Soyuqdəymə və qrip üçün antibiotik qəbul etmək təhlükəlidir

“Antibiotiklərin düzgün istifadəsi üçün iki əsas məqsədə çatmaq üçün bir sıra ciddi qaydalar və təlimatlar nəzərdə tutulur. Antibiotikin təyin etmək qərarını verərkən həkim xəstəni bakterial infeksiyadan effektiv şəkildə müalicə məqsədini nəzərdə tutur”.

Bizim.Media xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi “Instagram” hesabında keçirilən canlı yayım zamanı nazirliyin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov açıqlayıb.

Mütəxəssis-ekspert qeyd edib ki, antibiotiklərdən "Düzgün istifadə qaydaları”na görə, antibiotiklər yalnız həqiqətən bakterial infeksiyanın olub-olmadığını müəyyən edə bilən müvafiq ixtisaslı həkim tərəfindən təyin edilməlidir:

“Antibiotiklər yalnız həkim tərəfindən xəstənin vəziyyəti, simptomları və bəzən test nəticələri (məsələn, ümumi qan analizi və ya bakterioloji kultura) qiymətləndirdikdən sonra təyin olunmalıdır. Antibiotikləri xəstə heç vaxt özünün və ya digər mütəxəssis olmayan insanların qərarı ilə qəbul etməyə başlamamalıdır. Əgər xəstədə müəyyən simptomlar varsa və antibiotiklərə ehtiyacın olub-olmadığını müəyyən etmək və dəqiq diaqnoz üçün müvafiq ixtisaslı həkimə müraciət etmək tövsiyə olunur”.

T.Eyvazov bildirib ki, antibiotiklər virus xəstəlikləri - soyuqdəymə, KRVİ, qrip üçün istifadə edilməməlidir, çünki onlar viruslara qarşı təsirsizdir və mikrofloraya zərər verir:

“Antibiotik təyini zamanı dərmanların qarşılıqlı təsirləri nəzərə alınmalıdır. Digər qəbul olunan dərmanlarla hazırda təyin olunan yeni dərmanın-antibiotikin arzuolunmaz qarşılıqlı təsirlərindən qaçınmaq üçün həkim pasiyentdən qəbul etdiyi digər dərmanlar barədə sorğu etməlidir.

Antibiotik təyin olunmuş hər bir pasiyent həmin dərmanın yan təsirlərindən xəbərdar edilməlidir.

Bu cür yan təsirlər meydana çıxdıqda, həkimə dərhal məlumat verilməlisi pasiyentə ciddi tapşırılmalıdır. Həkimin antibiotiklərin təyininə göstəriş görmədiyi hallarda xəstə və ya onun yaxınları tərəfindən antibiotiklərin təyininə israr etmək olmaz və bu səhv qərara səbəb ola bilər.

Bundan başqa, müalicə zamanı kursa ciddi riayət etmək, yəni dərmanı təyin olunmuş dozada qəbul etmək və dozanı özbaşına artırmaq və ya azaltmaq olmaz.

Həmçinin, antibiotikin qəbul tezliyinə və vaxtına əməl etmək, tövsiyə olunan intervallara ciddi şəkildə riayət etmək lazımdır (məsələn, hər 8 və ya 12 saatdan bir). Bu, qanda aktiv maddənin tələb olunan konsentrasiyasını saxlayır ki, bu da bakteriyaların öldürülməsi üçün çox vacibdir.

Digər bir qayda isə müalicənin tam kursunu tamamlamaqdır. Bu, ən vacib qaydadır. Xəstə özünüzü daha yaxşı hiss etsə belə, dərman qəbulunu dayandırmamalıdır”.

Sonda infeksionist qeyd edib ki, antibiotikləri qızdırmanın yüksəldiyi bütün hallarda təyin etmək olmaz:

“Bu, nəinki düzgün deyil, hətta təhlükəli yanaşmadır. Beləliklə, antibiotiklər yalnız təsdiqlənmiş və ya yüksək dərəcədə şübhəli bakterial infeksiyalar üçün istifadə edilməlidir. Onlar əksər soyuqdəymə, qrip və digər xəstəliklərə səbəb olan viruslara qarşı təsirli deyil. Antibiotiklər allergik reaksiyalara, mədə-bağırsaq pozğunluqlarına və digər ağırlaşmalara səbəb ola bilər.

