“Kürəkənimin sevgilisi təzyiq edirdi” - Qətlə yetirilən Ayşənin anası

Gəncədə noyabrın 7-də törədilmiş qətlin təfərrüatları məlum olub.

Bizim.Media “Qafqazinfo.az”a istinadən xəbər verir ki, mərhumun anası Mehriban Sadıqova gencexeber.az-a açıqlamasında kürəkəni Ramin Alıyevin başqa qadınla münasibət qurmasının cinayətə səbəb olduğunu deyib.

O iddia edib ki, Ramin 4 il əvvəl Zümrüd adlı (ad şərtidir) qadınla birgə yaşamağa başlayıb və bu münasibət ailədə gərginliyi artırıb.

Ayşən həmin dövrdə davamlı olaraq zorakılıq, təhqir və döyülmələrə məruz qalıb.

İddialara görə, Ramin həm Ayşən və üç övladı ilə Gülüstan qəsəbəsində kirayədə yaşayıb, həm də Zümrüd üçün ayrıca ev tutaraq onunla gizli münasibətini davam etdirib. Mehriban Sadıqova qeyd edib ki, Ramin Zümrüd üçün 4 min manatlıq telefon və çoxsaylı qızıl-zinət əşyaları alıb, lakin övladlarının qayğısını təmin etməyib. Onun sözlərinə görə, bütün xərcləri özü qarşılayıb.
 

Hadisədən bir neçə ay əvvəl Zümrüd Ayşənin uşaqları ilə yaşadığı binanın həyətinə içkili halda gələrək səs-küy salıb. Qonşuların sözlərinə görə, qadın Ayşənin Ramindən ayrılmasını tələb edib və nalayiq ifadələr işlədib.


O əlavə edib  ki, həmin vaxt Ramin Alıyev hadisə yerinə gəlib və Zümrüdü zorla maşına mindirərək aparıb. Qadın sonradan hüquq-mühafizə orqanlarına şikayət edib.

“Kürəkənimin sevgilisi qızımı söyür, təhqir edirdi, saysız-hesabsız zənglər olurdu, təzyiq göstərirdi”, - mərhumun anası qeyd edib.

Eyni zamanda, Raminin paralel münasibəti və qadının tələblərini yerinə yetirmək üçün etdiyi xərclər ailəyə 10 minlərlə manat borc yükü yaradıb.

Qeyd edək ki, 31 yaşlı Ayşən Sadıqova 2 həftə əvvəl Gəncədə küçədə bıçaqlanıb. Qadın xəstəxanaya çatdırılsa da, yolda vəfat edib. Onun 42 yaşlı həyat yoldaşı Ramin Alıyev şübhəli kimi saxlanılıb.

Hazırda cinayət işi üzrə araşdırmalar davam etdirilir.

Fotoda Ramin və Zümrüd


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Tramp Maduronu hədələdi: “Bu, onun sonuncu oyunu olacaq”

Tramp Maduronu hədələdi: “Bu, onun sonuncu oyunu olacaq”

“Napoli” İtaliya Superkubokunun qalibi oldu – VİDEO

“Napoli” İtaliya Superkubokunun qalibi oldu – VİDEO

Çörək BAHALAŞACAQ?

Çörək BAHALAŞACAQ?

Bu şəxslərə ikiqat maaş veriləcək

Bu şəxslərə ikiqat maaş veriləcək

Anar Məmmədxanovun ailəsinə ağır itki

Anar Məmmədxanovun ailəsinə ağır itki

Qızılın qiymətində yeni tarixi REKORD

Qızılın qiymətində yeni tarixi REKORD

BİZİM MEDİA: 23 dekabrda baş vermiş tarixi hadisələr

BİZİM MEDİA: 23 dekabrda baş vermiş tarixi hadisələr

"Qış çempionluğu medal qazandırmır" - Valdas Dambrauskas

"Qış çempionluğu medal qazandırmır" - Valdas Dambrauskas

Bakıda iki evdən 2 meyit tapıldı

Bakıda iki evdən 2 meyit tapıldı

Kommunal xidmətlərlə bağlı 2026-cı il üzrə Yol Xəritəsi İMZALANDI

Kommunal xidmətlərlə bağlı 2026-cı il üzrə Yol Xəritəsi İMZALANDI

PSJ baş məşqçisi ilə ömürlük müqavilə imzalayır?

PSJ baş məşqçisi ilə ömürlük müqavilə imzalayır?

Darçının xərçəng əleyhinə İMKANLARI

Darçının xərçəng əleyhinə İMKANLARI

Röya Ayxan efirə 10 minlik geyimdə ÇIXDI - VİDEO

Röya Ayxan efirə 10 minlik geyimdə ÇIXDI - VİDEO

“Rusiya Putinlə İlham Əliyevin Düşənbədəki görüşünün nəticələrini yüksək qiymətləndirir” - Peskov

“Rusiya Putinlə İlham Əliyevin Düşənbədəki görüşünün nəticələrini yüksək qiymətləndirir” - Peskov

Şəhər meydanındakı bayram yolkası yanaraq külə döndü - VİDEO

Şəhər meydanındakı bayram yolkası yanaraq külə döndü - VİDEO

Tramp administrasiyası 48 səfirin geri çağırılmasına QƏRAR VERDİ

Tramp administrasiyası 48 səfirin geri çağırılmasına QƏRAR VERDİ

Nəvələrindən Nazpəriyə sürpriz - VİDEO

Nəvələrindən Nazpəriyə sürpriz - VİDEO

Misli Premyer Liqasında 1 aylıq fasilə başladı

Misli Premyer Liqasında 1 aylıq fasilə başladı

Tramp hökuməti miqrantlara 3000 dollar TƏKLİF EDİR

Tramp hökuməti miqrantlara 3000 dollar TƏKLİF EDİR

Sabah Sumqayıtda 900 abonentin QAZI OLMAYACAQ

Sabah Sumqayıtda 900 abonentin QAZI OLMAYACAQ

“Qaradağ Lökbatan”dan 13 qollu qələbə

“Qaradağ Lökbatan”dan 13 qollu qələbə

Bakıda bacı və qardaş faciəli şəkildə ÖLDÜLƏR - VİDEO

Bakıda bacı və qardaş faciəli şəkildə ÖLDÜLƏR - VİDEO

Tanınmış aparıcının qızı NİŞANLANDI - VİDEO

Tanınmış aparıcının qızı NİŞANLANDI - VİDEO

Qayınanasının ölümünə görə efirdə saxlanılan Əfsanə DANIŞDI - VİDEO

Qayınanasının ölümünə görə efirdə saxlanılan Əfsanə DANIŞDI - VİDEO

End of content

No more pages to load

RADİO