukraynadan yayındırmamalıdır - FOTO

Kallas: Yaxın Şərqdəki gərginlik diqqəti Ukraynadan yayındırmamalıdır - FOTO

FİFA-dan yeni qaydalar: VAR sisteminin səlahiyyəti artırılır

FİFA-dan yeni qaydalar: VAR sisteminin səlahiyyəti artırılır

Nadir: "Toyda bunu etmək tərbiyəsizlikdir" - VİDEO

Nadir: "Toyda bunu etmək tərbiyəsizlikdir" - VİDEO

Telefon kamerası vasitəsilə kimisə izləyə bilərsinizmi?

Telefon kamerası vasitəsilə kimisə izləyə bilərsinizmi?

Dünyada ən çox hərbçiyə malik olan ölkələr - SİYAHI

Dünyada ən çox hərbçiyə malik olan ölkələr - SİYAHI

Çox işləyənlərin nəzərinə: İşdən sonra bunları etsəniz xoşbəxt olacaqsınız

Çox işləyənlərin nəzərinə: İşdən sonra bunları etsəniz xoşbəxt olacaqsınız

Nura Suri: Göstəriş üçün yaşamaqdan imtina edin

Nura Suri: Göstəriş üçün yaşamaqdan imtina edin

Emin Mahmudov: Nəticə bizim üçün vacibdir

Emin Mahmudov: Nəticə bizim üçün vacibdir

End of content

No more pages to load

RADİO