Belə ki, antibiotik normal mikrofloraya da zərər vurur: yalnız patogen bakteriyalar deyil, həm də bədəndəki faydalı bakteriyalar məhv olur. Yadda saxlamaq lazımdır ki, antibiotiklər hərarətsalıcı vasitələr deyil, onlar hərarəti bir başa aşağı salmırlar, yalnız temperaturu yaradan bakteriyalar olduqda, onları məhv etməklə hərarətin yüksəlməsi səbəbini aradan qaldıraraq dolayısı ilə onun normallaşmasına səbəb olurlar”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Elçinin yağış sevgisi

Elçinin yağış sevgisi

"Mənim kimi müğənni "Jiquli"də gəzməlidir?"

"Mənim kimi müğənni "Jiquli"də gəzməlidir?"

“Tottenhem” İqor Tudorla yollarını ayırdı

“Tottenhem” İqor Tudorla yollarını ayırdı

“Bloomberg”dən nüvə silahları ilə bağlı QORXUNC YAZI

“Bloomberg”dən nüvə silahları ilə bağlı QORXUNC YAZI

Zamiq Hüseynovun xanımından istəyi - VİDEO

Zamiq Hüseynovun xanımından istəyi - VİDEO

Kadi "Qarabağ"dan gedir?

Kadi "Qarabağ"dan gedir?

İsrail yenə Tehrana zərbə endirir

İsrail yenə Tehrana zərbə endirir

Gözlənilən matçın biletləri sabahdan satışa çıxır - FOTO

Gözlənilən matçın biletləri sabahdan satışa çıxır - FOTO

Şəmkirdə yaşayış evində 18 yaşlı gəncin meyiti aşkarlandı

Şəmkirdə yaşayış evində 18 yaşlı gəncin meyiti aşkarlandı

İllər sonra səhnəyə qayıdır - FOTO

İllər sonra səhnəyə qayıdır - FOTO

Yaxın günlərdə ABŞ-la İran arasında danışıqlar olacaq?

Yaxın günlərdə ABŞ-la İran arasında danışıqlar olacaq?

Qəbələdə yaşayış evi yandı

Qəbələdə yaşayış evi yandı

İlk "Nərə"nin "Maska"sı açıldı - VİDEO

İlk "Nərə"nin "Maska"sı açıldı - VİDEO

Trampın helikopterinə hücum edilib? - VİDEO

Trampın helikopterinə hücum edilib? - VİDEO

İrana zərbələrdə 21 min sakin yaralanıb

İrana zərbələrdə 21 min sakin yaralanıb

Sədərək gölü daşdı, balıqlar əllə tutuldu - VİDEO

Sədərək gölü daşdı, balıqlar əllə tutuldu - VİDEO

Qazaxda gənc qız dəm qazından boğuldu

Qazaxda gənc qız dəm qazından boğuldu

Şahbaz Şərif onları qəbul etdi

Şahbaz Şərif onları qəbul etdi

İsfahan Texnologiya Universitetinə ZƏRBƏ ENDİRİLDİ

İsfahan Texnologiya Universitetinə ZƏRBƏ ENDİRİLDİ

Əsir düşmüş rus hərbçi Sibirdə Çin təsirinin miqyasından danışdı

Əsir düşmüş rus hərbçi Sibirdə Çin təsirinin miqyasından danışdı

Rasim Balayevin ölümündən aylar əvvəlki görüntüsünü PAYLAŞDI - VİDEO

Rasim Balayevin ölümündən aylar əvvəlki görüntüsünü PAYLAŞDI - VİDEO

ABŞ-ın “Tomahawk” ehtiyatı azalır — Ekspertlər bir neçə aylıq resursdan danışır

ABŞ-ın “Tomahawk” ehtiyatı azalır — Ekspertlər bir neçə aylıq resursdan danışır

İran zərbəsi Abu-Dabini alova qərq etdi: Nəhəng zavod yanır - VİDEO

İran zərbəsi Abu-Dabini alova qərq etdi: Nəhəng zavod yanır - VİDEO

Bu şəxslərin övladlarına 140 manat verilir

Bu şəxslərin övladlarına 140 manat verilir

End of content

No more pages to load

RADİO